Məhkəmə qərarları › İş №3(010)-469/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-469/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-469/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X4, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Teymur Bayramovun iştirakı ilə, Şəxs, 18 avqust 1966-cı ildə Zəngilan rayonu, Bartaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 29 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Teymur Bayramov tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 07 aprel 2022ci il tarixli, 2(060)-1418/2022 nömrəli qətnaməsinə dair 14 iyun 2022-ci il tarixli icra sənədini, Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(060)-8072/2021 nömrəli qətnaməsinə dair 09 mart 2022-ci il tarixli icra sənədini və Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(060)-8276/2021 nömrəli qətnaməsinə dair 09 mart 2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru Teymur Bayramov məhkəmədə bildirdi ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(060)-1418/2022 nömrəli qətnaməsinə dair 14 iyun 2022-ci il tarixli icra sənədini, 20 dekabr 2021-ci il tarixli, 2(060)-8072/2021 nömrəli qətnaməsinə dair 09 mart 2022-ci il tarixli icra sənədini və Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(060)- 8276/2021 nömrəli qətnaməsinə dair 09 mart 2022-ci il tarixli icra sənədinin icrasını və icra məmurunun tələblərini yerinə yetirmir. Hazırda borclunun 34690 manat məbləğində borcu vardır. Odur ki, borclunun inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, 200 manat məbləğində pulu tələbkara ödəmiş, bundan sonra da mütəmadi olaraq ödənişlər edəcəyini, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, ağır şəkər xəstəsi olduğunu, təyziq xəstəsi olduğunu və 2 dəfə infarkt keçirdiyini, digər 2 tələbkara borcun qismən ödədiyini və bu barədə sübutları olduğunu, məhkəmədə mülki iddianı qaldırdığını bildirərək, inzibati protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 izahatında, pulu qəbul etdiyini, yalnız borcunun daimi ödənilməsini tələb etdiyini, borclu barəsində hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(060)-1418/2022 nömrəli qətnaməsi ilə cavabdeh Şəxs 23700 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 23730 manat pul tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(060)-8072/2021 nömrəli qətnaməsi ilə cavabdeh Şəxs 6000 manat məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6030 manat pul tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(060)-8276/2021 nömrəli qətnaməsi ilə cavabdeh Şəxs 4900 manat məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4930 manat pul tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. 29 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(060)-1418/2022 nömrəli qətnaməsinə dair 14 iyun 2022-ci il tarixli icra sənədinə, Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(060)-8072/2021 nömrəli qətnaməsinə dair 09 mart 2022-ci il tarixli icra sənədinə və Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(060)-8276/2021 nömrəli qətnaməsinə dair 09 mart 2022-ci il tarixli icra sənədinə dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İş materiallarında olan 29 yanvar 2024-cü il tarixi akta əsasən, Şəxs 200 manat məbləğində pulu tələbkar X5 ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(060)-1418/2022 nömrəli qətnaməsinə dair 14 iyun 2022-ci il tarixli icra sənədi üzrə yaranmış borcundan icra sənədi üzrə tələbkar Şəxs xeyrinə 200 manat ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Sumqayıt şəhər Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(060)- 1418/2022 nömrəli qətnaməsinə dair 14 iyun 2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar