Məhkəmə qərarları › İş №3(010)-4779/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4779/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4779/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Protokol tərtib etmiş şəxs Suraxanı RPİ-nin 32-ci Polis Şöbəsinin sahə inspektoru Nəriman Cəfərovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Cəbrayıl rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, satıcı vəzifəsində işləyən, Cəbrayıl rayonunda qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 16, nömrəsiz evdə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Suraxanı RPİ-nin 32-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı RPİ-nin 32-ci Polis Şöbəsinin sahə inspektoru Nəriman Cəfərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs X1 boğazını sıxmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edilmiş şəxs Suraxanı RPİ-nin 32-ci Polis Şöbəsinin sahə inspektoru Nəriman Cəfərov protokola uyğun izahat verərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Şəxs izahat verərək bildirmişdir ki, o 2018-ci ildə Sabunçu rayonu ərazisində yerləşən Ərşad adlı şəxsin mənzilini 53000 manat qarşılığında almışdır. Həmin mənzildə bir neçə nəfər qeydiyyatda olduğuna görə ödənişdən 1000 manat pulu qarşılıqlı razılıq əsasında saxlamışdır. Razılığa əsasən həmin adamlar qeydiyyatdan çıxdıqdan sonra 1000 manat pulu Ərşada verəcəkdir. Ərşad bir neçə dəfə həmin pulu ondan istəmişdir. Sonuncu dəfə 22 iyul 2023-cü il tarixdə Ərşad iş yerinə gələrək həmin pulu ondan istəmişdir. Bu zaman aralarında sözlü mübahisə başlamışdır. Mübahisə zamanı əli ilə onun kürəyindən toxunaraq oradan uzaqlaşmasını istəmişdir. Onu qətiyyən vurmamış, atası da gələndən sonra onunla da mübahisə etməyə dəvət etmişdir. Zərərçəkmiş şəxsin dedikləri tamamilə yalandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, o təxminən iki il bundan əvvəl Sabunçu rayonu ərazisində yerləşən evini adını xatırlamadığı bir nəfərə satmışdır. Evi satarkən ona məxsus olan bəzi əşyalar həmin evdə qalmışdır. Eyni zamanda həmin evdə bir neçə tanışı qeydiyyatda olduğuna görə evi satdığı adam ödənişdən 1000 manat saxlayaraq həmin adamların qeydiyyatda çıxartdıqdan sonra qaytaracağını ona bildirmişdir. Bu müddət ərzində o həmin adamları qeydiyyatdan çıxara bilməmiş, bu səbəbdən evi satdığı adamdan nə əşyalarını, nə də 1000 manat pulunu ala bilməmişdir. 22 iyul 2023-cü il tarixində həmin adamın işlədiyi Qaraçuxur qəsəbəsində yerləşən mağazasına getmişdir. Mağazada həmin adam və onun atası olmuşdur. Onlar söhbət etmək üçün çölə çıxmışlar. Onlara 500 manat məbləğində pulu, 2 kreslonu və xalçanı verməsi barədə bildirmiş, bu zaman onların aralarında sözlü mübahisə başlamışdır. Mübahisə zamanı o onu nalayiq ifadələrlə təhqir etmişdir. Eyni zamanda əli ilə onun boğaz nahiyyəsindən sıxaraq boğmağa çalışmışdır. Təxminən 1 dəqiqə müddətində boğazını sıxmışdır. Daha sonra o onu buraxmış və nalayiq ifadələrə təhqir etməyə davam etmişdir. Həmçinin onu hədələmişdir. Bunda sonra o həmin ərazini tərk etmiş və boynunda ağrılar hiss etdiyinə görə həkimə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, zibil atıb qayıdarkən 4-5 nəfərin toplaşdığını görmüş, orada Şəxs da görmüş, evin sahibinin mübahisəni qızışdırmağa çalışdığını görmüş, Şəxs çağıraraq mübahisə olmaması üçün oradan kənara gəldiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mübahisə olan zaman orada velosiped təmiri ilə məşğul olduğunu, zərərçəkmiş şəxs gəldikdən sonra mübahisə yarandığını, həmin vaxt Əlinin atası da sonradan mübahisəyə qoşulduğunu, İsmayıl adlı kişinin Şəxs çağıraraq oradan uzaqlaşdığını görmüş, mübahisə zamanı Şəxs zərərçəkmiş şəxsin çiyin nahiyyəsinə əlini qoyaraq başqa yerdə söhbət etmək istədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 22 avqust 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli 640 saylı rəyindən görünür ki, X2 boyunun yumuşaq toxumasının qançırı, ağızın selikli qişasının səthi əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 30-cu maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb edilməsini və himayəsində üç azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halı müəyyən etməmişdir. Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar