Məhkəmə qərarları › İş №3(010)-4642/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4642/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4642/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Musayeva Aysel Xaliddin qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 496.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə baxılması üçün Şəxs 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-02253/23 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 55983944 nömrəli vaqonla daxil olmuş və **********1803 sorğu nömrəli 19.04 2023-cü il tarixli Gömrük Bəyannaməsi əsasında xx.xx.2023-cü il tarixədək müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedu ru nd a rəsmiləşdirilmiş yastı prokat yüklərinin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq. Şəxs MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bır tədbir görülməmişdir. Tərəflərindən VAİS-ə baxış keçirilmiş, baxış zamanı **********1803 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə saxlanca qoyulmuş yüklərin **********9315 sorğu nömrəli GB ilə daxildə emal gömrük prosedurunda rəsmiləşdirildiyi və həmin gömrük bəyannaməsinin saxlanca goyulmuş **********1803 sorğu nömrəli gömrük bəyannaməsi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca goyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəggəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatla rın aparılması nın müəy yən ol unmu Ş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərindən şirkətin ünvanına 3-33-1100/2-008531/2023 nömrəli 31 08.2023-cü ıl tarixli məktub göndərilərək izahat verməsi üçün dəvət edilmiş, həmçinin şirkətin əməkdaşı ilə əlaqə saxlanılaraq ( ***-***-**-**) dəvət edilmişdir. Lakin dəvət üzrə heçkim gəlməmiş və gəlməməsi barədə hər hansı üzrlü səbəb göstərməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 00100-02253/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 55983944 nömrəli vaqonla daxil olmuş və **********1803 sorğu nömrəli 19.04 2023-cü il tarixli Gömrük Bəyannaməsi əsasında xx.xx.2023-cü il tarixədək müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedu ru nd a rəsmiləşdirilmiş yastı prokat yüklərinin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq. Şəxs MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bır tədbir görülməmişdir. Tərəflərindən VAİS-ə baxış keçirilmiş, baxış zamanı **********1803 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə saxlanca qoyulmuş yüklərin **********9315 sorğu nömrəli GB ilə daxildə emal gömrük prosedurunda rəsmiləşdirildiyi və həmin gömrük bəyannaməsinin saxlanca goyulmuş **********1803 sorğu nömrəli gömrük bəyannaməsi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca goyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəggəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmu Ş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərindən şirkətin ünvanına 3-33-1100/2-008531/2023 nömrəli 31 08.2023-cü ıl tarixli məktub göndərilərək izahat verməsi üçün dəvət edilmiş, həmçinin şirkətin əməkdaşı ilə əlaqə saxlanılaraq ( ***-***-**-**) dəvət edilmişdir. Lakin dəvət üzrə heçkim gəlməmiş və gəlməməsi barədə hər hansı üzrlü səbəb göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 55983944 nömrəli vaqonla daxil olmuş və **********1803 sorğu nömrəli 19.04 2023-cü il tarixli Gömrük Bəyannaməsi əsasında xx.xx.2023-cü il tarixədək müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedu ru nd a rəsmiləşdirilmiş yastı prokat yüklərinin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq. Şəxs MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bır tədbir görülməmişdir. Tərəflərindən VAİSə baxış keçirilmiş, baxış zamanı **********1803 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə saxlanca qoyulmuş yüklərin **********9315 sorğu nömrəli GB ilə daxildə emal gömrük prosedurunda rəsmiləşdirildiyi və həmin gömrük bəyannaməsinin saxlanca goyulmuş **********1803 sorğu nömrəli gömrük bəyannaməsi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40,43,48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar