Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-461/2023 28.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızının sədliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, evli, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olan, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanında kirayə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs təxminən 1 ay ərzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Oba” Marketdən hissə-hissə 80 manat dəyərində ərzaq məhsulları oğurladığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs təxminən 1 ay ərzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Al” Marketdən hissə-hissə 60 manat dəyərində ərzaq məhsulları oğurladığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Sarvan Mehdiyev tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* və ******* nömrəli protokollar tərtib edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(010)- 462/2023 nömrəli iş onun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(010)-461/2023 nömrəli işə birləşdirilərək bir icraatda baxılması qərara alınmışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Oba” Marketdən və “Al” Marketdən bir müddət əvvəl ərzaq məhsulları oğurlamışdır. Sonradan həmin ərzaq məhsullarını 8 km bazarında sataraq kirayə qaldığı mənzilin pulunu ödəmişdir. Əməlindən peşmandır, bir daha oğurluq etməyəcəyinə və zərçərçəkmişlərə vurduğu zərəri ödəyəcəyinə dair məhkəmə qarşısında öhdəlik götürür. Barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis kapitanı Məmməd Əliyevin xx.xx.2023-cü il tarixli qərarları ilə vət. X2 və X1 ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:10-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 10:00-da azad edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokolla sübuta yetir. Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşimançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43- 48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, 180 (yüz səksən saat) ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №3(010)-461/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-461/2023
28.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver