Məhkəmə qərarları › İş №3(010)-4739/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4739/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4739/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə, 23 mart 1983-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 16R0PJV, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 Qobustan rayon Polis Şöbəsinin DYPB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-13-90/2- 10849/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılması haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Qobustan rayon Polis Şöbəsinin DYPB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-13-90/2- 10849/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılması haqqında qərardan verdiyi şikayəti və işə yaşadığı yer üzrə baxılması barədə vəsatəti 04 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Qobustan Rayon Polis Şöbəsinin vəzifəli şəxsi 24 may 2024-cü il tarixdə X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, 03 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 80 manat məbləğində cərimə etmişdir. X5 həmin qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət vermiş, Suraxanı Rayon Məhkəməsinin 3(010)-2997/2024 nömrəli iş üzrə 25 iyun 2024-cü il tarixli qərardadı ilə Qobustan Rayon Polis Şöbəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 03 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə bağlı şikayət aidiyyəti üzrə Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. X5 vəsatət təqdim edərək şikayətinə onun yaşayış yeri üzrə, yəni Suraxanı rayonunda baxılmasını xahiş etdiyindən Qobustan Rayon Məhkəməsinin 3(026)-228/2024 nömrəli iş üzrə 23 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün X3 vəsatəti əsasında qeydiyyatda olduğu və yaşadığı yer üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Qobustan Rayon Polis Şöbəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 03 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə bağlı X5 tərəfindən verilmiş şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 3(010)- 2997/2024 saylı qərarı ilə qismən təmin edilmiş, Qobustan Rayon Polis Şöbəsinin vəzifəli şəxsinin X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilərək 80 manat məbləğində cərimə edilməsinə dair 03 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Qobustan Rayon Polis Şöbəsinə göndərilmişdir. Qobustan rayon Polis Şöbəsinin DYPB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-13-90/2-10849/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılması haqqında qərara əsasən, vətəndaş X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 327.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 80 manat məbləğində cərimə edilməsi ilə əlaqədar qəbul edilmiş qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarından göründüyü kimi X3 yaşayış yeri ünvan 3 ünvanıdır. Kənan Orucəliyev tərəfindən şikayətinə yaşayış yeri üzrə məhkəmədə baxılması barədə vəsatət verilmişdir. Bununla da müəyyən olunur ki, X5 tərəfindən şikayət aidiyyəti üzrə düzgün məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış, şikayət vermiş X5 izahatında göstərdi ki, 24 may 2024-cü il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qobustan, Sabir 37 küçəsindən Şamaxı istiqamətində bir tərəfli boş yolla getdiyi zaman qarşıda dairəni keçən kimi solunda 4.2.3 yol hərəkəti işarəsini özünə rəhbər tutaraq həmin istiqamətlə hərəkəti sağdan davam etdirmişdir. Həmin an yol polisi əməkdaşı ona saxla əmri vermiş və özünü təqdim edərək bildirmişdir ki, o, manevr edərək-dönmə işıqlarından düzgün istifadə etməmiş, lakin yol polisi ona hərəkət istiqamətinin əksi istiqamətdə hərəkət etməsinə görə İXM-nin 327.2-ci maddəsi ilə inzibati cərimə yazmışdır. Cəriməni yazmazdan qabaq polis əməkdaşına bildirmişdir ki, dönmə işıqlarından istifadə etməmiş və polis əməkdaşından görüntü təqdim etməsini istədiyi halda ona heç bir görüntü təqdim etməmiş, ona qanunsuz olaraq demədən başqa maddəyə əsasən 80 manat cərimə yazmışdır. Cərimənin qanunsuz yazılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə dəfələrlə şikayət etməsinə baxmayaraq, yazılan cərimənin daxili araşdırılması zamanı düzgün araşdırma aparılmamışdır. Həmin istiqamətə daxil olan kimi 4.2.3-cü sağ ilə sola yol ayrıcına daxil olma işarəsi və 1.19-cu yol işarəsi yolun sağ istiqamətinə yoldan xeyli aralıda qanunsuz quraşdırılmışdır. X10 Qanunun 62-ci maddəsində qeyd edildiyi kimi yaşayış məntəqələrindən kənarda yol ayrıclarına 150-300 metr məsafədə yol ayrıclarına çatmamış yol işarəsi lövhələri quraşdırılmalıdır. Lakin həmin məsafəyə yol ayrıcına çatmamış giriş qadağan işarəsi və yaxud yol ayrıcına çatmadan 150-300 metr məsafədə heç bir yol işarəsi quraşdırılmamışdır. Həmin yolun başlanğıcında 4.2.3 işarəsi yolun sol hissəsində və 1.19 yol işarəsi isə yolun sağ tərəfində quraşdırılmışdır. Bununla bağlı məhkəməyə videogörüntülər təqdim etmişdir. X2 inzibati xəta ilə bağlı cəriməni ödədiyini bildirmiş və Qobustan rayon Polis Şöbəsinin DYPB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-13-90/2- 10849/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılması haqqında qərarın ləğv edilməsini, qanunsuz olaraq ödədiyi cərimənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Qobustan rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, Qobustan rayon Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. Məhkəmə, Qobustan rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi X1 rayon Polis Şöbəsinin DYPB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-13-90/2-10849/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılması haqqında qərardan verilmiş şikayət üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, Qobustan rayon Polis Şöbəsinin DYPB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli qərarı X5 25 sentyabr 2024-cü il tarixdə rəsmi qaydada ala bilmişdir. Buna görə də məhkəmənin 24 oktyabr 2024-cü il tarixli qərardadı ilə X3 vəsatəti təmin olunmuş və 09 sentyabr 2024-cü il tarixli, 3-13-90/2-10849/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan X3 verdiyi şikayətə baxılması ilə bağlı itirilmiş müddət üzürlü hesab olunaraq bərpa edilərək işə mahiyyəti üzrə baxılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət təmin olunmamalı və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş Kənan Orucəliyev və Qobustan RPŞ-nin DYPB tərəfindən təqdim edilmiş videogörüntülərə baxış keçirilən zaman müəyyən olunur ki, 24 may 2024-cü il tarixində Qobustan, Sabir 37 küçəsindən Şamaxı istiqamətində “Mercedes” markalı, **-NC-*** dövlət qeydiyyatlı avtomobil hərəkətdə olarkən qarşıda olan kiçik dairəni düz istiqamətdə keçərkən qarşıda yolun sol tərəfində iki tərəfli yolun başlanğıcında 4.2.3 (maneəni sağdan və soldan keçmə) yol nişanı görünür, həmçinin həmin yola paralel sağ tərəfdə yerləşən yolda iki tərəfli hərəkət istiqamətini göstərən 1.19 yol nişanı həmin yolun sağ tərəfində quraşdırılmış, Kənan Orucəliyevin idarə etdiyi avtomobil qarşıda sağda olan iki tərəfli hərəkət istiqaməti olan yola daxil olarkən öz hərəkət zolağı ilə deyil, qarşıdan gələn avtomobilin hərəkət zolağına daxil olur və bir qədər hərəkətini davam etdirdikdən sonra YPX əməkdaşı arxadan YPX avtomobili ilə gələrək onu saxlayır. Kənan Orucəliyevə YPX inspektoru tərəfindən protokol yazılan zaman həmin yolda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkət etməsi aşkar görünür. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, inzibati tənbeh vermə haqqında 03 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar ilə tətbiq edilmiş 80 manat cərimə elə həmin gün 72 manat olmaqla dövlət büdcəsinə ödənilmişdir. İXM-nin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” Siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X3 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X5 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirkardır. Həmçinin, X5 inzibati tənbeh vermə haqqında 03 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar ilə tətbiq edilmiş cəriməni dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X10 Azərbaycan Respublikası Qanunun 61-ci maddəsinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatvericigöstərici, servis, əlavə məlumat (lövhəciklər). X10 Qanunun 61-ci maddəsinin Vİİ bəndinə əsasən yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Qanunun 62-ci maddəsinə əsasən xəbərdarlıq nişanları (məsələn 1.19 iki tərəfli hərəkət) hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150—300 metr, yaşayış məntəqələrində isə 50—100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər. Qanunun 65-ci maddəsinə əsasən məcburi hərəkət istiqaməti nişanları (məsələn 4.2.3 maneəni sağdan və soldan keçmə) sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. Bu nişanların dairəvi forması və mavi fonu vardır. Qanunun 69-cu maddəsinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Həmin maddəyə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. Üfüqi nişanlanma xətlərinə həmçinin aşağıdakılar aid edilir: 1) 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 2) 1.3 — dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Qobustan rayon Polis Şöbəsinin DYPB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-13-90/2-10849/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılması haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 124.2-ci (İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası) maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Hazırki iş üzrə qayda pozuntusu göründüyü kimi YPX inspektoru tərəfindən bilavasitə aşkar edilmiş, qeyd olunan hadisə ilə bağlı foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməmiş, əgər xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilsəydi o zaman İXM-nin 122.1-ci maddəsinin tələblərinə əsasən elektron qərar qəbul edilmiş olardı, hazırki vəziyyətdə isə YPX inspektoru tərəfindən TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, yol hərəkət qaydalarını pozduğuna görə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, X3 əməli məhkəməyə təqdim edilmiş fotogörüntülər və videogörüntülərin əks olunduğu CD disklər ilə kifayət qədər sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Qobustan rayon Polis Şöbəsinin DYPB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-13-90/2-10849/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılması haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X3 şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 52, 110, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Qobustan rayon Polis Şöbəsinin DYPB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-13-90/2-10849/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılması haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar