Məhkəmə qərarları › İş №3(010)-4622/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4622/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4622/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Suraxanı rayonunun inzibati ərazisi daxilində Abşeron rayonu, Donuzkökəltmə sovxozunda Şəxs MMC-nin icarəsində olan 1,50 ha KTT torpaq sahəsində başqa məqsədlər üçün istifadə etmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 izahatında bildirdi ki, İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Ərazi Şöbəsinin müfəttişləri tərəfindən AR Prezidentinin xx.xx.2000 tarixli 421 saylı fərmanı ilə təsdiq edilmiş torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında əsasnaməyə müvafiq olaraq ərazidə aparılan monitorinq zamanı kənd təsərrüfat təyinatlı dövlət mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Aparılan araşdırma zamanı həmin tikinti aparılan torpaq sahəsində kənd təsərrüfatının istehsalı məqsədi ilə icarəyə verilmişdir. Bununla bağlı əməkdaşların telefonları vasitəsi ilə inzibati xəta törədilməsi bildirilmişdir. İnzibati xəta halı törədildiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra xidməti araşdırılma aparılmış və xidmətin hüquq şöbəsinə yenidən dəqiqləşdirilməsi səbəbilə sorğu göndərilmişdir. Əməkdaş tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, protokol tərtibatı inzibati icraat prosedur qaydalarına tam riayət olunmuş və qanuna müvafiqdir. Eyni zamanda inzibati xəta haqqında qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. İnzibati cərimə 100 faiz dövlət büdcəsinə ödənilir. Monitorinq Xidmətin öz təşəbbüsü ilə keçirilir. Bu icarədə olan torpaqdır, dövlət mülkiyyətindədir, kənd təsərrüfatıdır, ən azından müvafiq icra hakimiyyəti nümayəndələri bu barədə məlumatlandırılmalıdır. Bu torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilib, icarəyə götürülüb, lakin heç bir kənd təsərrüfatı məhsullarının istehsalından söhbət getməyib.Torpaq sahəsindən çıxarılışlar edilmiş, ora tikintiyə aparılması qanuna müvafiq deyil. Əgər sənaye nəqliyyat rabitə təyinatlı torpaq sahəsində hər hansı digər iş aparılırsa, o zaman icra hakimiyyəti həmin hasarı niyə sökürdü?. Kənd təsərrüfatı təyinatlı olduğu üçün söküldü. Hazırki vəziyyətdə hasar yenidən bərpa edilib. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin Binə qəsəbəsində çıxarışlı 1,5 ha sahədən ibarət olan 2 yanbayan torpaq sahəsi var. Onlardan biri sənaye təyinatlı, digəri isə kənd təsərrüfatı təyinatlı torpaq sahələridir və heç birində tikili yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestrləri haqqında qanunun tələbinə əsasən çıxarış verilməsi üçün torpaq sahəsinin ərazisi mərzləşdirilməli, digər torpaq sahəsindən hasar ilə ayrılmalıdır. Oranın torpaq sahəsi dəmir ilə hasara alınmış, sonradan dəmir sökülərək daş hasara alınması niyyəti olmuşdur. Daş hasar çəkildikdən sonra özlərini icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxslər gəlib qanunsuz söküblər. Daş hasarın sökülməsi barədə onlar həm icra hakimiyyətinə, həmdə yuxarı orqanına müraciət etmişlər, hətta Prezident Administrasiyasından şirkətin direktorunu çağırmışlar, onlar da hasarın sökülməsinin qanunsuz olduğunu bildirmişlər. Həmin torpaq sahəsi icarə hüququ əsasında istifadədədir, orada heç bir tikili tikilməyib. İcra hakimiyyəti qanunsuz olaraq protokol tərtib edib və Əmlak komitəsi də heç bir yerində baxış keçirmədən protokolu məhkəməyə göndərib. Onlar hasar söküləndən sonra icra hakimiyyətinə müraciət etmişlər, şirkətin direktoru icra başçısı Adil Əliyevlə görüşmüş, onlarda hasarın qanunsuz olmadığını bildirmişdir. Onlar dəymiş zərərə görə icra hakimiyyətindən şikayət etməmişlər, yalnız hasar sökülmüş, həmin sökülmüş daşlarla da yenidən tikilmişdir. Sırf hasardır və özlərini icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxslər sökmüşlər.Buna dair video görüntümüzdə var,orada ərazi ancaq hasardan ibarətdir. Orada 1.5 ha 2 torpaq sahəsi var.Biri sənaye nəqliyyat rabitə təyınatlı digəri kənd təsərrüfatı təyinatlıdır.Şəxsin təqdim etdiyi şəkillərdəki sahə yalnız sənaye nəqliyyat təyinatlı sahəyə aiddir.Bunu təsdiq edə bilərlər,çünki əmlak komitəsindən 2-3 dəfə bu çıxarış üzrə döngə nöqtələrinin koordinatları istəmişlər.Təqdim edilmiş şəkildə sol tərəfdə beton zavod görünür həmin bina “Gilan” holdinqindir. “Gilan” holdinq həmin torpaq sahəsinin onlara aid olduğunu bildirir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il qeydiyyat tarixli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışlardan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi 1,5 ha sahədən ibarətdir və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisi 1,5 ha sahədən ibarətdir və kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəflərin verdiyi izahatlara, təqdim edilmiş sənədlərə əsasən hesab edir ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman həmin MMCnin nümayəndəsinin iştirakı təmin edilməmiş, onun iştirakı ilə protokol tərtib edilməmiş, barəsində protokol tərtib edilmiş torpaq sahələrinə yerində baxış keçirilməmiş və hər iki torpaq sahəsinin istifadə təyinatı müəyyənləşdirilməmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş çıxarışlarla 1,5 ha sahədən ibarət torpaq sahələrinin hərəsinin ayrılıqda kənd təsərrüfatı təyinatlı və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olması müəyyən edilmişdir. Həmçinin, həmin torpaq sahələrində hər hansı tikilinin inşa edilməsi və təyinatı üzrə istifadə edilməməsi qeyd edilsə də, təqdim edilmiş foroşəkillərlə görünür ki, torpaq sahəsində yalnız hasar inşa edilmiş, həmin hasar isə qanunsuz şəkildə sökülmüş, bu hal isə media vasitəsi ilə mübahisələndirilmişdir. Torpaq sahəsində yalnız “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” qanunun tələblərinə uyğun mərzləşmə işləri aparılmışdır. Odur ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material düzgün tərtib olunmadığından, qeyd olunan çatışmamazlıqlar aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol və əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar