Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4749/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2 iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli və 3 azyaşlı uşağı olan, Masallı şəhər 11 illik uşaq incəsənət məktəbində rəsm müəllimi işləyən, məhkum olunmamış, əlilliyi və ağır xəstəliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi dalan 3, ev 9-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:13-də ünvan 2 ünvanında Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin qançırı, boynun arxa səthinin və döş qəfəsinin qançırı dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs barəsində 07 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş MN seriyalı ******* nömrəli inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:13-də ünvan 2 ünvanında Zərərçəkmiş şəxs başın təpə nahiyyəsinin qançırı, boynun arxa səthinin və döş qəfəsinin qançırı kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Şəxs Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə zəng edib dəvət edən zaman gəlməmiş və gəlməkdən boyun qaçırmışdır. Həmin ailənin münaqişəli ailə olduğunu bildirmişdir. Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Akşin Vəliyev tərəfindən 25 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu qərara əsasən də hadisəni törədən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü ona həvalə olunmuşdur. Buna görə də, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, özü həm rəssamdır həm də karate idman növü ilə uzun müddət məşğul olmaqla müxtəlif dərəcə və medallara sahibdir. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi dalan 3, ev 10 ünvanı ona məxsusdur, lakin evin sənədləri evi ona satan şəxsin adınadır. Evi ona satan X1 düzəldib qaydasına sala bilmirki, aldığı evə ayrıca çıxarış ala bilsin. 2024-cü il tarixdə həyat yoldaşı X4 rəsmi şəkildə boşandığı üçün həmin evdə yaşamır. Hazırda bacısıgildə yaşayır. Oğlu və keçmiş həyat yoldaşı onu evdən qovmuşlar. Bildirmişdir ki, keçmiş həyat yoldaşı ona xəyanət edir, ondan icazəsiz Türkiyəyə gedib gəlir və ona hörmətsizlik edir. Evi ona satan X11 ondan aldığı evin sənədini düzəltməsini onun da həmin sənəd əsasında çıxarış ala bilməsini təmin etməsini bildirsə də sonuncu bu günə qədər sənədi hazırlamamışdır. Hər dəfə Züleyxaya zəng vurub sənədi soruşduqda Sevil onunla mübahisə edir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi dalan 3, ev 10 ünvanına ruhi əsəb xəstəsi olan qızı Lamiyəyə baş çəkmək üçün gəldikdə keçmiş həyat yoldaşı X8 onunla mübahisə etməyə başlamış, ona hədə-qorxu gələrək onu polisə şikayət edəcəyini bildirmişdir. Mübahisə edərək hansı səbəbdən Züleyxaya zəng vurub ondan sənəd istədiyini, sənədi alaraq evi adına keçirib satacağını dedikdə mübahisələri daha da gərginləşmişdir. Həmin vaxtı oğlu Şəxs oraya gəlmişdir. Anasına tərəf çıxaraq onunla mübahisə edib həyətdə olan ayaqqabı yığılan dolabı aşıraraq sındırmışdır. Həmin vaxtı Sevil 102 xidmətinə zəng vururaq onun barəsində yalan məlumat verərək onun evi dağıtdığı haqda məlumat vermişdir. 31-ci PŞ-dən əməkdaşlar oraya gəlmişlər, hadisə yerini müayinə edib, Sevilin ərizəsini alıb getmişlər. Sevil ərizə verən zaman o, küçəyə çıxmış, polis əməkdaşları oradan gedəndən sonra yenidən evə qayıtmışdır. Onun evə qayıtdığını görən oğlu Şəxs və X8 onun geri qayıtmasına görə mübahisə etmişlər. Mübahisə zamanı Şəxs taxta parçası ilə bədəninin müxtəlif nahiyyələrinə, keçmiş həyat yoldaşı X8 isə əli ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döymüşlər. Özü idmançı olsa da keçmiş həyat yoldaşının və oğlunun ona polisdə problem yaratmaması üçün heç birinə xəsarət yetirməmişdir. Keçmiş həyat yoldaşı ondan polisə şikayət etdiyi üçün o da, xəsarət aldığından 102-yə yığaraq polisə şikayət etmiş və bölməyə gedərək şikayət ərizəsi yazmışdır. Keçmiş həyat yoldaşı Sevil və oğlunun onu hədələyərək öldürəcəkləri barədə Baş prokurorluğa müraciət etmişdir. Hadisə zamanı orada o, oğlu Ülvi və keçmiş həyat yoldaşı Sevil olmuşdur. Hazırda aralarında barışıq yoxdur. Buna görə də Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. 2022-ci il tarixdə Suraxanı rayonu, 1-ci Bül-bülə küçəsində yerləşən evlərini 42000 manata atası Əlimirzə satmış, 17000 manat pulu qonşuluqda yaşayan Züleyxa Əhmədovaya ödəyərək ondan ev almışdır. Qalan pulları atası özü götürmüşdür. Aralarında baş verən mübahisələr səbəbindən 2023-cü il tarixdə atası ilə anası Sevil rəsmi şəkildə ayrılmışlar. Ayrıldıqdan sonra atası Əlimirzə anası və şizofreniya paranoid xəstəliyindən əziyət çəkən bacısı X9 ilə birlikdə yaşamır. Xəstə bacısına anası Sevil baxır və özü isə arada bacısına və anasına gəlib baxır. Çünki evlidir, üç azyaşlı uşağı var və ayrı yerdə ailəsi ilə birlikdə yaşayır. Buna baxmayaraq atası dəfələrlə anasının və bacısının yaşadığı evə gəlib anası, bacısı eləcə də evi aldığı Züleyxanı narahat edir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb qonşuluqda yaşayan bacısı və anasına baş çəkmək üçün onların yaşadığı evə getmişdir. Evə daxil olduqda atası Əlimirzənin evdə olduğunu görmüşdür. Əlimirzə onu gördükdə hansı səbəbdən onun evinə gəldiyini soruşaraq onunla mübahisə etdikdə bacısına baş çəkmək üçün gəldiyini, atasına onun ayda 2-3 dəfə özünün isə hər gün bacısına baş çəkdiyini bildirmişdir. Əlimirzə onun sözlərindən əsəbiləşərək evin həyətində olan ayaqqabı dolabını əli ilə itələyərək aşıraraq sındırmış, evin plastik qapısını dartışdırmağa başlamışdır. Bunu görən anası Sevil Əlimirzəyə sakitləşib evdən çıxıb getməsini bildirmişdir. Anası Əlimirzənin sakitləşmədiyini gördükdə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Atası Əlimirzə polis əməkdaşları anasının ərizəsini alana qədər təcili onları qabaqlamaqdan ötrü 31-ci PŞ-nə ərizə ilə müraciət etmək üçün getmişdir. 31-ci PŞ-nin əməkdaşları gəlib evdə anasından ərizə və izahat alıb getmişlər. Polis əməkdaşları getdikdən sonra atası yenidən evə qayıtmışdır. Anası bu haqda ona məlumat verdikdə atasının onu şərləməkdən ötəri əlindən gələni etdiyini, oraya getsə bir daha onu şərləyəcəyini başa düşdüyü üçün getməmişdir. Bildirmişdir ki, atasının məhkəmədə dedikləri yalandır, nə o atasını taxta parçası ilə vurmuş, nədə anası əli ilə atasını döyməmişdir. Atası 2 ildir başqa qadın ilə yaşayır, onların harda yaşadığını bilir. Atasını idmançıdır onu döymək mümkün deyildir. Bu günə qədər atasından polisə şikayət etməmişlər. Atasının onlara şər atdığını, ekspertin xəsarətlə bağlı verdiyi rəyin yalan olduğunu, atasının onların yanında olarkən heç bir xəsarət almadığını bildirmişdir. Atası Əlimirəznin hansı şəraitdə və harada xəsarət almasından məlumatı yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, Zərərçəkmiş şəxs ilə 1985-ci ildə ailə qurmuş, birgə evlilikdən 2 övladları vardır. X3 15 yaşından şizofreniya paranoid xəstəliyindən əziyət çəkir. 2022-ci ildə Suraxanı rayonu, 1-ci Bülbülə küçəsində yerləşən evi 42000 manata satmışlar. 17000 manat pulu qonşuluqda yaşayan Züleyxa Əhmədovaya ödəyərək ondan ev almışlar. Əlimirzə ilə aralarında baş verən mübahisələr səbəbindən 2023-cü ildə rəsmi ayrılmışlar. Ayrıldıqdan sonra Əlimirzə onlarla birlikdə yaşamır. Buna baxmayaraq dəfələrlə yaşadıqları evə gəlib onları və eləcə də evi aldıqları Züleyxanı narahat etmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evdə olan zaman ruhi əsəb xəstəsi olan qızı Lamiyəyə baş çəkmək adı ilə Əlimirzə oraya gəlmiş. Əlimirzə Lamiyə ilə maraqlanmaq əvəzinə həmişə olduğu kimi bu dəfə də mübahisə yaradaraq evin ona məxsus olduğunu, evi boşaltmağı tələb etdikdə, 42000 manat pulun 25000 manatını onun götürdüyünü, qalan 17000 manata da bu evi aldığını, yəni öz payını götürdüyü üçün evin ona məxsus olmadığını dedikdə qışqır-bağır edərək, dəhlizdə olan ayaqqabı dolabını əli ilə aşıraraq sındırmış, evin qapısını da dartışdırdığı üçün qapı bir qədər əyilmişdir. Bu zaman oğlu Ülvi ora gəlmişdir. Əlimirzəyə sakitləşməsini, onların adından şər-böhtan dolu ərizələrlə polisə şikayət etməməsini dedikdə Əlimirzə yaxşı etdiyini, gedib yenidən ərizə verəcəyini bildirərək oaradan çıxıb getmişdir. Əlmirzə həyətdən çıxan zaman o, da DİN-nin 102 xidmətinə zəng vurub Əlimirzənin gəlib evində əşyaları sındırdığı haqda məlumat vermişdir. Polis əməkdaşları yaşadığı evə gələnə qədər Əlimirzə də 31-ci PŞ-nə gedərək ərizə ilə onun və oğlu Ülvi tərəfindən döyülməsi barədə müraciət etmişdir. O, da ərizə ilə müraciət edərək baş verənlər barədə ərizəsində qeyd etmişdir. Bundan sonra polis əməkdaşları çıxıb getdikdən sonra Əlimirzə yenidən evə qayıtmış, yenidən eyni mövzuda onunla mübahisə etmiş və onun yanında divanda oturmuş halda DİN-nin 102 xidmətinə zəng vuraraq guya oğlu Ülvinin taxta parçası ilə onun isə əl ilə Əlimirzəni döydükləri haqda yalan məlumat vermişdir. Bildirmişdir ki, keçmiş həyat yoldaşı idmançıdır, güclüdür onu döymək mümkün deyildir. O, və oğlu Ülvi keçmiş həyat yoldaşını nə əlləri ilə, nə də taxta parçası ilə vurmamışlar. Bu günə qədər keçmiş həyat yoldaşından polisə şikayət etməmişdir. Keçmiş həyat yoldaşının onların barəsində məhkəmədə dedikləri yalan və böhtandır. Aralarında mübahisələrin baş vermə səbəbi rəsmi olaraq boşandıqdan sonra əmlakla bağlı mübahisənin olmasıdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 455 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin qançırı, boyunun arxa səthinin və döş qəfəsinin sağ yan səthinin qançırları, sağ kürəkaltı nahiyənin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. 24 iyun 2024-cü il tarixdə müayinə olunan Zərərçəkmiş şəxs deməsinə görə 22 iyun 2024-cü il tarixdə saat 16 radələrində evdə olan zaman oğlu Ülvi taxta parçası ilə, keçmiş həyat yoldaşı Sevil isə əli ilə bədəninə xəsarətlər yetirmişlər. Heç bir tibb müəssisəsinə müraciət etməmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 avqust 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X6 və onun oğlu Şəxs Əlimirəz oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbehin görülməsi üçün qərarın surəti 31-ci PŞ-nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sevil Musayevanın ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı evə gələrək onunla mübahisə edib dəyəri 50 manat olan dolabı aşıraraq sındırmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:13-də Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi dalan 3, ev 10 ünvanında olan zaman oğlu Şəxs taxta parçası ilə bədəninin müxtəlif nahiyyələrinə, keçmiş həyat yoldaşı X8 isə əli ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döymüşlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə iş Suraxanı rayon Məhkəməsinin başqa hakiminin icraatındadır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, şahidi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 43.3cü maddəsi nəzərə alınmaqla İXM-nin 157-ci maddəsi ilə bağlı işlərə baxılması həmçinin rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırkı iş üzrə tərəflər arasında barışıq olmamışdır. Həmçinin tərəflərin münaqişəli ailə kimi qeydiyyata alınmaları üçün 07 oktyabr 2024-cü il tarixdə məhkəmə tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə məktub ünvanlanmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, ilk dəfə törədilməsini, Şəxs şəxsiyyətini, rəsm müəllimi vəzifəsində işləməsini, az məbləğdə əmək haqqı almasını, əvvəllər məhkum olunmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını, əvvəllər eyni maddə üzrə inzibati məsuliyyətə cəlb olunmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Şəxs şəxsiyyətini, himayəsində 3 azyaşlı uşağının olmasını, əvvəllər eyni maddə üzrə inzibati məsuliyyətə cəlb olunmamasını məhkəmə İXM-nin 32.2-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməl İXM-nin sağlamlıq əleyhinə olan inzibati xətalar fəslinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Yuxarıda sadalanan hallar hazırki iş üzrə yoxlanılmış, inzibati xəta hadisənin mövcud olması, inzibati xətanın Şəxs tərəfindən törədilməsi, onun bu əməldə təqsirkar olması, inzibati icraatı rədd edən halların olmaması, həmçinin tərəflər arasında barışığın olmaması müəyyən edilmişdir. Qeyd olunan hadisə baş verən evdə Şəxs, Sevil Musayeva, Zərərçəkmiş şəxs və ruhi əsəb xəstəsi olan Lamiyə Musayeva olmuşdur. Məhkəmə tibbi ekspertiza rəyi ilə Zərərçəkmiş şəxs həmin tarixdə və həmin şəraitdə yəni taxta parçası ilə vurularaq xəsarət alması faktı müəyyən edilmişdir. Hadisə yerində qeyd olunan şəxslərdən başqa şəxsin olmamasını, həmçinin xəsarətlərin həmin tarixə və şəraitə uyğun gəlməsini əsas gətirərək məhkəmə inzibati xətanın həqiqətən də Şəxs tərəfindən törədilməsi qənaətinə gəlir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla və məhkəmə iclasında tərəfləri dindirməklə öz daxili inamına əsasən Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Belə ki, İXM-nin 157-ci maddəsinin dispozisiyası döyməyə, həmçinin sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli və himayəsində 3 azyaşlı uşağı olan, Masallı şəhər 11 illik uşaq incəsənət məktəbində rəsm müəllimi vəzifəsində işləyən, məhkum olunmamış, əlilliyi və ağır xəstəliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi dalan 3, ev 9-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-4749/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4749/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver