Məhkəmə qərarları › İş №3(010)-466/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-466/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-466/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Naxçıvan MR, Şərur rayonunun Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan MR, Şərur rayon, Dizə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X1 materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə, «HYUNDAİ İX-35» minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol nişanlarının tələblərinə əməl etmədiyi üçün Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman məlum olmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədərək, barəsində İXP ******* saylı, xx.xx.2021-ci il tarixli X1 protokol tərtib olunmuşdur. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında barəsində X1 protokol tərtib edilmiş Şəxs ittiham olunan inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, xx xxxxxx 2021-ci il tarixində, axşam saatlarında iki bokal pivə içmiş, xx xxxxxx 2021-ci il tarixdə, səhər saatlarında yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Sonuncular tərəfindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə xüsusi texniki vasitədən istifadə edilərkən, onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. İş materiallarında olan İXP saylı ******* nömrəli, xx.xx.2021-ci il tarixli X1 protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə «HYUNDAİ İX-35» minik markalı, **- PG-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nişanlarının tələblərinə əməl etmədən və sərxoş vəziyyətdə idarə etmişdir. X1 materiala əlavə edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2021-ci il tarixdə, saat 09:11-də tərtib olunmuş protokoldan görünür ki, Şəxs izahatında göstərmişdir ki, o, axşam saatlarında pivə içib, bir daha spirtli içki qəbul edərək avtomobil idarə etməyəcək. Alkotesterin göstəricisi ilə razıdır, həkimə getməyə ehtiyac yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, xx xxxxxx 2021-ci ildə Şəxs 0,466 promilli alkoqolun konsentrasiyası müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininn 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliiyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Maddənin Qeydinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 09:11 radələrində idarə etdiyi «HYUNDAİ İX-35» minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Suraxanı rayonu Suraxanı yolunda hərəkətdə olan zaman yol nişanlarının tələblərinə əməl etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddələrlə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətaları törətmiş şəxs Şəxs şəxsiyyətini və iş üçün əhəmiyyətli olan digər halları nəzərə alaraq, onun cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU xx xxxxxxx 2020-ci il Bakı şəhəri Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X1 materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 10:30-da başlandı. Məhkəmə iclasının katibi bildirir ki, məhkəmə iclasına barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs gəlmişdir. Hakim proses iştirakçısına Azərbaycan Respublikası İXM-nin 107 və 108-ci maddələrinin məzmununu izah edir və bildirir ki, qanun əsaslar olduqda etirazlar verilə bilər. Etiraz verilmədi. Hakim barəsində X1 iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edir. Barəsində X1 iş üzrə icraat aparılan şəxs: İnzibati xəta törətmiş şəxs: Şəxs- xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Hakim barəsində X1 iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquqlarını habelə vəzifələrini izah edir. Hakimin sualına cavab olaraq barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs bildirir ki, hüquqları və vəzifələri ona aydındır. Hakim Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş olmuş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli X1 protokolu elan edir və barəsində X1 iş üzrə icraat aparılan şəxsdən özünü təqsirli bilib-bilmədiyini soruşur. Barəsində X1 iş üzrə icraat aparılan şəxs müvafiq inzibati xətanı törətməkdə özünü təqsirli bilir. Hakim barəsində X1 iş üzrə icraat aparılan şəxsə izahat verməyi təklif edir. Barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs protokol üzrə izahatı: Möhtərəm Hakim! xx xxxxxxxx 2020-ci il tarixində, axşam saatlarında bir bokal pivə içmiş, xx xxxxxxxx 2020-ci il tarixdə, səhər saatlarında yol polisi əməkdaşları tərəfindən saxlanılmışam. Sonuncular tərəfindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə xüsusi texniki vasitədən istifadə edilərkən spirtli içki qəbul etməyim müəyyən olunmuşdur. Buna etiraz edərək, pivənin axşam içdiyimi, hal-hazırda sərxoş olmadığımı bildirsəm də, polis əməkdaşları buna məhəl qoymamış, daha sonra idarə etdiyim «HYUNDAİ İX-35» minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili cərimə meydançasında təhvil vermiş, yol polisi əməkdaşları tərəfindən saxlanılmağımdan 2 saat sonra özüm həkimə gedərək, ayıq olmağım barədə müvafiq tibbi müayinə protokolu əldə etmişəm. Hakim iş üzrə toplanmış sənədləri oxuyub elan edir və proses iştirakçısından iş üzrə vəsatətlərininin olub-olmadığını soruşur. Vəsatət olmadı. Hakim baxılan inzibati iş üzrə məhkəmə araşdırmasının yekunlaşdırılmasına dair proses iştirakçısının fikrini soruşur. Etiraz olunmadı. Hakim baxılan inzibati iş üzrə məhkəmə araşdırmasının yekunlaşdığını elan edir. Hakim barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs çıxış üçün söz verir. Barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs çıxışı: -Möhtərəm hakim! Xahiş edirəm, inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verməyinizi xahiş edirəm. Hakim müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarını oxuyub elan edərək, həmin qərardan 10 gün müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellasiya Məhkəməsinə şikayət və protest verilməsi qaydasını elan edir. Məhkəmə iclası bağlı elan olunur. Hakim: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar