Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4467/2022 11.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 18 sentyabr 2022-ci il tarixdə X2 aralarında yaranmış mübahisə zəminində sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin polis sahə inspektoru Nizami Məmmədov tərəfindən MN seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı evdə olarkən, ev telefonu ilə danışmaq üçün həmin telefonla danışan bacısı Təhminə Balaqadaşovadan telefonu istəmiş, lakin Təhminə Balaqadaşova ona təhqirlə cavab qaytararaq, telefonu ona vermədiyi üçün o, əsəbləşmiş, Təhminə Balaqadaşovanın saçından tutaraq yerə yıxmış və döymüşdür. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı evdə olarkən, qardaşı Şəxs ondan mobil telefonunu verməsini istəmişdir ki, telefona baxsın. Telefonunu ona vermədiyi üçün, Şəxs onu saçından tutaraq dartmış və yerə yıxdıqda, o, sağ dirsək nahiyəsindən xəsarət almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1115 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, Təhminə Balaqadaşovanın bədəni üzərində olan xəsarətlər, sağ dirsək oynağının sıyrığı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində xx.xx.2022-ci il tarixdə əmələ gələ bilmələri və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, İXM-nin 157-ci maddəsinin dispozisiyası döyməyə, həmçinin sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, münaqişənin ailə məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-4467/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4467/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver