Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-471/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızınun sədrliyi, X8 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Lənkəran, Cil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(020)-1586/2019 saylı; xx.xx.2019-cü il tarixli, 2(020)-1696/2019 saylı və xx.xx.2022-ci il tarixli, 2(020)-91/2022 saylı icra sənədləri ilə üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(010)-4932/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Zərərçəkmiş şəxs qərardan narazı qalaraq apellyasiya şikayəti vermiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(010)-4932/2023 saylı qərarının ləğv olunmasını, borclu Şəxs həbslə bağlı inzibati tənbeh verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-2428/2023 nömrəli qərarı ilə zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 3(010)-4932/2023 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hovuz ustasıdır. Sifariş olandan olana işi olur. Pulu alan kimi alimenti ödəyir. Qızılların dəyərini ödəmək imkanı yoxdur. Göstərilənlərə əsasən, barəsində inzibati cərimə tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuruna və zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, icra məmuru və zərərçəkmiş şəxs (tələbkar) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə inzibati xəta haqqında materiala icra məmurunun və zərərçəkmiş şəxsin (tələbkarın) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(020)-1586/2019 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs oğlundan hər ay bir uşaq üçün 120 manat sabit pui məbləğində aliment tutularaq onun xx.xx.2018-ci ildə anadan olmuş X4 adlı uşağının saxlanılması üçün anası Zərərçəkmiş şəxs verilməli; alimentin tutulmasının başlanğıcı 11 sentyabr 2019-cu il tarixdən hesablanmaqla uşaq yetkinlik yaşına çatana kimi davam etdirilməlidir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(020)-1696/2019 saylı icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları olan 1 ədəd brilyant qaşlı nişan üzüyü 408 manat, 1 ədəd adi qaşlı üzük 374 manat, 1 ədəd adi qaşlı üzük 455,60 manat, 1 ədəd adi adi qaşlı üzük 469,20 manat,1 ədəd tros toxunuşlu boyunbağı 1904 manat,1 ədəd tros toxunuşlu qolbağı 952 manat,1 ədəd adi qaşlı sırğa 816 manat naturada, bu mümkün olmadıqda isə onların dəyəri pulla cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməli; qiymətləndirmə rəyi üçün ödənilmiş 65( altmış beş) manat və ödənilmiş 30(otuz) manat dövlət rüsumu cavabdeh X2 alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməli Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-91/2022 saylı icra sənədindən görünür ki, Beyləqan rayon məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən X3 xx.xx.2018-cı il tarixdə anadan olan Uğur adlı bir uşağın saxlanması üçün uşağın anası X1in xeyrinə qət edilən hər ay bir uşağa 120 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay bir uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən edilməklə artırılmış, alimentin həmin miqdarda artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilməlidir. Şəxs dövlət rüsumuna görə 30 manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilməlidir. icraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(020)-1586/2019 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; icraata başlama haqqında qərarın surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(020)-1696/2019 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-91/2022 saylı saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; xəbərdarlıqlardan görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(020)-1586/2019 saylı; xx.xx.2019-cü il tarixli, 2(020)-1696/2019 saylı və xx.xx.2022-ci il tarixli, 2(020)-91/2022 saylı icra sənədlərinin icrası borcludan tələb edilmiş, icranı təmin etmədiyi halda məsuliyyət daşıyacağı izah edilmişdir; Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(020)-242/2022 saylı qərardadından görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)- 91/2022 saylı və xx.xx.2020-ci il tarixli, 2(010)-1696/2020 saylı icra sənədlərinə əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq, yəni icra sənədlərini n icrası tam başa çatanadək məhdudlaşdırılması qərara alınmışdır. İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 91/2022 saylı, xx.xx.2022-ci il tarixli və Beyləqan Rayon Məhkəməsinin 2(020)-1696/2-019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli izahatlardan görünür ki, Şəxs icra sənədlərinin icrası tələb edilmiş, borclu işləmədiyindən və xəstə olduğundan ödənişləri edə bilmədiyini, hal-hazırda ödəniş edə bilməyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(020)-1586/2019 saylı; xx.xx.2019-cü il tarixli, 2(020)-1696/2019 saylı və xx.xx.2022-ci il tarixli, 2(020)-91/2022 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 528.1-ci maddəsinin sanksiyasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 22 fevral 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-471/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-471/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver