Məhkəmə qərarları › İş №3(010)-4452/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4452/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4452/2022 24.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 496.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə baxılması üçün Şəxs 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-2057/22 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********0115 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda bəyan edilərək 4 ay müddətinə müvəqqəti saxlanca götürülmüş yüklərin müvəqqəti saxlanc müddəti xx.xx.2022-ci ıl tarixdə başa çatsa da, qeyd olunan malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün gömrük orqanına müraciət olunmadığı aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, Çin Xalq Respublikasından 47D83510/47Q83610 nömrəli yük nəqliyyat vasitəsində CGY201029 nömrəli invoys üzrə idxal edilmiş yüklərin Bakı Baş Gömrük İdarəsində **********0115 sorğu nömrəli 07,02.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyini, həmin malların elektrik transformatorların istehsalında istifadə olunmaq üçün idxal edildiyini, lakin, maliyyə vəsaitləri olmadığı səbəbindən müvəqqəti saxlanc müddətini pozduqlarını, eyni zamanda artıq həmin yüklərin Bakı Baş Gömrük idarəsində **********5753 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyini və bütün gömrük ödənişlərinin ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulması, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi inzibati xəta tərkibi yaradır. Beləliklə, Şəxs MMC tərəfindən **********0115 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə dair müvəqqəti saxlanc müddətinin pozulduğu, həmin yüklərin xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********5753 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyi, nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 00100-2057/2022 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********0115 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda bəyan edilərək 4 ay müddətinə müvəqqəti saxlanca götürülmüş yüklərin müvəqqəti saxlanc müddəti xx.xx.2022-ci ıl tarixdə başa çatsa da, qeyd olunan malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün gömrük orqanına müraciət olunmadığı aşkar edilmişdir.Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, Çin Xalq Respublikasından 47D83510/47Q83610 nömrəli yük nəqliyyat vasitəsində CGY201029 nömrəli invoys üzrə idxal edilmiş yüklərin Bakı Baş Gömrük İdarəsində **********0115 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyini, həmin malların elektrik transformatorların istehsalında istifadə olunmaq üçün idxal edildiyini, lakin, maliyyə vəsaitləri olmadığı səbəbindən müvəqqəti saxlanc müddətini pozduqlarını, eyni zamanda artıq həmin yüklərin Bakı Baş Gömrük idarəsində **********5753 sorğu nömrəli xx.xx.2022ci il tarixli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyini və bütün gömrük ödənişlərinin ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulması, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi inzibati xəta tərkibi yaradır. Beləliklə, Şəxs MMC tərəfindən **********0115 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə dair müvəqqəti saxlanc müddətinin pozulduğu, həmin yüklərin xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********5753 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyi, nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, Şəxs MMC tərəfindən **********0115 sorğu nömrəli xx.xx.2022- ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə dair müvəqqəti saxlanc müddətinin pozulduğu, həmin yüklərin xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********5753 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyi, nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40,43,48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar