Məhkəmə qərarları › İş №3(010)-4687/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4687/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4687/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin İcra məmuru, X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs, xx xxxx 1983-cü ildə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 30 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Bakı şəhər Suraxanı Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(025)-848/2023 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X3 məhkəmədə bildirdi ki, iş üzrə borcluya məlumat verilmiş, borcluya icra vərəqəsi ilə bağlı məlumat almasına baxmayaraq, ilk çağırışa gəlməmiş, bundan sonra ona məcburi gətirilməsi və işlədiyi müəssisəyə də bu barədə rəsmi məlumat veriləcəyi xəbərdar edildikdən sonra o, çağırışa gəlmişdir. Lakin gəldikdə uşağı gətirməmiş, bir neçə dəfə məlumat verildikdən sonra uşağı görüşə gətirmişdir. Artıq həmin müddət ərzində problemin nə olduğu bəlli olmuş, borclu qarşı tərəfin aliment borcu olduğu üçün uşaqla görüşə maneə yaradır. Buna görə borclunu İcra şöbəsində həm özü həm də, həmin müəssisəsinin rəisi tərəfindən məlumat verilmiş, borclu da aliment borcunu ödədiyi təqdirdə görüşə icazə verəcəyini bildirmiş, borcluya dəfələrlə aliment işinin bu işlə heç bir aidiyyatı olmadığını deməsinə baxmayaraq borclu bu halı başa düşməmişdir. Bundan başqa uşaqla görüş zamanı uşağın atası ilə sərbəst və rahat şəkildə görüşmək istədiyi müşahidə edilmişdır. Odur ki, icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024 il tarixində tanımadığı telefon nömrəsindən işdə olduğu zaman telefonuma zəng edilərək icra şöbəsinə oğlu Süleymanla birlikdə gəlməyini kobudluqla tələb etdilər. Saat 16:00 gələcəyini demiş, amma uşaqla ünsiyyət məhkəmə qərarı ilə bazar günü olduğundan həm də rəsmi şəkildə heç bir müraciət almadığı üçün edilən zəngə şübhə ilə yanaşmışdır. İcraya getmək üçün oğlu ilə birlikdə evdən çıxmış, saat 4-ə qalmış həmin nömrədən yenə zəng gəlmiş və uca səslə kobudluqla “niyə gəlmədiniz deyə soruşmuşdur”. Yolda olduğu və üzürlü səbəbdən 10-15 dəqiqə gecikəcəyini demişdir. Kimə isə müraciətlə "müəllim" gəlirlər dediyini eşitmişdir. İcra şöbəsinə çatdıqda icra məmuru Bəxtiyarov Heydər kobudluqla uca səslə “gec gəlmisiniz saat 4-də burada olmalı idiniz” dedi və həftənin birinci günü saat 10:00 məhkəmə iclası olacağını və ona inzibati xəbərdalıq ediləcəyini dedi. Uşaqla ünsiyyətlə bağlı Suraxanı rayon icra şöbəsindən bundan əvvəl yalnız bir dəfə telefon zəngi ilə icra şöbəsinə uşaqla birlikdə gəlməyini tələb etmişdirlər. Dedikləri vaxt oğlu Süleymanla icra şöbəsində olmağına baxmayaraq 1 saata qədər gözləmişdir. Həmin zaman Qəbələ rayon məhkəməsinin 2(025)-848/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində nəzərdə tutlduğu kimi hər həftənin bazar günləri uşaqla ünsiyyətdə olmasına etraz etmədiyini demişdir. Həmin zaman icra məmuru Zərərçəkmiş şəxs növbəti həftə uşaqla ünsiyyətdə olmaq üçün icra şöbəsinə gəlməsini demişdi amma qarşı tərəf gəlməmişdir. Zərərçəkmiş şəxs aliment borcunu ödənməsini tələb etdikdə hər dəfə müxtəlif yollarla aliment borcunu ödəməmək üçün məni təhdid edir, bəhanələr gətirir. Hal hazırda borclunun 2480 manat aliment borcu vardır. xx.xx.2024-cü il tarixində Suraxanı rayon icra məmuru Heydər Bəxtiyarovun icra şöbəsinə gəlmək tələbinə əsasən icra şöbəsinə uşaqla birlikdə getmişdir. Burada başqa icra məmuru Rəşad Dövlətov qeyri- qanuni tərtib etdiyi aktı imzalamağını israrla tələb etdi. Zərərçəkmiş şəxs uşaqla ünsiyyətdə olmaq üçün görüşə gəlmədiyini, icra məmurunun bütün çağrışlarına gəldiyini, məhkəmənin uşaqla ünsiyyətdə olmaq üçün görüş qərarına etiraz etmədiyini, icra məmurunun qeyri-qanuni gün həftənin 5ci(xx.xx.2024) günü uşaqla ünsiyyətdə olmaq üçün görüş çağrışına uşaqla birlikdə icra şöbəsinə gəldiyini, iddiaçı Zərərçəkmiş şəxs həmin həftənin məhkəmə qətnaməsinə əsasən təyin edilən qanuni bazar günü (xx.xx.2024) )uşaqla ünsiyyətdə olmaq üçün görüşə gəlmədiyini, "aliment ödəndiyi təqdirdə uşaqla ünsiyyətin baş tutacağını" cümləsini işlətmədiyini demiş və qeyri-qanuni akt tərtib edilərsə şikayət edəcəyini bildirmişdir. Həmin gün icra məmuru X5 rayon məhkəməsinə getməyini və məhkəmə iclasının olacağını demişdir. Məhkəmə zalında iddiaçı Zərərçəkmiş şəxs etiraf etdi ki, uşaqla görüşmək üçün axırıncı üç ayda heç bir cəhd göstərməyib və özü görüşə gəlməyibdir. Məhkəmə zalında icra məmuru Rəşad Dövlətov alimenti tələb etməyinin müqabilində uşaqla ünsiyyətdə olmaq qərarını qarşı tərəf tələb etməyəcəkdir təklifinə etiraz etmişdir. Alimenti Zərərçəkmiş şəxs məhkəmə qətnaməsinə əsasən ödəməli olduğunu və uşaqla ünsiyyətdə olmaq hüququna etiraz etmədiyimi bildirmişdir. Zərərçəkmiş şəxs Qəbələ rayon məhkəməsinin 2(025)-848.2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində nəzərdə tutulduğu kimi hər həftənin bazar günləri saat 10:00-dan 18:00 -a qədər uşaqla ünsiyyətdə olmaq üçün görüşə xx.xx.2024 tarixində yenə gəlməmişdir. Uşaqla ünsiyyətin baş tutması üçün xx.xx.2024-cü il tarixində icra məmuru Heydər Bəxtiyarova zəng edərək “qarşı tərəfin niyə gəlmədiyini soruşdum və xx.xx.2024 -cü il tarixində görüşə gəlməzdən bir saat əvvəl qarşı tərəfin zəng vuraraq bildirməsini xahiş etdim”. İcra məmuru öyrənib məlumat verəcəyini bildirsə də, heç bir məlumat vermədi və növbəti həftə də qarşı tərəf uşaqla ünsiyyətdə olmaq üçün görüşə gəlməmişdir. Zərərçəkmiş şəxs və icra məmuru Dövlətov Rəşadın iştirak etdiyi xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında ev ünvanımı tam olaraq deməyinə baxmayaraq Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixidə keçirilən məhkəmə iclasında uşaqla ünsiyyətdə olmaq üçün görüşə başqa ünvana getdiyini bildirdi. Yaşadığı ünvanı məhkəmə hakiminə yalnış təqdim edərək qəsdən yalan məlumat vermişdir. xx.xx.2024-cü ildə və xx.xx.2024-cü il saat 10:00-da Zərərçəkmiş şəxs oğlu Süleymanla görüşə gəlmişdir və təklikdə görüşməsinə heç bir maneə olmadan şərait yaradılmışdır. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, uşaqla görüş zamanı uşaq qorxur, çəkinir, anası tərəfindən uşağa təyziqlər olunur və uşaq psixoloji travma alır. Borclu ona şərait yaratmır. Onun mobil nömrələrini blok etmişdir. Son olaraq yaşayış ünvanını da dəyişdirmişdir. Fevral ayından bu yana dəfərələrə görüşək üçün getmiş, görüşdüyü vaxtlar olsa da, adətən qapını belə açmamışdır. Bundan başqa, uşağın nənəsi telefonla uşağı görmək üçün Qəbələdən gəldiyini məlumat vermiş, lakin nənəsi oraya çatanda nə telefona nə də qapını açan olmamışdır. Borclu ilə əlaqə yaratmaq üçün onun qardaşına məlumat verərək, uşaqla bağlı məlumat alıb, onunla görüşmək istədiyini bildirir. Yeni qaldığı ünvana da dəfələrlə getməsinə baxmayaraq borclu maneələr yaradaraq icra tələbinin icrasına maneə olur. Buna görə də hazırki icra vərəqəsi üzrə həmin icra vərəqəsinin icra edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi alınmış azyaşlı X1 ifadəsində 7-ci sinifdə oxuduğunu, dərslərini yaxşı oxuduğunu, anasını atasından daha çox sevdiyini, atasının onları atıb getdiyinə görə onu daha az istədiyini, atası evə onunla görüşməyə nə vaxt gəibsə, anası onu evə buraxmışdır. Lakin onun özü atası ilə görüşmək istəməmişdir. Əksər hallarda görüşləri 20-30 dəqiqə ərzində baş tutaraq görüşləri başa çatır. Atası onu görüşmək üçün başqa yerə aparmaq istəsə də, özü getmir. Son dövrlərdə atası çox gəlməyə başlamış, atası əsasən keçən il görüşmək üçün gəlirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(025)-848/2023 nömrəli icra sənədinə əsasən, Zərərçəkmiş şəxs valideynlik hüquqlarını həyata keçirməkdən ötrü 21 fevral 2012-ci il təvəllüdlü X1 ilə hər həftənin bazar günləri saat 10:00-dan saat 18:00-dək cavabdehin iştirakı olmadan iddiaçının müəyyən etdiyi ərazidə ünsiyyətdə olmaq üçün görüş verilməsi qət edilmişdir. 30 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(025)- 848/2023 nömrəli icra sənədinə dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(025)-848/2023 nömrəli icra sənədi üzrə yaranmış öhdəliyi üzrə protokolda göstərilən əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2023cü il tarixli, 2(025)-848/2023 nömrəli icra sənədinə əsasən hal-hazırda qeyd olunan pozuntunun borclu ilə əlaqəsi mövcud deyildir. Tərəflərin izahatından müəyyən olunur ki, təşkil olunan görüşlərdə uşaq ata ilə sərbəst şəkildə görüşür, borclu tərəfindən hər-hansı maneə yaradılmır. Həmin görüşlərin keçirilməsi üçün borclu icra şöbəsinə də getmiş, görüşün həyata keçirilməsi üçün uşağı da aparmış, bundan əlavə protokolda əvvəlki dövrdə də görüşlər üçün şərait yaratmış, məhkəmədə baxıldığı dövrdə də görüşün həyata keçirilməsi üçün dəqiq ünvanı verilmiş və tələbkardan mobil nömrəsini istəmiş, məhkəmə tərəfindən verildiyi vaxt ərzində görüşə mane olmayaraq, həyata keçirilməsinə şərait yaratmışdır. Bununla da Şəxs Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(025)- 848/2023 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar