Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4648/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-nin sahə inspektoru, polis leytenantı Nəriman Cəfərovun iştirakları ilə, xx xxxxxxxx 1975-ci il tarixdə Şuşa, Zarıslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Şuşa rayonu, Zarıslı kəndində qeydiyyatda olmaqla Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan və digər materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şüvəlan qəsəbəsindən Yeni Günəşliyə qədər olan ərazidə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-nin sahə inspektoru, polis leytenantı Nəriman Cəfərov tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək qeyd etdi ki, o, yol patrul inspektorunun çağırışı üzrə getmiş, Şəxs tabesizlik göstərdiyindən yol patrul inspektoru tərəfindən saxlanıldığını görmüşdür. Şəxsə 32-ci PB-yə gəlməsi təklif edilmiş, şəxs də 32-ci PB-yə gəlmiş, izahatı alınmışdır. O, inzibati qaydada tutulmamışdır. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, uşağı asma xəstəsidir, yaxınlıqdakı əczaxana isə Günəşlidə yerləşir. O, uşağına dərman almaq üçün avtomobili sürətlə idarə etmişdir ki, dərman ala bilsin. Post patrul əməkdaşı əl etmiş amma o avtomobili saxlamamışdır. Avtomobilinin arxasından post patrul əməkdaşı gəldiyinin fərqində olmamışdır. Uşağının xəstə olmasını, oğlunun əsgərlikdə olduğunu, özünün yaşını nəzərə alaraq barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin polis serjantı X2 tərəfindən Bakı şəhər Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:20 radələrində Kia markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinin saxla əmrinə tabe olmayaraq Şüvəlan qəsəbəsindən Yeni Günəşliyə qədər tabesizlik edərək qaçmışdır. Ara məsafəsi saxlamaqla təqibə davam edilmiş, ən sonda Yeni Günəşlidə saxlatdırıb 32-ci PB-yə təhvil verilmişdir; inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şüvəlan qəsəbəsindən Yeni Günəşliyə qədər polis əməkdaşının ictimai qaydanı pozmamaq barədə qanuni tələblərinə tabe olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şüvəlan qəsəbəsindən Yeni Günəşliyə qədər olan ərazidə polis əməkdaşlarının ictimai qaydanı pozmaması barədə qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-4648/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4648/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver