Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-441/2021 13.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı, məhkəmə iclas katibi Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 iştirakı ilə, Şəxs, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çöl küçəsi, 50 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx.xx.2021-ci il tarixdə saat 20:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 14 iyul küçəsində xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də xx xxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Sonda Şəxs məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 məhkəmədə göstərdi ki, xx.xx.2021-ci il tarixdə, 20:15 radələrində, Suraxanı rayonu, Bül-Bülə, Əmircan, Suraxanı və Y/Suraxanı qəsəbələrində baş vermiş xırda və digər oğurluqlarla əlaqədar PB-nin CA üzrə ə/m, polis baş leytenantı Nurlan Əlizadə və PB-nin CA üzrə ə/m, polis baş leytenantı Elnur Mənsimov inzibati ərazidə xidmət apararkən Suraxanı rayonu, Y/Suraxanı qəsəbəsi, 14 iyul küçəsində olan zaman piyada gedən 1 (bir) nəfər şəxs özünü şübhəli apardığı üçün onlar tərəfindən saxlanmaq istərkən qaçmağa başlamış, həmin şəxs tutulan zaman polisin qanuni tələbinə tabe olmayaraq onlara müqavimət göstərmiş, hətta təkrar qaçmaq istəyərkən polis əməkdaşı Elnur Mənsimovu itələyərək yerə yıxdığı üçün onlar tərəfindən 31-ci PB-nə gətirilmişdir. PB-də müəyyən olmuşdur ki, polisin qanuni tələblərinə tabe olmayan şəxs xx.xx.1990-cı il təvəllüdlü, Bakı şəhəri, Y/Suraxanı qəsəbəsi, Çöl küçəsi, ev 50-də yaşayan Şəxsdur. Buna görə də E.İ. Mirzəyevin izahatı alınaraq, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Şəxs izahat verməkdən və protokolu imza etməkdən imtina etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, AR İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, E.İ. Mirzəyevin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə E.İ. Mirzəyevin törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə E.İ. Mirzəyevin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. AR İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. AR İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuş, xx xxxx 2021-ci il tarixdə, saat 11:30-da azad edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, E.İ. Mirzəyevə cərimə növündə inzibati tənbeh kifayət edir və inzibati qaydada tutulmuş Şəxs AR İXM-in 535.1-ci maddəsi ilə, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №3(010)-441/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-441/2021
13.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver