Məhkəmə qərarları › İş №3(010)-4768/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4768/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4768/2023 06.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aydın Xaliddin qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Suraxanı Rayon Dövlət X11 inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 28 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 həmin şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, Suraxanı RPİ DYPŞ-nin YPX inspektoru X4 tərtib etdiyi İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul etdiyi TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə X7 Aydınoğlu şikayətini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri Suraxanı DYPŞ-nin İXP ******* saylı qərarına əsasən o Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən yolayırıcını keçmə qaydalarının pozulmasına görə 60 manat cərimə edilmişdir. Qeyd edir ki, qəraradan razı deyildir. Bu məsələ ilə bağlı Ramiz Zeynalova 2 dəfə elektron şikayət ünvanlamışdır. Yazdığı məktuba cavab olaraq Suraxanı RPİ-si DYPŞ cavab olaraq bildirmişdir ki, DYP əməkdaşı ona hüquq və vəzifələrini izah edib ünsiyyətdə heç bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və barəsində protokol tərtib etmişdir. Bəli, düzdür DYP əməkdaşı ünsiyyət zamanı heç bir qanuna zidd hərəkətə yol verməyib, lakin ona yazılan protokoldan razı deyildir və ona video-material göstərilməlidir. Suraxanı RPİ DYP tərəfindən ona zəng gəlmiş və onlara izah etmişdir ki, ona heç kim video-material göstərilməmişdir. Həmin polis əməkdaşı telefonda ona məhkəməyə müraciət etmək barədə məlumat verdi. O, xx.xx.2023-cü il tarixində Əhmıd Mehbalıyev 126 ilə Əhməd Mehbalıyev 128a küçəsinin kəsişmısində yol ayrıcını keçən zaman nəqliyyat vasitəsini DYP əməkdaşı saxlamış, ona yolayırıcıya keçmə qaydasını pozduğunu bildirmişdir. O, həmin polis əməkdaşına izah etmişdir ki, heç bir nəqliyyat vasitəsinə maneə olmamışdır. O, yol ayırıcıya daxil olduğuna görə digər nəqliyyat vasitələri öz zolağından çıxmamış, ani tormozlama olmamış və qəza şəraiti yaratmamışdır. Bu dediklərinə baxmayaraq onun barəsində protokol tərtib edilmişdir. Odur ki, Suraxanı RPİ DYPŞ-nin YPX inspektoru X4 tərtib etdiyi İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul etdiyi TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayət qismən təmin olunması üçün əsaslıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Dövlət X11 28 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, X3 istifadəsində olan “Hyundai Elantra” minik markalı **-TE- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Fərman Kərimzadə küçəsi 39/27a istiqamətində hərəkətdə olarkən yolayırıcını keçmə qaydalarının pozulması müəyyən edilmişdir. İş materiallarında olan AZE 13360156 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 ünvan 2 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, X3 barəsində yolayırıcını keçmə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 327.2-cü maddəsi ilə 60 manat məbləğində cərimə edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Dövlət X11 inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 28 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Dövlət X11 inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 28 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilsə belə, həmin inzibati xətaya dair foto və yaxud video materiallar əlavə edilməmişdir. Həmin uyğunsuzluqların və X6 tərəfindən inzibati xətanın törədilib-törədilməməsinə, təqsirinin olmasına dair şübhələrin aradan qaldırılmasının təmin olunması məqsədi ilə həmin inzibati materialın Bakı şəhəri Suraxanı Rayon Dövlət X12 əlavə araşdırılması zəruridir. Hazırkı vəziyyətdə X3 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Dövlət Yol Polis X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 28 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli və əlavə araşdırılma aparılması üçün Bakı şəhəri Suraxanı Rayon Dövlət X13 göndərilməklə, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Dövlət Yol Polis X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 28 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və əlavə araşdırılma aparılması üçün Bakı şəhəri Suraxanı Rayon Dövlət X13 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar