Məhkəmə qərarları › İş №3(010)-4459/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4459/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4459/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 18 iyul 2025-ci il tarixdə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş 18 iyul 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Fərman Kərimzadə (Qaraçuxur qəs.) ev ½ A ünvanında X3 tərəfindən ƏHTMM daxili nəzarət proqramı tam tətbiq edilməyib, məsul şəxs təyin edilməyib, bu barədə MMX-ya məlumat verilməyib, DVX tərəfindən göndərilən sorğulara cavab verilməmişdir. Buna görə 18 iyul 2025-ci il tarixdə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X11 oğlu protokolu müdafiə edərək izahatında bildirmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı 17 aprel 2025-ci il tarixli qərara əsasən 02 may 2025-ci il tarixdən 18 iyul 2025-ci il tarixədək öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələblərə dair yoxlama aparılmışdır. xx.xx.2025-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Fərman Kərimzadə (Qaraçuxur qəs.) ev ½ A ünvanında X3 tərəfindən ƏHTMM daxili nəzarət proqramı tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş, bu barədə MMX-ya məlumat verilməmiş, DVX tərəfindən göndərilən sorğulara cavab verilməmişdir. Bildirmişdir ki, Şəxsnə bununla bağlı məlumat verilmişdir. Vaxtında qeydiyyatdan keçmə əməliyyatı olmadığına görə Şəxs barəsində protokol tərtib olunmuşdur. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, o, Şəxs MMC-nin təsisçisidir, 2002-ci ilə qədər vergi orqanında 30 il işləmiş, sonra təqaüdə çıxmışdır. Müqavilələr əsasında müəssisələr cəlb edilmiş, hazırda cəmi 7 müəssisəyə xidmət edirlər. Həmin 7 müəssisənin cəmi dövriyyəsi, yoxlama dövründən söhbət gedir. 2022-ci ildə bir illik dövriyyə 14400, 2023-cü ildə 19200, 2024-cü ildə isə 18600 olub. Hazırda bugünkü günə müəssisələrdən aylıq müqavilələr üzrə daxil olan məbləğ 1650 manatdır. Bu müəssisələrlə müqavilə əsasında işləyirlər. Müqavilənin şərtləri var, bu şərtlərə əsasən heç bir alqı-satqıda, heç bir maliyyə işində iştirak etmirlər. Müəssisə özü tərəfindən idarə olunur. Onların qeydiyyatında iştirak etmirlər. Müəssisə qeydiyyata alınandan sonra Kommersiya Hüquqi şəxslərin qeydiyyatı İdarəsində Vergi orqanında qeydiyyata alınır. Qeydiyyata alındıqdan sonra sənədləri gətirərək hansı müəssisəyə VÖEN-i olduğunu, pay bölgüsünü, təsisçiləri müəyyən edərək işinə baxılmasını tələb edirlər. Təşkilatların bankda adına imzaları olur, onların isə bankda imzaları yoxdur. Qeydiyyata alındıqdan sonra nizamnamələri və digər sənədləri orada təsdiq olunur. Təsdiq olunduqdan sonra onlara gəlir, həmin dövrədək olan prosesdə iştirak etmirlər. Həmin müəssisələrin rəhbər şəxsləri müəssisənin özü tərəfindən təyin edilir, heç bir alqı-satqı prosesində iştirak etmirlər. Bankda onların özlərinin hesabları açılır, həmin hesabda isə özlərinə aid imza nümunələri olmur, rəhbərləri sərbəst olaraq kimi istəyir işə qəbul edir, kimi də istəyirsə, işdən çıxardır. Onların sənədləşmə işlərində köməklik edirlər, vergi məbləğlərini müəyyənləşdirirlər. Onlar monitorinq iştirakçısı deyillər, ancaq bilmədən faktiki olaraq bu işlərin hər birini görüblər. Audit yoxlanılması keçirilib, müəyyən edilib ki, onlar vergidən yayınmayıblar. Həmçinin, “Asan” imza təşkilatların öz adına olur və göndərişi, əməliyyatı özləri təsdiq edir. Monitorinq iştirakçısı deyillər. Onlar vergisini müəyyənləşdirir, sənədləri gətirən müəssisə hesabına ödəyir, onların bu məsələdə heç bir rolu yoxdur. X12 bu məsələni geniş araşdıraraq monitorinqin iştirakçısı olmadıqları barədə qərara gəlmişdir. Onun bu qədər müəssisədə 5 işçisi işləyir, hər birinə 400 manat əmək haqqı və aylıq vergi borclarını çatdırmaq olmur. Bu qərar verilsə müəssisə bağlanılmalı və işçilər işdən kənarlaşdırılmalıdır. Yeni İqtisadiyyat naziri hər şeyi avtomatlaşdırıb, məsafədən asılı olmayaraq hər şeyi idarə edirlər. Qaimə fakturanı, hesabatı internetlə edirlər. Vergi maliyyə məsələsində heç bir uyğunsuzluq yoxdur. Həmin 3-cü maddənin onlara aiddiyatı olmadığı halda bilmədikləri üçün monitorinq mərkəzində qeydiyyata düşmüşlər. Buna dair əmrlər vermişlər, sonradan müəyyən edilmişdir ki, onlar heç monitorinq iştirakçısı deyillər. Bu səbəbdən qeyd etdiklərinin, müəssisənin, oranın işçilərinin nəzərə alınmasını, hətta işçilərdən birinin anadangəlmə epilepsiya xəstəsi övladı olmasını bildirdi və inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu, tərəflərin izahatlarını və əlavə təqdim olunmuş sübutları nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfində törədilmiş əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 598.7-ci maddəsinə əsasən bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə –vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 598.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: 598.1.1. maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; 598.1.2. maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə; 598.1.3. maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə; 598.1.4. maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə; 598.1.5. maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə; 598.1.6. maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə. Həmçinin İXM-nin 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına görə. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İş materiallarından görünür ki, Şəxs ********** nömrəli VÖEN əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Fərman Kərimzadə (Qaraçuxur qəs.) ev ½ A ünvanında fəaliyyət göstərir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, № 05/k saylı əmrdən görünür ki, monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət edilməsi, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsinin həyata keçirilməsi, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatların hazırlanması və təqdim edilməsi üçün X3 məsul şəxs təyin edilmişdir. İş materialına əlavə edilmiş 20 may 2025-ci il tarixli Maliyyə Monitorinqi Xidmətinin Vifker MMC-yə ünvanlanmış məktubundan görünür ki, Şəxs MMC 02 may 2025-ci il tarixdə Maliyyə Monitorinqi Xidmətinin məlumat bazasında qeydiyyatdan keçmiş və məsul şəxsi X2r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, № **********108900 saylı aktdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üzrə Şəxs MMC-də səyyar yoxlama aparılmış, “öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələblər”ə və digər hüquqi aktlara uyğun aparılmışdır. Yoxlama xx.xx.2025-ci il tarixdə başlanılmış və xx.xx.2025-ci il tarixdə başa çatdırılmışdır. Yoxlamanın təyin olunmasının əsası nəzarəti həyata keçirən strukturların təşəbbüsü olmuşdur. Müəssisəsin direktoru X2r və onun hüquqi ünvanı ünvan 1r. Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli, **********193287 nömrəli tələbnamə təqdim edilmiş və aşağıdakı sənəd və məlumatlar tələb olunmuşdur. Müəssisə rəhbərinin və məsul şəxslərin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti, müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri, müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri, Məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar (arayış, izahat və s); Qanunun 10-cu maddəsinin tələblərinə uyğun olaraq, daxili nəzarət proqramı çərçivəsinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri; Nəzarət orqanı tərəfindən öhdəlik daşıyan şəxsə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********971100 nömrəli, xx.xx.2023-cü il tarixli **********464700 nömrəli, xx.xx.2024-cü ıl tarixli **********215300 nömrəli, xx.xx.2024-cü il tarixli **********153100 nömrəli, xx.xx.2025-ci il tarixli **********491700 nömrəli sorğularına cavabları; Öhdəlik daşıyan şəxs tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlər. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri 15 iş günü müddətində, yəni xx.xx.2025-ci il tarixə kimi yoxlayıcılara və ya vergi orqanının Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 181 A ünvanına təqdim olunmalıdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində nəzarət olunan subyekt vergi orqanında mövcud olan baza məlumatlarına əsasən mühasibat uçotu və vergilər üzrə məsləhətlər fəaliyyət növləri ilə məşğul olmuşdur. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********193235 nömrəli “Qərar, xx.xx.2025-ci il tarixli, KY252301019 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin” Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış müəssisəyə xx.xx.2025-cii l tarixli, **********142100 nömrəli məktubla göndərilmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********194160 nömrəli Qərar qəbul edilmiş və Qərarla direktorun əmri, şəxsiyyət vəsiqəsinin surəti - 2 vərəq, müəssisənin nizamnaməsi - 7 vərəq, izahat - 2 vərəq, cəmi 11 vərəqdə məlumatların götürülməsi həyata keçirilərək nəticəsi xx.xx.2025-ci il tarixli **********194195 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolla rəsmiləşdirilmiş və müəssisənin direktoru tərəfindən imzalanaraq bir nüsxəsi qəbul edilmişdir. Nəticə hüquqi şəxs Şəxs VÖEN: **********, protokolun tarixi xx.xx.2025-ci il, protokolun nömrəsi 0248520, inzibati xətanın məzmunu məsul şəxs təyin edilməsi barədə qərarın bir surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, № **********193235 saylı Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərardan görünür ki, Şəxs (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: Aprel 2022 - Fevral 2025 təyin olunmuşdur. Yoxlamanın keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Regionlar üzrə 2-ci audit şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X7 tapşırılmışdır. Yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, KY252301019 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı Şəxs, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2025xx.xx.2025, yoxlanılan dövr xx.xx.2022-xx.xx.2025, yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: bütün təsərrüfat obyektləri, yoxlamanın növü: növbəti səyyar vergi yoxlaması, yoxlamanın tipi: plan üzrə (növbəti), yoxlayıcı şəxs X8 (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Regionlar üzrə 2-ci audit şöbəsinin böyük dövlət vergi müfəttişi). İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin 20 may 2025-ci il tarixli, №3-21-28/2-550/2025 saylı məktubundan görünür ki, "xxxx" MMC (VÖEN:**********) 2025-ci il 02 may tarixində Maliyyə Monitorinqi Xidmətinin məlumat bazasında qeydiyyatdan keçmişdir və məsul şəxsi X2r. İXM-nin 598.7-ci maddəsi bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə inzibati məsuliyyəti müəyyən edir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanunun 1.1.7ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. Həmin Qanunun 1.1.9-cu maddəsinə əsasən qeyri-maliyyə institutları və peşə sahibləri – rieltorlar, kazino oyunlarının təşkilatçıları və operatorları, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun tələbləri kazino oyunlarının təşkilatçıları və operatorları istisna olmaqla, digər qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: 3.1.1-ci maddəsinə əsasən rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; 3.1.2-ci maddəsinə əsasən notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: 3.1.2.1-ci maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı; 3.1.2.2-ci maddəsinə əsasən müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; 3.1.2.3-cü maddəsinə əsasən müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; 3.1.2.4-cü maddəsinə əsasən hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Göründüyü kimi Şəxs MMC mühasibat uçotu və vergilər üzrə məsləhətlər fəaliyyəti ilə məşğul olmaqla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanunun ümumi tələbləri baxımıdan qeyri-maliyyə institutu hesab olunsa da həmin Qanunun 3.1.2-ci maddəsinin tələbləri baxımından həmin maddənin bəndlərində qeyd olunan hərəkətləri icra etmədiyindən və icra etmək səlahiyyətində olmadığından bu Qanunun tələbləri Şəxs MMC-yə tətbiq oluna bilməz. Çünki MMC yalnız mühaisbat uçotu və vergilər üzrə məsləhətlər fəaliyyəti ilə məşğul olur. Həmçinin qeyd olunmalıdır ki, səyyar vergi yoxlamasının nəticəsində Şəxs MMC-nin fəaliyyətində (məsul şəxs təyin edilməsi barədə qərarın bir surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır) kimi qeyd edilsə də 18 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı protokolda daxili nəzarət proqramının tam tətbiq edilməməsi, məsul şəxsin təyin edilməməsi, bu barədə MMX-ya məlumat verilməməsi, DVX tərəfindən göndərilən sorğulara cavab verilməməsi kimi pozuntular qeyd edilmişdir. Bunun özü isə yoxlama nəticəsində aşkar olunmuş pozuntu ilə inzibati xəta haqqında protokolda yazılmış pozuntular arasında kifayət qədər ziddiyyətlərin olmasını göstərir. Bundan başqa iş materiallarında əlavə edilmiş məktubdan və digər sənədlərdən görünür ki, Şəxs MMC-də məsul şəxsin təyin olunması ilə bağlı əmr olmuş və həmin sənədlər Maliyyə Monitorinqi Xidmətinin məlumat bazasında qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İş materiallarına əlavə edilmiş 08 may 2025-ci il tarixli və 20 may 2025-ci il tarixli məktublardan görünür ki, birinci məktub Maliyyə Monitorinqi Xidməti tərəfindən Dövlət Vergi Xidmətinin rəhbərliyinə ünvanlanmış və "xxxx" proqramında qeydiyyatla bağlı bildirilmişdir ki, Vifker MMC-nin həmin məlumat bazasında qeydiyyatı mövcud deyildir. Lakin digər məktuba cavabda isə Maliyyə Monitorinqi Xidmətinin Şəxs MMC-yə verdiyi cavabda şirkətin 02 may 2025-ci il tarixdən MMX-nin məlumat bazasında qeydiyyatdan keçməsi və məsul şəxsinin X3 olması göstərilmişdir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış hüquqi şəxs “Şəxs nümayəndəsi təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə ki, "xxxx" MMC (VÖEN:**********) 2025-ci il 02 may tarixində Maliyyə Monitorinqi Xidmətinin məlumat bazasında qeydiyyatdan keçmiş və məsul şəxsi X3 müəyyən olunmuşdur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar həmçinin bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs tərəfindən təqdim edilmiş sübutları, tərəflərin və izahatlarını, iş materiallarında olan sənədləri nəzərə alıb belə qənaətə gəlir ki, əməldə inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati məsuliyyətdən azad edilsin və onun barəsində tərtib edilmiş 18 iyul 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar