Məhkəmə qərarları › İş №3(010)-4625/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4625/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4625/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 04 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Babək körpüsündən gəldiyi zaman zərərçəkmiş şəxsin avtomobilini görməmiş, yanlarından keçib getmişdir. Onlar “Araz” marketin yanında saxladıqları zaman qarş maşında olan xanım maşından düşərək onun maşınının təkərinə təpiklə vurmuş, ona söyüş söymüş, telefon ilə onu vurduğu zaman telefon əlindən oturacağın altına düşmüşdür. Bütün bunlar “Araz” marketin kamera görüntülərində var. O, maşını sürüb getmək istəyəndə qaz verdiyi vaxt xanım telefonla onu vurmuş, o da qaz vermiş və sonra arxaya verəndə “Chehvrolet Cruze” markalı maşını vurmuşdur. Yarım saat qadını söyüş söymüş, heç bir sığortaya zəng vurulmamışdır, sonradan isə o çıxıb getmişdir. Onu əsəbləşdirdikləri üçün çıxıb getmişdir, dəymiş zərərdən yalnız dediyindən ibarətdir. Sonradan isə xanım gedib zərəçəkmiş şəxs kimi polisə müraciət edib, güya o, xanımın maşınına zərər vurub. Bu hadisə ancaq belə olub, qəsdli şəkildə olmayıb. 32-ci Polis Bölməsində də xanım onun barəsində “sən mənə yaxınlaşmısan, ora gedək falan” demişdir, ancaq onu başqa kimləsə qarışdırır. Ona “BMW F10” ilə onlara – xanımlara yaxınlaşdığını deyib, ancaq o “BMW F10” markalı maşını sürmür. “BMW F10” markalı maşını sürən qadın maından düşmüş onun maşınına təpiklə vurmuş, onu da söymüşdür. O, şöbədə olanda kameraya açılıb baxılmasını istəyib, kamera baxılmayıb. Onun maşınından çəkilmiş görüntüdə qadının maşından düşüb onun maşınınına yaxınlaşması və onun da axıradək öz maşınında oturması görünür. Onun maşını sadəcə digər maşına toxunub, vurmaq da deyil. Qəsdli olmuş bir hadisə deyil. O, dəymiş ziyanın ödənilməsini təklif etmiş, ancaq ondan 1200 manat pul istəmişlər. Həmin dəymiş zərər 1200 manat məbləğində ola bilməz. Bir xanımın avtomobilinin buferinə vurub, digər xanımın avtomobilinə cızıq atıb. Onun maşınında etibarnamə var, sığortalıdır, etibarnamə olmadan sürməsi mümkün deyil. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o digər xanımla Ağ şəhərdən çıxmışlar və ard-arda yolda gedirmişlər. Sonra protokol tərtib edilmiş şəxs qarşıdan gedən digər xanımla yolda maşını sürmək istəmiş, buna görə işıqlarını yandırıb söndürmüşdür, ancaq xanım ona fikir verməmişdir. Sonra Qaraçuxur qəsəbəsində Araz marketin qarşısında dayandıqları vaxt həmin şəxsində orda olduqlarını görmüşlər, o özü maşından düşməmiş, xanım isə protokol tərtib edilmiş şəxsə niyə elə sürdüyünü soruşanda Şəxs onu söymüş, o da söydüyü üçün onun maşınına təpiklə vurmuşdur. O, maşından düşüb İlkanə xanımı sakitləşdirmək istəyəndə Şəxs ilk İlkanə xanımın maşınına vurmuş, sonra isə onun üstünə sürərək onun idarə etdiyi maşına vurmuşdur. Şəxs vurduqdan sonra 15-20 dəqiqə gözlədiyini deyir, ancaq orada dayanmayıb. Şəxs maşını etibarnamə olmadan, sığorta elətdirmədən təhlükəli formada sürüb. O, ilk 102 xidmətinə zəng etmiş, sonra təcili yardım çağırmışdır. Polisdə soruşulan vaxt, onlar 700 manat verərsə barışacaqlarını bildirmişdir, ancaq şəxs razı olmadığı üçün onlar rəsmi servisə gedərək dəymiş ziyanın məbləğini müəyyən etmişlər, orada da 1500 manat müəyyən edilmişdir. Hətta Qaraçuxur ərazisindən servisdən arayış almaq üçün gözlədikdə həmin şəxsi görmüşlər, şəxs onların yanından keçəndə onlara atmacalı söz demişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş “Lead Auto Service” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, sifarişin icra prosesində əvəz olunmalı ehtiyat hissələri və onların dəyəri 1200 manat, icra olunan təmir-xidmət işlərinin dəyəri isə 340 manat, ümumilikdə 1540 manat zərər dəymişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, protokolda dəymiş zərərin dəqiq məbləği göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Qeyd olunanlardan görünür ki, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Lakin iş materiallarında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən vurulmuş maddi zərərin məbləğin müəyyən edilməsi ilə əlaqədar lazımi tədbirlər görüməmiş, hər hansı əmtəəşnaslıq espertizasının rəyi və ya mütəxəssis rəyi təqdim edilməmişdir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 232- 1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun və materialın geri qaytarılması qənaətinə gəlmişdir. Belə ki, İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, zərərçəkmiş şəxs polis bölməsində ifadəsinədə maddi zərərin məbləğini 700 manat olaraq göstərmiş, sonra təqdim edilmiş qüsur aktında isə 1540 manat göstərilmişdir Beləliklə, həmin məblələrin arasında ziddiyyət olduğunu nəzərə almadan protokol tərtib edilmişdir. Həmçinin, mütəxəssis rəyi alınmalı və avtomobilə dəymiş zərərin məbləği dəqiq göstərilməlidir. İXM-nin 232-1-ci maddəsinin sanksiya hissəsində “vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə” edilməsi qeyd edilib, lakin dəymiş zərərin dəqiq məbləği müəyyən edilmədiyi üçün və həmin məlumat natamamam olduğu üçün məhkəmə tərəfindən hal-hazırda həmin protokola məsələsinə baxılması mümkün hesab olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 03 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar