Məhkəmə qərarları › İş №3(010)-4746/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4746/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4746/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, X2, 08 noyabr 1977-ci ildə Xaşmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4RZ9BGE, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 X4nin rəisi X12 tərəfindən qəbul olunmuş 23 avqust 2024ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 23 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin əməkdaşı tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında tərtib edilmiş, həmin qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. 04 oktyabr 2024-cü il tarixdə X5 şikayətlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini X8 tərəfindən barəsində qəbul olunmuş 24 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sos’ial Müdafiəsi Nazirliyi yanında X7 Lənkəran-Astara Regional şəbəsinin rəisi X12 tərəfindən xx.xx.2024-cü il tarixdə onun barəsində İXM-nin 469.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında MN ******* saylı qərar tərtib edilib. Məlumat üçün bildirir ki, fərdi sahibkarlıqla məşğul olur, fəaliyyəti tərcümə işlərindən ibarətdir və bununla əlaqədar olaraq 4 işçi ilə əmək müqaviləsi bağlayaraq onları işə götürmüşdür. Tərcümə ilə bağlı sifarişlərin olmaması səbəbindən həmin işçilər də başqa işə keçdikləri üçün 27 iyul 2024-cü il tarixdə ərizə ilə ona müraciət edərək işdən öz ərizələri ilə azad olunmuşlar. DƏMX-nin X4 işçilərimi icbari qaydada sığorta etdirmədiyim üçün mənimlə bağlı yuxarıda göstərilən qərarı qəbul edərək məni 1500 (bir min beş yüz) manat cərimə etmişdir. İnzibati icraat aparılarkən onun İXM- nəzərdə tutulan hüquqları pozulmuşdur. Ona inzibati araşdırma ilə bağlı məktub deyilənə görə göndərilmiş lakin ona gəlib çatmamışdır, sonradan vatsap vasitəsilə cari ilin avqust ayının 15-də həmin məktub ona göndərilmişdir. xx.xx.2024-cü il tarixdə o, X4nə məktubla müraciət etmişdir. Məktubu nəzərə alınmadan və onun iştirakı olmadan xx.xx.2024-cü il tarixdə onunla bağlı qərar çıxarıldı. Beləliklə onun hüquqları pozuldu. Bundan sonra o, regional şöbənin qərarından AR ƏƏSMN yanında X15 Xidmətinə şikayət etmişdir. DƏMX xx.xx.2024-cü il tarixdə bu işə baxaraq regional şöbənin qərarını qüvvədə saxladı. Onlar da öz qərarları ilə onun hüquqlarını pozdular. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmağıma baxmayaraq onunla bağlı vəzifəli şəxsə aid olan cərimə 1500 (bir min beş yüz) manat təyin olunub. Əgər o, bu inzibati xətanı törətmişəmsə, cərimə 500 (beş yüz) manat müəyyən olunmalı idi. Burada da onun hüquqları pozulmuşdur. Odur ki, İXM-nin 53.1.1., 114.1.4, 114.2.1,-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Lənkəran-Astara Regional şəbəsinin rəisi X12 tərəfindən xx.xx.2024-cü il tarixdə onun barəsində İXM-nin 469.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında MN ******* saylı qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X14 məhkəmədə bildirdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. İcbari sığorta müqaviləsi işçilərlə işə götürlən zaman bağlanmalıdır. Yəni, hazırda həmin işçilərin əmək müavilələrinə xitam verilsə belə, inzibati xəta artıq işəgötürənin işçi ilə əmək müqaviləsi bağlanan anda yaranmışdır. İşə götürənin işçiləri işdən çıxartması və yaxud əmək müqaviləsinin ləğv edilməsi hüququ pozuntusunu aradan qaldırmır. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsindən də göründüyü kimi dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bundan başqa da, şəxsə protokolun tərtib edilməsində iştirakı üçün məktub göndərilmiş, bundan əlavə də mobil telefon vasitəsi ilə məlumatladırılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, inzibati xəta haqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş sahibkar və yaxud vəzifəli şəxs X5 tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin əməkdaşı tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında 23 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar qəbul olunmuş, həmin qərarla X5 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 23 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Lənkəran-Astara Regional şəbəsi tərəfindən qəbul olunmuş 23 avqust 2024-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan X5 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 göndərilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 15 avqust 2024-cü il tarixində X15 Xidməti X1n ***-***-**-** nömrəli telefondan ona zəng edib, ünvanına məktub göndərdiklərini bildirdilər və o məktubun ona çatmadığını bildirdi və həmin məktubu vatsapp nömrəmə göndərmələrini xahiş etmişdir. ***-***-**-** saylı nömrədən 15 avqust 2024-cü il tarixində onun ***-***-**-** saylı vatsapp nömrəsinə həmin məktub, 06 avqust 2024-cü il tarixli, 3- 175/2-D-52160/2024 saylı məktub göndərildi. Məktub ilə tanış olduqdan sonra, məlum oldu ki, ona əməkdaşları peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanı təmin etmə barədə xx.xx.2024 ci il tarixdə saat 18:00-da X15 Xidmətinin X1 olması tələbi qoyulmuşdur. Məktub ona vatsapp nömrə ilə xx.xx.2024-cü il tarixində saat 11:07-də göndərildiyindən, o, Bakı şəhərində yaşadığından fiziki saat 15:00-da həmin idarəyə çata bilməməyindən bununla bağlı X15 Xidmətinin X1 məktub ilə müraciət etmişdir. Həmin məktubu demx LElektron ünvan elektron ünvanına göndərmişdir. Amma və təəsüflər olsun ki, X15 Xidmətinin X4 onun məktubuna cavab yazmaq əvəzinə, onun sahibkar kimi, vətəndaş kimi hüquqlarımı əzib, haqqını kobud surətdə pozub. 23 avqust 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında MN No-1613136 saylı qərar ilə onun haqqımda 1500 manatlıq cərimə qərarı çıxarmışdır və həmin cərimə ilə bağlı məlumat ona xx.xx.2024-cü il tarixində Asan Pay tərəfindən gəlmiş və qərarın özü isə xx.xx.2024-cü il tarixdə saat 12:35 onun “vatsapp” nömrəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Lənkəran-Astara Regional şəbəsi tərəfindən X3 ünvanlanmış məktubdan görünür ki, altsistem vasitəsi ilə aparılan təhlillər zamanı R.Dadaşov işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədilə müvafiq müqavilənin bağlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən Sizə X15 Xidmətinin X4nin xx.xx.2024-cü il tarixli 3-17-5/2-D-29696/2024 nömrəli məktubu göndərilmiş və 10 (on) iş günü müddətində işçilərin, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin İtirilməsi hallarından İcbari sığortalanması təmin edib nəticəsi barədə X15 Xidmətinin X4n məlumat verilməsi xahiş olunmuşdur. Lakin, Siz bu müddət ərzində işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən Sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər 1500, hüquqi şəxslər 5000 manat məbləğində çərimə edilir. Bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə 15.08 2024-cü il tarixdə saat 15:00-da X15 Xidmətinin X4nə (Lənkəran şəhəri, H.Z.Tağıyev 118, Əlaqə: 025 25 5 12 62) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması link üzərindən) dəvət olunmuşdur. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədləri müzakirə zamanı tərəfinizdən təqdim edilməsi tələb olunur. Səlahiyyətli nümayəndəninin iştirakını təmin edilməsi və iş üzrə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən işverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və şərtlərlə mütləq sosial sığorta etməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ var. Belə olan halda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 şikayətində göstərdiyi dəlillərini əsaslı və qanuni hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 X4 tərəfindən X3 protokol tərtib olunmasında iştirak edilməsi üçün xx.xx.2024cü il tarixdə X7 X1 olması bildirilmiş və X2 da öz ifadəsində bu hal öz təsdiqini tapmış, yəni X3 vaxtında və lazımi qaydada protokol tərtib edilməsi barədə məlumatladırılmış, bundan başqa X2 şikayətində vəzifəli şəxs olmamasını bildirsə də, bu hal öz təsdiqini tapmamış, belə ki, X5 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, belə olan halda da X5 Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində göstərilən vəzifəli şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan başlanılmış hesab edilir. İşdə olan mövcud sübutlardan göründüyü kimi X2 əməlində inzibati xəta hadisəsi mövcud olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin əməkdaşı tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 23 avqust 2024-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X5 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, X5 tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Bununla da inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X2 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X5 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 X4nin rəisi X12 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan 23 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 X4nin rəisi X12 tərəfindən qəbul olunmuş 23 avqust 2024-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar