Məhkəmə qərarları › İş №3(010)-462/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-462/2023

28.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-462/2023 28.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı, xx.xx.1966-cı ildə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, evli, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olan, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanında kirayə yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Sarvan Mehdiyev tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Sarvan Mehdiyev tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı,1656366 nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəasını nəzərə alaraq hesab edir ki, 3(010)-461/2023 nömrəli iş üzrə inzibati xəta haqqında material məhkəməyə daha əvvəl daxil olduğundan 3(010)-462/2023 nömrəli iş 3(010)- 461/2023 nömrəli işə birləşdirilərək bir icraatda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34.2 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(010)-462/2023 nömrəli iş onun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(010)-461/2023 nömrəli işə birləşdirilərək bir icraatda baxılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar