Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4647/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızı, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavabının qeyri-qanuni hesab edilməsi və s. barədə verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavabının qeyri-qanuni hesab edilməsi, Məcid Ağapur adlı İran vətəndaşının "xxxx" MMC-də qeyri-qanuni rəhbər vəzifədə işlədiyinə görə "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibari tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsinin xahiş etdi hissəsində Dövlət əmək Müfəttişliyinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavabının qeyri-qanuni hesab edilməsi, Məcid Ağapur adlı İran vətəndaşının "xxxx" MMC-də qeyri-qanuni rəhbər vəzifədə işlədiyinə görə "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibari tənbeh tətbiq edilməsi göstərmişdir. Belə olan halda X1 şikayətinin inzibati orqanın hərəkətlərindən, yoxsa inzibati xəta haqqında protokoldan və ya qərardan olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər X2 inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək istəmişdirsə, həmin işin məhkəmə aidiyyəti İnzibati Məhkəmələrin səlahiyyətindədir. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək istəmişdirsə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanının rəsmi cavab məktubundan şikayət nəzərdə tutulmamışdır. Şikayət inzibati xəta haqqında iş üzrə qərardan verilə bilər. İş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iş üzrə inzibati tənbeh vermə haqqında qərar mövcud deyil. Belə ki, şikayətə inzibati tənbeh vermə haqqında protokol və qərar əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavabının qeyri-qanuni hesab edilməsi, Məcid Ağapur adlı İran vətəndaşının "xxxx" MMC-də qeyri-qanuni rəhbər vəzifədə işlədiyinə görə "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibari tənbeh tətbiq edilməsi barədə verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə qaytarılsın. Qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(010)-4647/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4647/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver