Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4737/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, X1nun iştirakı ilə, X3 Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, özünə məxsus “X12” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edir. O bu avtomobili aldığı vaxtdan etibarən sistematik olan heç bir şey dəyişməmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Hər zaman maşını aldığı formada saxlamağa və heç bir zədələmə görməməsinə çalışmışdır. Maşının əsas və köməkçi hissələrinin zavod istehsalı halında saxlamağı daima üstün tutmuşdur. Bunun nəticəsində də heç bir qanun pozuntusuna yol verməmiş və maşının idarə sistemində, ümumi hissələrində qadağan edilmiş dəyişikliyə yol verməmişdir. Onun öz maşınında etdiyi bəzi kiçik dəyişikliklər isə yalnız fiziki görünüş və rahat idarə etmək üçün qanunla qadağan edilməyən dəyişikliklərdir. Bu dəşişikliklər isə maşının idarə sisteminin əvəz olunması ilə nəticələnməmiş, maşının ümumi sistemində heç bir qanun pozuntusu yaratmamışdır. O, xx.xx.2024-cü il tarixdə bu avtomobillə Bakı şəhəri, Xətai rayonu ərazisində hərəkət edərkən X11 əməkdaşları tərəfindən saxlanılmış, onun sənədləri və s. yoxlanıldıqdan sonra əməkdaşlar maşına baxış keçirməyə başlamışlar. Baxış keçirən zaman yol polis əməkdaşları onun maşının sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etdiyini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş pozuntunu törətdiyini bildirmişlər. Lakin o belə bir pozuntu törətmədiyi üçün buna etiraz etmiş və qanunla qadağan edilmiş heç bir əməl törətmədiyini bildirmişdir. Əməkdaşlar isə onun sükan sistemini dəyişdirdiyini, nəticədə sükan idarə sisteminin əvəz olunduğunu qeyd etmişlər. Bu isə tamamilə yanlış və əsassızdır. Çünki o, sükan idarə sistemində heç bir dəyişiklik etməmişdir. Onun etdiyi dəyişiklik məhz sükanın tutacaq yerinin fiziki olaraq yenilənməsi idi. Sadəcə sükanı daha rahat tutmaq üçün sükanın tutacaq yeri onun tərəfindən dəyişdirilmişdir. Bu isə qanunvericilikdə qadağan edilməyən dəyişikliyə aiddir. O bu halları yol polis əməkdaşlarına izah etməyə çalışsa da, əməkdaşlar onun dediklərinə əhəmiyyət vermədən protokol tərtib etmişlər. Nəticədə, onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, bundan sonra isə bu protokol və inzibati xəta haqqında işin materiallarına baxılaraq Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Polis Kiçik X2 tərəfindən TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin bu qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, o heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun maşının sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etdiyi bildirilsə də, o, faktiki olaraq bu pozuntunu törətməmiş, sükan idarə sistemini dəyişməmişdir. Açıq-aydın görmək olar ki, onun etdiyi dəyişiklik sükan idarə sisteminin əvəz olunması ilə bağlı deyil. O, sadəcə sükanın fiziki halında dəyişiklik etmişdir. Bunun səbəbi isə sükanı tutarkən rahat olmağı və sükanı daha rahat qavrayaraq yorulmamağı olmuşdur. Bu səbəbdən də o, sükanı yalnız fiziki cəhətdən ona rahat olan şəkildə dəyişdirmişdir. Bu isə qanunla yol verilən bir haldır. Qərarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi bildirilmişdir. Bunun nəticəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində inzibati qaydada 150 (yüz əlli) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində qeyd edilib: Maddə 342. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması - 342.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Müddəadan da görünür ki, yalnız sükan idarə sisteminin əvəz olunmasına görə bu maddə tətbiq edilə bilər. Digər hallar isə qanunla qadağan edilməyib. Lakin polis əməkdaşları bu maddəni düzgün şəkildə tətbiq etməmişlər. Həmçinin protokol tərtib olunarkən heç bir sübut və ya təsdiqedici sənəd təqdim edilməmişdir. Əməkdaşlar şahid belə çağırmadan protokol tərtib etmişlər. Bu özü də göstərir ki, protokol tamamilə əsassız şəkildə tərtib olunmuşdur. Heç bir inzibati xəta əməli olmadığı halda polis əməkdaşları inzibati xəta haqqında protokol tərtib etmişlər. Yuxarıda qeyd edildiyi kimi, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş xitam edilməlidir. Qeyd etdiklərindən və işin faktiki hallarından da görünür ki, onun hər hansısa bir əməlində inzibati xəta tərkibi olmamışdır. O, qanunla qadağan edilmiş heç bir əsaslı dəyişikliyə yol verməmişdir. Lakin səlahiyyətli orqanın əməkdaşları işin hallarına zidd olan qərar qəbul etmişlər. Bu isə Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına gətirib çıxarmış və İnzibati Xətalar Məcəlləsinin müddəaları kobud və qərəzli şəkildə pozularaq qərar qəbul edilmişdir. Həmçinin müddəalarda qeyd edildiyi kimi, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, səlahiyyətli orqanın gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması hallarında inzibati xəta haqqında qərar ləğv edilməlidir. Polis əməkdaşları heç bir əsaslı araşdırma aparmamış, sadəcə ötəri nəzər yetirərək və onun ifadələrini dinləmədən qərar qəbul etmişlər. Buna görə də, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Polis Kiçik X2 tərəfindən qəbul edilən TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və inzibati xəta haqqında işin xitam olunmasına dair qərar qəbul edilməlidir. Bundan başqa, qərar 24 avqust 2024-cü il tarixdə qəbul edilsə də, ona 13 sentyabr 2024-cü il tarixdə rəsmi şəkildə təqdim edilmişdir. Belə ki, o, ilk öncə ərizə ilə müraciət etmiş və ona heç bir cavab göndərilməmişdir. Sadəcə sözügedən qərar ona təqdim edilmiş və ümumi şöbədə peçatlanmışdır. Nəticədə ona 13 sentyabr 2024-cü il tarixdə sözügedən qərar rəsmi şəkildə təqdim edilmişdir. Buna görə də o bu qərardan məhz bu tarixdə xəbərdar olmuşdur. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarla X4 nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə, daha dəqiq olaraq, maşının sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etdiyinə görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 150 manat məbləğində cərimə edilmişdir. X1 inzibati cərimənin qanunsuz yazıldığını, avtomobili aldığı vaxtdan etibarən sistematik olan heç bir şey dəyişmədiyini, sükan idarə sistemində heç bir dəyişiklik edilmədiyini, onun etdiyi dəyişikliyin məhz sükanın tutacaq yerinin fiziki olaraq yenilənməsi olduğunu, sadəcə sükanı daha rahat tutmaq üçün sükanın tutacaq yerinin onun tərəfindən dəyişdirildiyini, bunun isə qanunvericilikdə qadağan edilməyən dəyişikliyə aid olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət qismən əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarla X3 İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X3 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Şəhər X11 İdarəsinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-4737/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4737/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver