Məhkəmə qərarları › İş №3(010)-4458/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4458/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4458/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X7, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1984-cü ildə Quba rayonu, 1-ci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi 18 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Xətai Rayon Məhkəməsi tərəfindən 06 iyul 2023-cü ildə verilmiş 26 aprel 2023-cü il tarixli e-2(010)- 321/2023 nömrəli icra vərəqəsinə əsasən X6 ilə Şəxs arasında 05 dekabr 2017-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 3011 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalı, 05 oktyabr 2018-ci il təvəllüdlü X8 və 26 iyun 2020-ci il təvəllüdlü X3 Pərvin Səfər oğlundan alınaraq anası X5 verilməli, 05 oktyabr 2018-ci il təvəllüdlü X8 və 26 iyun 2020-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün onların Şəxs alınıb X5 verildikləri gündən başlayaraq hər ay hər uşaq üçün 200 manat məbləğində olmaqla, cəmi 400 manat məbləğində aliment Şəxs tutularaq X5 ödənilməlidir. Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X12 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi icraata daxil olduqdan sonra müvafiq olaraq icraata başlanmış, bu barədə icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş borcluya göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin 3(008)-4017/2024 nömrəli iş üzrə 10 iyun 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Uşaqları 05 oktyabr 2018-ci il təvəllüdlü X8 və 26 iyun 2020-ci il təvəllüdlü X10 X5 verməyə hazırdır, hal-hazırda məhkəmə iclasında da verə bilər, lakin uşaqlar özləri anasının yanına getmirlər. Odur ki, bunları nəzərə alınmasını iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 uşaqların onun himayəsinə verilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş psixoloq Tağıyeva ƏsmərAzər qızı məhkəmə iclasının gediş atında məhkəmə iclası zamanı elan edilmiş fasilə zamanı uşaqlar 05 oktyabr 2018-ci il təvəllüdlü X8 və 26 iyun 2020-ci il təvəllüdlü X15 ilə profilaktik söhbət apararaq müəyyən etmişdir ki, hazırkı vəziyyətdə uşaqları anasına verilməsi məqsədəmüvafiq deyil. Belə ki, hal-hazırda uşaqlar anasına getmək istəmirlər. Müsbət nəticə əldə olunması üçün atanın köməyinə ehtiyac var. Eyni zamanda müəyyən vaxt tələb olunur ki, uşaqlar anasına uyğunlaşsın və gələcəkdə uşaqların anasına verilməsinə problemlər yaranmasın. Məhkəmə proses iştirakçılarını dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir», «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin obyektiv cəhətdən mövcudluğu icra məmuru tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Həmin inzibati xəta subyektiv cəhətdən yalnız qəsdən törədilə bilər. Yuxarıda göstərilən əlamətlər mövcud olmadıqda isə şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibinin mövcudluğundan söhbət gedə bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibinin olması halını icra məmuru sübuta yetirməlidir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xətanın subyektiv cəhətdən mövcudluğundan da (qəsddən) söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar