Məhkəmə qərarları › İş №3(010)-4614/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4614/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4614/2025 01.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədirliyi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 491.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə baxılması Şəxs MMC-nin İXM- nin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-03184/25 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, AZ1130, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÕEN: **********) adına İran İslam Respublikasından xx.xx.2025-ci il tarixində 58AA381/58AA382 ve 85AB297/98AK216 nömrəli nəqliyyat vasitələri ilə ölkə ərazisinə daxil olmuş "Dəvəquşu" yükləri xx.xx.2025-ci il tarixli **********3318 və **********3086 sorğu nömrəli gömrük bəyannamələri gömrük rəsmiləşdirilməsi aparılması məqsədi ilə gömrük orqanlarına təqdim olunmuşdurlar. Gömrük Məcəlləsinin 151-ci maddəsi ilə müəyyən olunmuş şərtlərə uyğunluğu yoxlanılmışdır. Belə ki, **********3318 və **********3086 sorğu nömrəli gömrük bəyannamələri üzrə yaranmış gömrük ödənişləri ödənilmədiyi üçün gömrük rəsmiləşdirilməsini başa çatdırmaq mümkünsüzdür, həmçinin əldə edilən məlumata əsasən sözügedən bəyannamələr üzrə yüklər "İpək yolu" gömrük postuna daxil olmadan boşaldılması həyata keçirilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 00100-03184/25 saylı inzibati xəta haqqında protokoldan görünür ki, AZ1130, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÕEN: **********) adına İran İslam Respublikasından xx.xx.2025-ci il tarixində 58AA381/58AA382 ve 85AB297/98AK216 nömrəli nəqliyyat vasitələri ilə ölkə ərazisinə daxil olmuş "Dəvəquşu" yükləri xx.xx.2025-ci il tarixli **********3318 və **********3086 sorğu nömrəli gömrük bəyannamələri gömrük rəsmiləşdirilməsi aparılması məqsədi ilə gömrük orqanlarına təqdim olunmuşdurlar. Gömrük Məcəlləsinin 151-ci maddəsi ilə müəyyən olunmuş şərtlərə uyğunluğu yoxlanılmışdır. Belə ki, **********3318 və **********3086 sorğu nömrəli gömrük bəyannamələri üzrə yaranmış gömrük ödənişləri ödənilmədiyi üçün gömrük rəsmiləşdirilməsini başa çatdırmaq mümkünsüzdür, həmçinin əldə edilən məlumata əsasən sözügedən bəyannamələr üzrə yüklər "İpək yolu" gömrük postuna daxil olmadan boşaldılması həyata keçirilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, "FTF ORGANİK YUMURTA” MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********3318 və **********3086 sorğu nömrəli gömrük bəyannamələri gömrük rəsmiləşdirilməsi aparılması məqsədi ilə gömrük orqanlarına təqdim olunmuşdurlar. Gömrük Məcəlləsinin 151-ci maddəsi ilə müəyyən olunmuş şərtlərə uyğunluğu yoxlanılmışdır. Belə ki, **********3318 və **********3086 sorğu nömrəli gömrük bəyannamələri üzrə yaranmış gömrük ödənişləri ödənilmədiyi üçün gömrük rəsmiləşdirilməsini başa çatdırmaq mümkünsüzdür, həmçinin əldə edilən məlumata əsasən sözügedən bəyannamələr üzrə yüklər "İpək yolu" gömrük postuna daxil olmadan boşaldılması həyata keçirilmişdir. Aparılan araşdırma ilə əlaqədar **********3318 ve **********3086 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş ümumilikdə 60 ədəd dəvəquşuların boşaldılması həyata keçirilən yerdə, yəni Bakı şəhəri Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən ərazidə olub-olmamasının müəyyən edilməsi məqsədilə baxış keçirilmiş, baxış nəticəsində qeyd olunan ərazidə ümumilikdə 43 ədəd dəvəquşunun olduğu aşkar olunmuşdur və bu barədə akt, eləcə də protokol tərtib olunmuşdur. Həmçinin, **********3318 və **********3086 sorğu nömrəli gömrük bəyannamələrinin elektron çıxarışlarına baxış nəticəsində müəyyən olunmuşdur ki, görmük orqanının icazəsi olmadan yüklərin boşaldılması həyata keçirildiyindən həmin gömrük bəyannamələri üzrə əməliyyatlar gömrük orqanı tərəfindən dayandırılmış və bununla da gömrük ödənişlərinin ödənilməsinə yönləndirilməmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1 -ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar