Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4396/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 17 sentyabr 1990-cı ildə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nisə İsmayılovanın tərtib etdiyi 17 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli 2(010)-5552/2021 nömrəli icra vərəqəsinə əsasən borclular Şəxsdan və X4 02 avqust 2017-ci il tarixində Bakı şəhəri 8 saylı Notariat Kontorunda 3m-165 reyestr nömrəsi ilə kredit müqaviləsi üzrə 25350 manat məbləğində borc tutularaq Gadjıev Aıdının xeyrinə tutulmalıdır. İnzibati xəta haqqında protokoldan, icra işindən görünür ki, icra sənədi Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilərək borcluya 10 gün tələbin könüllü icrası üçün vaxt verilərək bildiriş göndərilmişdir. Borclu Suraxanı rayon İcra Şöbəsinə gələrək ona hüquq və vəzifələri izah edilmiş, izahatı alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 8(010)-153/2023 nömrəli iş üzrə 05 sentyabr 2023-cü il tarixli qərardadı ilə borclunun borcu tam ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şəxs bugünə toplanmış borcu 17.080 manat təşkil edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nisə İsmayılova gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Lakin məhkəmənin 18 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminov barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-5552/2021 nömrəli 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə razı olmadığına görə, həmin qətnamənin tamamı ilə ləğv edilərək yeni qətnamə çıxarılması üçün Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apelyasiya şikayəti yazılmışdır. İşə mahiyyəti üzrə müvafiq instansiya məhkəmələrində baxılıb yekun qərar qəbul edilənədək icra sənədi üzrə icra işinin icrasının müvəqqəti dayandırılması, barəsində görülmüş icra tədbirinin ləğv edilməsi və icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol ləğv edilərək inzibati xəta haqqında protokolun icraatına xitam verilməsi barədə Suraxanı rayon İcra Şöbəsinin rəisinə 23 sentyabr 2024-cü il tarixində ərizə ilə müraciət etdiyi üçün barəsində tərtib edilmiş protokola xitam verilməsi qanuni və ədalətli olardı. Odur ki, bunları nəzərə alaraq işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında borcunun tam olaraq ödənilməsini istəyir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-4396/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4396/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver