Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4714/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs xx xxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 17 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polisi İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xüsusatları inkar edərək bildirdi ki, “İSUZU ECOBUS avtobus” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində deyil və o, həmin avtomobili idarə etmir. Buna görə də onun qeyd edilən inzibati xətanı törətməsi qeyri-mümkündür. Belə ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunu ödəməmiş, buna görə də, kredit borcunu kredit mqaviləsi üzrə zamin X3 ödəmişdir. Bu səbəbdən də “İSUZU ECOBUS avtobus” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 mülkiyyətinə vermiş, bundan əlavə etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun daşınar əmlakını idarə etməyi, sərəncam verməyi və digər hərəkətləri etməyi X2 etibar etmişdir. Buna görə də Şəxs inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan 22 sentyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 aprel 2022-ci il tarixdə, “İSUZU ECOBUS avtobus” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, X5 (Zabrat), 11 ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətə texniki baxışdan keçirmədən idarə etməsinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan əsasında 08 aprel 2022-ci il tarixli, EQ seriyalı, ******* nömrəli qərarla 50 manat cərimə olunmuşdur. Lakin Şəxs cəriməni 03 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında təqdim etdiyi 29 aprel 2015-ci il tarixli Sazişdən görünür ki, sazişin 1.1-ci bəndində əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 20 saylı filialı ilə Şəxs arasında bağlanmış 25 may 2012-ci il tarixli 17AV/F20-12 saylı Kredit Müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin Kredit Müqaviləsinin təminatı olaraq, 25 may 2012-ci il tarixli 17İP/F20-12 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə poteka ilə yüklü edilmiş 3 ədəd “İsuzu Ecobus” markalı (Q/N- 90NP133, Tip-Vaqon 22+1 yer, Ban - NNAMOB5LL02016791, mühərrik - 941966, Buraxılış ili - 2012, Rəngi - Ağ), (Q/N- 90NP131, Tip-Vaqon 22+1 yer, Ban - NNAMÖB5LL02016834, mühərrik - 993768, Buraxılış ili - 2012, Rəngi - Ağ) və (Q/N-1 90NP161, Tip-Vaqon 22+1 yer, Ban - NNAMOB5LL02016835, mühərrik - 993739, Buraxılış ili - 2012, Rəngi - Ağ) avtobusların “Zaminin” mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Həmin sazişin 2.1-ci bəndinə əsasən "xxxx" ASC-nin 20 saylı filialı ilə Şəxs arasında bağlanmış 19 iyul 20l3-cü il tarixli 63AV/F20-13 saylı Kredit Müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin Kredit Müqaviləsinin təminatı olaraq, 19 iyul 2013-cü il tarixli 63İP/F20- 13 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə poteka ilə yüklü edilmiş 1 ədəd “İsuzu SAZ NP37” markalı (Q/N- 90MZ462, Tip-Vaqon 19+1 yer, Ban - NSANPR66P8S101370, mühərrik - 612802, Buraxılış ili - 2008, Rəngi - Ağ) avtobusların “Zaminin” mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Həmin sazişdə kredit müqaviləsi üzrə borclu Şəxs, zamin X3 qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında təqdim etdiyi 17 avqust 2017-ci il tarixli etibarnamədən görünür ki, Şəxs həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun daşınar əmlakını idarə etməyi, sərəncam verməyi və digər hərəkətləri etməyi X2 etibar etmişdir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Şəxs “İSUZU ECOBUS avtobus” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 mülkiyyətinə vermişdir. Məhkəmə Şəxs “İSUZU ECOBUS avtobus” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili 08 aprel 2022-ci il tarixdə idarə etməsi və bu zaman yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsi barədə dair kifayət qədər şübhələrin olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə əsaslanaraq hesab edir ki, bütün şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xeyrinə həll edilməlidir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan əlavə, iş materiallarına nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya istifadəçisi barədə hər hansı bir sənəd əlavə edilməmişdir. Buna görə də 08 aprel 2022-ci il tarixdə “İSUZU ECOBUS avtobus” markalı, **-NP- *** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs və ya digər şəxs tərəfindən idarə etməsini (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) müəyyən etmək qeyri-mümkündür. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Bununla da inzibati xəta haqqında işdə olan sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-4714/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4714/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver