Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-453/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Bakı şəhəri DYPİ mayorunun inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğvinə dair X1 adından verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri DYPİ mayorunun inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilmişdir. X1 adından həmin qərarın ləğvinə dair şikayət verilib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Bununla əlaqədar olaraq ilk növbədə qeyd olunur ki, şikayət imzalanmayıb. Belə olan halda, şikayətin məhz X2 tərəfindən verilməsi halı müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, yuxarıda göstərilənlər icraatı rədd edən hallar kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: Bakı şəhəri DYPİ mayorunun inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğvinə dair X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-453/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-453/2021
15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver