Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-478/2021 18.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu,Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsindəki qəbirstanlığındakı qəbirlərin dəmir sədlərini oğurlamışdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə təxminən saat 17:30 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində yerləşən rus qəbirstanlığına daxil olaraq, oradan dəmir əşyaları oğurlayaraq satmaq istəyən zaman bir neçə dəmir parçasını yığmış və bu zaman qəbirstanlıqda olan, sonradan adını X5 kimi tanıdığı şəxs onu saxlayaraq polis əməkdaşlarına təhvil vermişdir. Polis şöbəsində saxlanılan dəmir sədlərini yerində bərpa etmək niyyətindədir. Əlavə olaraq bildirmişdir ki, onun himayəsində 3 azyaşlı uşağı var. O uşaqlarının maddi xərcini ödəmək üçün dəmir parçalarını yığıb satmışdır. Valideynləri və həyat yoldaşı ölmüşlər, 7, 8 və 10 yaşında olan uşaqları onun himayəsində olduğu üçün, barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs X4 bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə, təxminən saat 17:30 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində yerləşən rus qəbirstanlığında yaxınlarının qəbirlərini ziyarət etməyə gələn zaman 1 nəfər tanımadığı, sonradan X1 kimi tanıdığı şəxsin qəbirstanlıqdan onun yaxınlarının qəbirlərinin kənarında olan dəmir sədlərin oğurladığını görüb, həmin şəxsə yaxınlaşıb saxlayaraq polis əməkdaşlarına təhvil vermişdir. Baş vermiş hadisə ilə əlaqədar ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. İş materiallarında olan Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis kapitanı Elşən İsmayılovun xx.xx.2021-ci il tarixli qərarı ilə vət. X3 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokolla sübuta yetir. Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşimançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ji maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, 170 (yüz yetmiş saat) ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-478/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-478/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver