Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4610/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 29 sentyabr 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs MMC tərəfindən 19000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 05 sentyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı 2 il müddətində 19000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 06 sentyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 vəsatət təqdim edərək izahatında bildirmişdir ki, iş materiallarında göründüyü kimi EP seriyalı ******* nömrəli "İnzibati xəta haqqında protokol"u Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin böyük mütəxəssisi Nümayəndə1 imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nın 15.0.-cı bəndində qeyd edilmişdir ki: "15.0. Məcəllənin 414 -427,428.8, 430.3, 430.4, 432.4 (banklara münasibətdə), 433, 435, 436, 438.1, 439, 439-1, 439-2, 440.1, 440.2, 457 (bank fəaliyyəti sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması, mühafizəsi və dövriyyəsi qaydalarının pozulması ilə əlaqədar inzibati xətalar haqqında işlərə), 462 (bank olmayan kredit təşkilatlarına, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərə, investisiya fondlarına və onların idarəçilərinə, həmçinin sığorta, təkrarsığorta və sığorta vasitəçiliyinə münasibətdə), 463, 468, 470, 472 - 476, 478 və 548-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Mərkəzi Bankın sədri, onun müavinləri, baş direktorları, departament direktorları, şöbə rəisləri, X1 Muxtar Respublikası idarəsinin rəhbəri, onun müavini Azərbaycan Respublikasının Mərkəzi Bankı adından İnzibati xətalar haqqında işlərə baxa bilər. Göründüyü kimi, böyük mütəxəssislər bu siyahıda yoxdur və Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin böyük mütəxəssisi Nümayəndə1 imza edə bilməzdi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının EP seriyalı ******* nömrəli "İnzibati xəta haqqında protokol"un geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında materialı nəzərdən keçirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 106.0.2 – 106.0.6-cı maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: «işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı». Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nın 15.0.-cı bəndində qeyd edilmişdir ki: "15.0. Məcəllənin 414 - 427,428.8, 430.3, 430.4, 432.4 (banklara münasibətdə), 433, 435, 436, 438.1, 439, 439-1, 439-2, 440.1, 440.2, 457 (bank fəaliyyəti sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması, mühafizəsi və dövriyyəsi qaydalarının pozulması ilə əlaqədar inzibati xətalar haqqında işlərə), 462 (bank olmayan kredit təşkilatlarına, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərə, investisiya fondlarına və onların idarəçilərinə, həmçinin sığorta, təkrarsığorta və sığorta vasitəçiliyinə münasibətdə), 463, 468, 470, 472 - 476, 478 və 548-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Mərkəzi Bankın sədri, onun müavinləri, baş direktorları, departament direktorları, şöbə rəisləri, X1 Muxtar Respublikası idarəsinin rəhbəri, onun müavini Azərbaycan Respublikasının Mərkəzi Bankı adından İnzibati xətalar haqqında işlərə baxa bilər. Beləliklə, göründüyü kimi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 29 sentyabr 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Hüquq və təşkilatı işlər departamentinin İnzibati icaat və məhkəmə işləri şöbəsinin böyük mütəxəssisi Nümayəndə1 tərəfindən imzalanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 29 sentyabr 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-4610/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4610/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver