Məhkəmə qərarları › İş №3(010)-4494/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4494/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4494/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Bakı Nəqliyyat Agentliyinin 24 dekabr 2021-ci il tarixli BNA seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Nəqliyyat Agentliyinin 24 dekabr 2021-ci il tarixli BNA seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. X2 həmin qərardan şikayət vermiş, lakin şikayətin verilməsi ilə bağlı inzibati xətalar qanunvericiliyində nəzərdə tutulan müddəti xeyli buraxmışdır. Şikayətə müvafiq prosessual müddətin bərpa olunmasına dair vəsatət əlavə edilmiş, həmin vəsatətə məhkəmədə baxılaraq 13 oktyabr 2022-ci il tarixli qərardadla rədd olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, şikayətin verilməsi müddətinin buraxılması həmin şikayət üzrə icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Bakı Nəqliyyat Agentliyinin 24 dekabr 2021-ci il tarixli BNA seriyalı ******* nömrəli qərarın ləğvinə dair X1 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar