Məhkəmə qərarları › İş №3(010)-460/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-460/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-460/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 27 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 2(010)-2704/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X2 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 2(010)- 2704/2018 nömrəli qətnaməsi ilə 04 sentyabr 2003-cü il təvəllüdlü X3 boşanmadan sonra iddiaçı Zərərçəkmiş şəxs yanında müəyyən edilməsi, 04 sentyabr 2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 154 (bir yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi və alimentin hesablanması və ödənilməsi 02 mart 2018-ci ildən etibarən həyata keçirilməsi qət edilmişdir. Borclunun hal-hazırda 5160 manat borcu vardır. Odur ki, borclunun inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs oğlu izahatında bildirmişdir ki, hazırda 300 manat məbləğində pulu ödəyib gəldiyini, bir uşağın artıq yetkinlik yaşına çatdığını, ailə qurduğunu və xarici ölkədə təhsil aldığını, son illərin yalnız onun yanında olduğunu, tələbkarın borcu tam istədiyini, 1500-1800 manat ödədiyini, həmçinin hazırda işsiz olduğunu, qalan məbləği tam ödəmək imkanı olmadığını, hissə-hissə ödəyə biləcəyini bildirərək, inzibati protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatında borclunun dediklərinin əsassız olduğunu, borclunun işləməməsinin onu alimentdən azad etməyəcəyini, borclunun əvvəllər də icra məmurunun yanında 200- 300 manat məbləğində pul ödəyərək, bundan sonra mütəmadi ödənişlər edəcəyini söz versə də, sözündə durmamış və 05 ay aliment ödəmədiyini, hazırda da ödədiyi 300 manat məbləğin ağlabatan məbləğ olmadığını bildirərək, borclunun inzibati qaydada həbs edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 2(010)-2704/2018 nömrəli qətnaməsi ilə 04 sentyabr 2003-cü il təvəllüdlü X3 boşanmadan sonra iddiaçı Zərərçəkmiş şəxs yanında müəyyən edilməsi, 04 sentyabr 2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 154 (bir yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi və alimentin hesablanması və ödənilməsi 02 mart 2018-ci ildən etibarən həyata keçirilməsi qət edilmişdir. 27 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, icra məmurunun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 2(010)-2704/2018 nömrəli qətnaməsinə dair icra sənədini qanuni tələblərini yerinə yetirmir. İş materiallarında olan 27 yanvar 2022-ci il tarixi qəbzə əsasən, Şəxs 300 manat məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 2(010)-2704/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə yaranmış borcundan icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə 300 manat ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, o cümlədən aliment borcundan 300 manat məbləğində ödənilməsini, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 2(010)-2704/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar