Məhkəmə qərarları › İş №3(010)-4714/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4714/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4714/2023 21.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru, polis kapitanı, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Ermənistan Respublikası, Amasiya şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 20 sentyabr 2023-cü ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində Suraxanı rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünün polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, polisin qanuni tələblərini pozaraq müqavimət göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru, polis kapitanı, X3 tərtib etdiyi MN seriyalı ******* nömrəli 21 sentyabr 2023-cü il tarixli protokolu müdafiə edərək bildirmişdir ki, Suraxanı rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünün polis əməkdaşları xx.xx.2023-cü il tarixdə 5652 saylı avtopatrulda xidmət zamanı Qaraçuxur qəsəbəsi istiqamətində hərəkətdə olarkən metal qəbulu məntəqəsinin qabağında dayanmış “VAZ 2106” minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobil onların diqqətlərini çəkmiş, həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişlər, üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədin mövcud olub-olmaması barədə soruşmuşlar. Lakin həmin şəxslər onlara sərt cavab verərək mübahisə etməyə başlamışdır. Daha sonra isə Şəxs və yanında olan sürücü X2 polisin qanuni tələblərinə riayət etməyərək tabesizlik göstərmişlər. Sonda isə polis əməkdaşları həmin şəxləri Polis şöbəsinə dəvət edərək raportla növbətçi hissəyə təhvil vermişlər. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə təxminən 19:10 radələrində, Suraxanı ərazisində metal qəbulunun qarşısında olarkən əlində sellofanlarda 20-30 kq dəmir olmuş və onları təhvil vermək istəmişdir. O, polis əməkdaşlarına şübhəli gəldiyi üçün onun kim olmasını və əlindəki dəmirləri haradan almasını soruşmuşlar. O isə əsəb olduğundan polis əməkdaşlarına ucadan “əl çəkin məndən” deyərək narazılıq etmişdir. Polis əməkdaşı onlara tərəf yaxınlaşaraq polis maşınına dəvət etmiş, bu vaxt aralarında mübahisə yaranmış, nəticədə onu polis maşınına əyləşdirmişlər. Törətdiyi əmələ görə peşmandır, bir daha belə xətaya yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru, polis kapitanı, X3 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 21 sentyabr 2023-cü il tarixli İnzibati Xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd edilən inzibati xəta ilə bağlı özünü təqsirli bilməsi ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmçinin iş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs 20 sentyabr 2023-cü il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində 150 manat məbləğində inzibati qaydada cərimə edilməsini məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar