Məhkəmə qərarları › İş №3(010)-4734/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4734/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4734/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Protokol tərtib etmiş şəxs Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, V.Balandin küçəsi, ev 2B-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 16449424 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə, saat 16:13-də ünvan 2 ünvanında Şəxs keçmiş əri X8 taxta parçası ilə döyərək bədəninin müxtəlif nahiyyəsindən xəsarətlər yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edilmiş şəxs 31-ci Polis Şöbəsinin sahə rəisi X5 protokola uyğun izahat verərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirir ki, o, zərərçəkmiş Əlimirzə Musayevi vurmamış, o, Karate Federasiyasının üzvü olduğuna görə onu hər-hansı xəsarət yetirmək qeyri-mümkündür. Hadisəni təsvir edərkən, Şəxs izahatında bildirmişdir ki, Ə.Musayev qızına baş çəkməyə gələndə, ev ilə bağlı mübahisəni başlanmış və onun və oğlunun arasında mübahisə başlanmış, onun, yəni Şəxs tərəfindən ona hər hansı xəsarət yetirilməmiş, o, sadəcə aralamağa çalışmışdır. Məhkəmə iclasında Şəxs sonradan yazılı şəkildə təqdim etmiş izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə heç bir qanun pozuntusuna yol verməmişdir. Belə ki, onun keçmiş əri X9 o, yaşayan ünvana qızını görmək adı ilə gəlmiş, o. aralarında söz-söhbət yaranmaması üçün həmişəki kimi evdən çölə çıxmışdır. Musayev Əlimirzə yaşadığı evin sənədlərini adına keçirmək üçün oğlu Ülvi Musayevlə mübahisələri olub. Yaranmış hayküyü eşitdikdə o, davanın böyüməməsi üçün öz yaşadığı evə deyil, qonşuluqda yaşayan bacısı Ağayeva Svetlananın evinə getmişdir. Buna baxmayaraq Musayev Əlimirzə bacısının evinə soxularaq qapını sındıraraq, ona, evdə olan Əhmədova Züleyxaya hücum çəkərək, onları təhqir edərək, onları döymək istəmişdir. Evdə yaranmış səs küyü çöldən eşitdikdə oğlu Musayev Ülvi evə girərək Musayev Əlimirzəni çölə çıxartmışdır. Musayev Əlimirzə çöldə təhqir və söyüşləri, hədələri davam etdiyini o, gördükdə xx.xx.2024-cü il tarixdə saat 15:16 -da 102-yə zəng etmişdir. Bacısı onun evinə Musayev Əlirzanın qapısını sındıraraq girdiyini xəbər aldıqda xx.xx.2024-cü il tarixdə saat 16:11 -də 102-yə zəng etmişdir. Dava etmək üçün onu təhqir edib böhtan atan Musayev Əlimirzə həmin gün onun yaşadığı evə gəlmiş və bacısı Ağayeva Svetlananın evinə, onun iradəsinə zidd daxil olmuşdur. 102 xidmətinə zəngdən sonra orada polis əməkdaşları olarkən Musayev Əlimirzənin xəsarət almasını təsdiq edən əlamətlər olmamışdır. Onun keçmiş əri Karate Federasiyasının üzvüdür və qara kəmər ustasıdır. Təlim məşq prosesində aldıqları xəsarətləri (əgər elə xəsarətlər olubsa, ola bilər) məişət zəminində aldığı xəsarət kimi ona, oğluna böhtan ataraq Suraxanı RPİ-nin 31-ci PŞ-nin polis sahə rəisi polis mayoru Müqəddəs Xankişiyeva ərizəsində qeyd etmiş və polis əməkdaşı işə səhlənkar yanaşaraq məhkəmə tibbi ekspertizası aparılarkən, onu ekspertizaya bilərəkdən cəlb etməmişdir. Bütün qeyd olunanları nəzərə alaraq, evinə, bacının evinə dava etmək niyyəti ilə soxulan adam evdən çölə çıxartmaq üçün, özünü müdafiə etmək üçün qeyd edilən hərəkətləri etmişdir. Təhqiqat araşdırılması zamanı zərərçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, ünvan 3 ünvanı ona məxsusdur, lakin evin sənədləri evi ona satan şəxsin adınadır. Evi ona satan X1 düzəldib qaydasına sala bilmir ki, aldığı evə ayrıca çıxarış ala bilsin. 2023-cü il tarixdə həyat yoldaşı X3 rəsmi şəkildə boşandığı üçün həmin evdə yaşamır. Evi ona satan X6 aldığı evin sənədini düzəltməsin! onunda həmin sənəd əsasında çıxarış ala bilməsini təmin etməsini bildirsə də sonuncu bu günə qədər sənədi hazırlamamışdır. Hər dəfə Züleyxaya zəng vurub sənədi soruşduqda Sevil onunla mübahisə edir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanına ruhi əsəb xəstəsi olan qızı Lamiyəyə baş çəkmək üçün gəldikdə keçmiş həyat yoldaşı X10 onunla mübahisə etməyə başlamışdır. Mübahisə edərək hansı səbəbdən Züleyxaya zəng vurub ondan sənəd istədiyini, sənədi alaraq evi adına keçirib satacağını dedikdə mübahisələri daha da gərginləşmişdir. Həmin vaxtı oğlu X14 oraya gəlmişdir. Anasına tərəf çıxaraq onunla mübahisə edib həyətdə olan ayaqqabı yığılan dolabı aşıraraq sındırmışdır. Həmin vaxtı Sevil 102 xidmətinə zəng vururaq onun barəsində yalan məlumat verərək onun evi dağıtdığı haqda məlumat vermişdir. 31-ci PŞ-dən əməkdaşlar oraya gəlmişlər, hadisə yerini müayinə edib, Sevilin ərizəsin alıb getmişlər. Sevil ərizə verən zaman o, küçəyə çıxmış, polis əməkdaşları oradan gedəndən sonra yenidən evə qayıtmışdır. Onun evə qayıtdığını görən oğlu X14 və X10 onun geri qayıtmasına görə mübahisə etmişlər. Mübahisə zamanı X14 taxta parçası ilə bədəninin müxtəlif nahiyyələrinə, keçmiş həyat yoldaşı X10 isə əli ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döymüşlər. Hadisə zamanı orada o, oğlu Ülvi və keçmiş həyat yoldaşı Sevil olmuşdur. Məhkəmə iclasında dindirilmiş zərəçəkmiş şəxs X9 izahatında göstərdi ki, Şəxs bildirdikləri həqiqəti əks etdirmir. Belə ki, artıq 1 ildən uzun müddətdir ki, onlar ayrılmışlar və o, ara-ara qızını görməyə gəlir. Hadisə olan gün də qızına meyvə yedizdirərkən, oğlu X14 onu görüb, əsəbiləmiş bu evə nəyə görə gəldiyini bildirmiş və dava başlamış, bu zaman Şəxs da oğlunu görərək daha da qızışmış və onun başından və boyun nahiyəsindən vuraraq xəsarət yetirmiş, bundan sonra da oğlu Ülvi Musayev da ona çoxsaylı bədən xəsarətləri yetirmişdir. Həmin zaman psixoloji vəziyyəti də tam olaraq normal olmadığı üçün tam ayırd edə bilməmiş, belə ki, onu əsasən oğlu döymüş, lakin ilk zərbəni Şəxs vurmuşdur. Onu sarsıdan həmin zərbələr deyil, onların çoxsaylı təhqir və söyüşləri olmuşdur. Belə ki, hazırda onların yaşadıqları evi öz adına keçirtmək istəməsindən belə dava-dalaşlar başlamışdır. Onların barışmaq ehtimallarının olmadığını, onu mənəvi cəhətdən sarsıtdıqlarını, ona dəymiş xəsarətlərin mənbəyinin elə Şəxs olduğunu, ona görə oğlunun da ona qarşı belə hərəkətlər etmiş olduğunu bildirərək, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 25 avqust 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət işinin başlanılması rədd edilməsi, Şəxs və X11 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədi ilə qərarın surəti PŞ-nin aidiyyəti əməkdaşına həvalə olunması, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin aidiyyəti əməkdaşa həvalə edilməsi məqsədi ilə qərarın surəti PŞ-nin aidiyyəti əməkdaşına həvalə olunması, X12 ilə X9 arasında ev bölgüsü və qeydiyyat məsələsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin maddə ilə cinayət işinin başlanılması rədd edilməsi və tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunması, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, qərar barədə maraqlı tərəfə məlumat verilməsi və material saxlanılması üçün Suraxanı RPl-nin 31-ci PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının 455 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X7 başın təpə nahiyəsinin qançırı, boyunun arxa səthinin və döş qəfəsinin sağ yan səthinin qançırları, sağ kürəkaltınahiyənin sıyriğı müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024- cü il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 30-cu maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs oğlunun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar