Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4730/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X3 katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru polis mayoru X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 01 oktyabr 2024-cü il tarixli protokola əsasən Şəxs DİN-nin 102 zəng mərkəzinə zəng edərək nalayiq ifadələr və söyüşlər söyərək ictimai qaydanı kobudcasına pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru polis mayoru X2 izahatında protokola uyğun izahat verərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək etdiyi əməldən peşman olduğunu, 2017-ci il tarixində oğurlundığı heyvanların bügunə qədər tapılmamasına görə əsəbi olduğunu, polislərə çoxsaylı ərizələr yazdığını, buna görə xərcinin çıxdığını, lakin heç bir nəticəsi olamdığını, ona görə də DİN- 102 zəng mərkəzinə həmin hadisə ilə bağlı zəng etmiş olduğunu, özündə olmadığını, əsəbi olduğundan elə ifadələr işlətmiş olduğunu bildirərək, həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 101.3 və 102.5-ci maddələrinə əsasən inzibati araşdırma aparıldığı halda inzibati xəta haqqında protokol bir aydan artıq olmayan müddətdə tərtib olunur. Şəxs əməli etiraf etməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmə oğlunun məsuliyyə Şəxs tini ağırlaşdıran halını müəyyən etməmişdir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halını və ağırlaşdıran halının olmamasını nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı, inzibati qaydada tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən saat 16:15-dən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadn Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4730/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4730/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver