Məhkəmə qərarları › İş №3(010)-4760/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4760/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4760/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu İnzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğvi edilməsi və avtomobilin texniki müayinədən keçirilməsi ilə bağlı X1 şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polisi İdarəsinin 28 iyul 2024-cü il tarixli EQ 22630975 saylı qərarın ləğv edilməsini və ona məxsus “Fiat Albea” markalı ** HR *** dövlət nömrə nişanlı avtomobilin texniki müayinədən keçirilməsi üçün müvafiq şərait yaradılmasını xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Qeyd olunur ki, şikayətçinin bildirdiyi qərar məhkəməyə təqdim edilməyib. Belə olan halda həmin qərarın mövcud olub-olmadığı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Hesab edirəm ki, yuxarıda göstərilənlər icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: İnzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğvi edilməsi və avtomobilin texniki müayinədən keçirilməsi ilə bağlı X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar