Məhkəmə qərarları › İş №3(010)-4689/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4689/2022

15.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4689/2022 15.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ağdərə, İM.Qərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Kəlbəcər Rayonu, Kərəmli Ə/D, Kərəmli Kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küç. Ev 62-də yaşayan, Şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin 31-cu Polis Şöbəsinin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, M.Mustafayev küçəsində yerləşən istirahət parkında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək, izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, M.Mustafayev küçəsində yerləşən istirahət parkında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Əməlindən peşman olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru A.Vəliyev tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında protokolu ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində 150 manat məbləğində inzibati qaydada cərimə edilməsini məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar