Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4646/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Əliyev Teymurun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 03 avqust 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 20 sentyabr 2023-cü ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Əliyev Teymur tərtib etdiyi MN seriyalı ******* nömrəli 20 sentyabr 2023-cü il tarixli protokolu müdafiə edərək bildirmişdir ki, 20 sentyabr 2023-cü il tarixdə 1-ci sektor Hövsan qəsəbəsində xidmətdə olan zaman saat təxminən 02:00 radələrində Hövsan kənd deyilən yerdə Ləvənginin yaxınlığında “Chevrolet Cruze” minik markalı, ** HG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onları görərək surətini artırmağa başlamışdır. Onlar, qarşıda qaranlıq dar küçədə həmin nəqliyyat vasitəsinin saxladığını, 1 nəfər şəxsin də nəqliyyat vasitəsindən düşərək qaçdığını görmüşlər. Onlar, həmçinin dərhal qaçan şəxsi təqib edərək ona çatıb həmin şəxsi zərərsizləşdirərək xidməti avtopatrula mindirmişlər və hər iki şəxsi 30-cu polis şöbəsinə gətirmişlər. Bu səbəbdən barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək izahatında bildirmişdir ki, 20 sentyabr 2023-cü il tarixdə, saat təxminən 02:00 radələrində Hövsan kənddən evə gedən zaman polis əməkdaşları onun idarə etdiyi “Chevrolet Cruze” minik markalı nəqliyyat vasitəsini saxlamış və sənəd təqdim etməsini istəmişlər. Sənəd üzərində olmadığından əməkdaşlar onları polis bölməsinə dəvət etmişlər, lakin onlar bundan imtina etmişlər. Törətdiyi əmələ görə peşmandır, bir daha belə xətaya yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünün əməkdaşı Nuriyev Nurlan ifadəsində bildirmişdir ki, 20 sentyabr 2023-cü il tarixdə 1-ci sektor Hövsan qəsəbəsində xidməti vəzifəsini yerinə yetirən zaman saat təxminən 02:00 radələrində Hövsan kənd deyilən ərazidə Chevrolet Cruze” minik markalı, ** HG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onları gördükləri zaman surətini artırmağa başlamışdır. Onlar, bir qədər irəlidə qaranlıq dar küçədə həmin nəqliyyat vasitəsinin saxladığını, 1 nəfər şəxsin də nəqliyyat vasitəsindən düşərək qaçdığını görmüşlər. Onlar dərhal qaçan şəxsi təqib edərək ona çatıb həmin şəxsi zərərsizləşdirmiş, xidməti avtopatrula mindirmiş və hər iki şəxsi 30-cu polis şöbəsinə gətirmişlər. Şəxs həmin inzibati xətanı törətməsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Əliyev Teymur tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 20 sentyabr 2023-cü il tarixli İnzibati Xəta haqqında protokolu, bqarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd edilən inizbati xəta ilə bağlı özünü təqsirli bilməsi ilə, həmçini şahid ifadəsi ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmçinin iş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs 20 sentyabr 2023-cü il tarixdə, saat 02:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində 150 manat məbləğində inzibati qaydada cərimə edilməsini məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-4646/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4646/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver