Məhkəmə qərarları › İş №3(010)-4711/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4711/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4711/2025 05.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin, sahə-inspektoru X4, İnzibati xəta törətmiş şəxs X2 iştirakları ilə xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 05 noyabr 2025-ci il tarixli protokola əsasən xırda xuliqanlıq edərək söyüb şəxsi təhqir etmişdir. Bununla da, X3 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahəinspektoru X6 protokola uyğun izahat verərək bildirdi ki, vətəndaşla dövlət yol polisi arasında dialoq olmuşdur, vətəndaşın maşını saxlanılmışdır. X1 YPX əməkdaşı İsmayılov Azərə zəng edərək, onun maşınını cərimə meydançasına aparmasına görə ünvanına təhqirlər və nalayiq ifadələr işlətmişdir. YPX əməkdaşı raportla müraciət etmiş, şəxs tutularaq protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Odur ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 510 maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ifadəsində göstərdi ki, onun maşını cərimə meydançasına aparılmışdır, şəxsi həmin vaxtdan tanıyır. Bildirdi ki, bir il yarımdır ki, maşın oradadır, iki aydır ki, maşını çıxarmışdır, ümumilikdə maşının cərimə meydançasına aparılmasından il yarım müddət ötmüşdür. Maşının üstündə səs siqnalı var idi, maşından açılmışdır, o da kimdə olduğunu soruşmuş, lakin tapa bilməmişdir. İki-üç dəfə zəng vurub soruşmuş, ona kimdə olduğunu bilmədiklərini demişdirlər. Ona maşını cərimə meydançasına salan şəxsdən soruşması deyilmiş, zəng vurduğu zaman o da bilmədiyini demişdir. Axırıncı dəfə zəng etdiyi zaman öz yanında adam olmuş və həmin adam səs-küy etmişdir, o isə bu səbəbdən ona qarşı nalayiq ifadələr işlətmişdir, YPX əməkdaşına qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Bu cür qəbul edildiyi üçün YPX əməkdaşından üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin DYPŞ-nin inspektoru b/serjant Azər İsmayılov ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman tanımadığı nömrədən şəxsi istifadəsində olan telefonuna zəng gəlmişdir. Həmin vətəndaşla tanışlığı belə olmuşdur ki, təxmini 2 il əvvəl həmin vətəndaşın cəriməsi ödənilmədiyi üçün avtomobilini cərimə meydançasına yerləşdirmişdirlər. Bununla bağlı, vətəndaşın narazıçılığı olmuşdur ki, onun maşınında səs gücləndirici siqnal olmuş və həmin siqnal sökülmüşdür. O, vətəndaşa dəfələrlə başa salmışdır ki, onların həmin səsgücləndiricini çıxarma səlahiyyətləri yoxdur, əgər avtomobil duracağa qoyulubdursa, o siqnal çıxarıla bilməz, ödənilməmiş cərimə ödənildikdən sonra avtomobil çıxarılmışdır. Lakin vətəndaş ona nalayiq ifadələr işlətmiş və təhqir etmişdir. Üzrünü insan olaraq qəbul edir, lakin hesab edir ki, o sözlər dövlət əməkdaşına deyiləcək sözlər deyildi. Qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X2 əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 101.3 və 102.5-ci maddələrinə əsasən inzibati araşdırma aparıldığı halda inzibati xəta haqqında protokol bir aydan artıq olmayan müddətdə tərtib olunur. Məhkəmə X2 məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar mövcud deyil. Cəza təyin edərkən məhkəmə X2 şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halının olmamasını, işin faktiki hallarını, onun şəxsə qarşı nalayiq ifadələr söylədiyini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, X3 xx.xx.2025-ci il tarixdən saat 18:00-dan tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vaxtdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5 (beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı, inzibati qaydada tutulduğu tarixdən, yəni xx.xx.2025-ci il tarixdən saat 18:00-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar