Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4595/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair DİN-nin BDYPİ X1 05 avqust 2024-cü il tarixli EQ 22811782 saylı, xx.xx.2024-cü il tarixli EQ 22809962 saylı, xx.xx.2024-cü il tarixli EQ22807916 saylı, xx.xx.2024-cü il tarixli EQ22808580 saylı, xx.xx.2024-cü il tarixli EQ22808949 saylı, xx.xx.2024-cü il tarixli EQ22808615 saylı protokollarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: DİN-nin BDYPİ X1 05 avqust 2024-cü il tarixli EQ 22811782 saylı, xx.xx.2024-cü il tarixli EQ 22809962 saylı, xx.xx.2024-cü il tarixli EQ22807916 saylı, xx.xx.2024-cü il tarixli EQ22808580 saylı, xx.xx.2024-cü il tarixli EQ22808949 saylı, xx.xx.2024-cü il tarixli EQ22808615 saylı protokollar ilə X5 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair DİN-nin BDYPİ X1 05 avqust 2024-cü il tarixli EQ 22811782 saylı, xx.xx.2024-cü il tarixli EQ 22809962 saylı, xx.xx.2024-cü il tarixli EQ22807916 saylı, xx.xx.2024-cü il tarixli EQ22808580 saylı, xx.xx.2024-cü il tarixli EQ22808949 saylı, xx.xx.2024-cü il tarixli EQ22808615 saylı protokollarından X2 şikayəti 13 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair DİN-nin BDYPİ X1 05 avqust 2024-cü il tarixli EQ 22811782 saylı, xx.xx.2024-cü il tarixli EQ 22809962 saylı, xx.xx.2024-cü il tarixli EQ22807916 saylı, xx.xx.2024-cü il tarixli EQ22808580 saylı, xx.xx.2024-cü il tarixli EQ22808949 saylı, xx.xx.2024-cü il tarixli EQ22808615 saylı protokollarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət vermiş X4 aid olmayan iş materialları aşkar edilmişdir. Belə ki, DİN-nin BDYPİ X1 05 avqust 2024-cü il tarixli EQ 22811782 saylı, xx.xx.2024-cü il tarixli EQ 22809962 saylı, xx.xx.2024-cü il tarixli EQ22807916 saylı, xx.xx.2024-cü il tarixli EQ22808580 saylı, xx.xx.2024-cü il tarixli EQ22808949 saylı, xx.xx.2024-cü il tarixli EQ22808615 saylı protokolları X3 barəsində tərtib edilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2017ci il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blankların aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5 və 114.4-cü maddələrində nəzərdə tutulan protokol, qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi qaydalarını müəyyən edir. Qaydaların 1.2-ci bəndinə əsasən protokol, qərar (qərardad) blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü, protokol, qərar (qərardad) blanklarının istifadəsinin uçotunun və hesabatının aparılması Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayət və sənədlər şikayət vermiş şəxsə aid olmadığundan X4 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5,109.1, 109.1.6 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair DİN-nin BDYPİ X1 05 avqust 2024-cü il tarixli EQ 22811782 saylı, xx.xx.2024-cü il tarixli EQ 22809962 saylı, xx.xx.2024-cü il tarixli EQ22807916 saylı, xx.xx.2024-cü il tarixli EQ22808580 saylı, xx.xx.2024-cü il tarixli EQ22808949 saylı, xx.xx.2024-cü il tarixli EQ22808615 saylı protokollarından verdiyi şikayəti X4 geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4595/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4595/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver