Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-442/2021 13.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı, məhkəmə iclas katibi Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 4057-4060, 12 nömrəli evin 22 mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxx 2021-ci il tarixdə, saat 12:40-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.ismayılov küçəsində yerləşən “OBA” marketdən 1 ədəd “Westqold” markalı, dəyəri 15 manat 90 qəpik olan kərə yağını gizli yolla talayıb, zərərçəkmiş şəxsə 15 manat 90 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli hesab edərək bildirdi ki, həqiqətən də xx xxxx 2021-ci il tarixdə “OBA” marketdən 1 ədəd “Westqold” markalı, dəyəri 15 manat 90 qəpik olan kərə yağını oğurlamışdır. Sonda Şəxs səhv etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 məhkəmədə göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi, ev 191-də yaşayan X2 xx xxxx 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək xx xxxx 2021-ci il tarixdə, təxminən saat 12:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “OBA” marketdə müşahidə kamerası vasitəsilə bir nəfər şəxsin çəkisi 1 kq olan 1ədəd 15 manat 90 qəpik dəyərində “Westqold” kərə yağını oğurlayaraq əynində olan gödəkçəsinin iç cibinə qoymasını, mağazadan çıxmaq istəməsini görməsini, sonradan adını bildiyi İsmayıl adlı şəxsi saxlamasını və bu barədə DİN-in 102 xidmətinə məlumat verməsini bildirmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində “OBA” marketdən oğurluq etmiş şəxsin Şəxs olduğu müəyyən edilmiş, lakin Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sonuncunun barəsində AR İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə göndərilmişdir. Buna görə də Şəxs barəsində AR İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, AR İXM-in 227-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. AR İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs törətmiş olduğu fakt üzrə inzibati xətanın xarakterini və Şəxs səmimi peşmançılığını nəzərə alıb, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona AR İXM-in 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs üzərində nəzarətin həyata keçirilməsi qeydiyyat yeri üzrə İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №3(010)-442/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-442/2021
13.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver