Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4421/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, X1 Suraxanı Rayonu Dövlət X11 inspektoru Elçin İsmayılovun, Suraxanı Rayonu Dövlət X12 tərəfindən qəbul edilmiş 18 avqust 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı Rayonu Dövlət X12 tərəfindən qəbul edilmiş 18 avqust 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 330.0.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X5 şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi şikayətini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 330.0.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində İXP ******* nömrəli protokoluna əsasən tərtib edilmiş TP ******* nömrəli qərar ilə 80 manat məbləğində cərimə olunmuşdur. DYPŞ polis Polkovnik X2 tərəfindən çıxarılan qərar ilə bağlı etirazı vardır. xx.xx.2023-cü il tarixdə idarə etdiyi dövlət qeyydiyat nişanı 90LJ701 olan Hyundai Elantra markalı nəqliyyat vasitəsi ilə Əhməd Mehbalıyev küçəsi ilə hərəkət edərkən Neftçilər parkı önündə, Yol hərəkət qaydalarına riayət etməklə zolağın qırıq-qırıq olan hissəsindən geri dönüş edərək yolum davam etdirdim. 2 km məsafə sürdüyümdən sonra İvan KRİLOV küçəsində yol inspektoru onu saxladı və 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərin riayət etməyərək Neftçilər parkı önündə geri dönüş etdiyini bildirdi. Əlavə olaraq piyadaya yol vermədiyini bildirdi, halbuki hərəkətin çox sıx olduğu ərazidə baş verdiyi üçün piyadaların keçidi onun tərəfindən tam təmin olunub. DYP əməkdaşı mənim qanuni tələblərini nəzərə almayaraq ona protokol tərtib edib. YPX əməkdaşının onu saxlama yeri və iddia olunan qayda pozuntusu baş verdiyi ərazinin bir-birindən kifayyət qədər aralı olması, DYP əməkdaşının heç bir dəlil təqdim etmədən protokol tərtib etməsinə etiraz edir edir və 18 avqust 2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Suraxanı Rayonu Dövlət X11 inspektoru Elçin İsmayılov həmin inzibati pozuntuya dair disk təqdim edərək, həmin video-görüntüyə dair izahat verərək, protokolu müdafiə etmişdir. Məhkəmə, şikayətçini dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Suraxanı Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş 18 avqust 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 327.2-ci və 330.0.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və 80 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 18 avqust 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə saat 17:06 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 330.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 80 manat məbləğində cərimə olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İX bəndində əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanunun 65-ci maddəsinin İİİ bəndinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Suraxanı Rayonu Dövlət X12 tərəfindən qəbul edilmiş 18 avqust 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Suraxanı Rayonu Dövlət X11 18 avqust 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4421/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4421/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver