Məhkəmə qərarları › İş №3(010)-4780/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4780/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4780/2023 24.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X7, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 26 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 26 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı protokoldan görünür ki, X18 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X10 izahatında bildirdi ki, X8 işlədiyini və maaş aldığını, bununla bağlı bildirişin sistemə vurulduğunu, lakin texniki səbəblərdən imzalana bilmədiyini, yalnız işçinin məzuniyyətdən qayıtdıqdan sonra dərhal sonra sistemdə imzaladığını, artıq vəzifəli şəxsin cərimələndiyini, hüquqi şəxsin cəlb oluna bilməyəcəyini, artıq yazılmış cərimələrə şirkətin tab gətirə bilməyəcəyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin MN1743932 nömrəli, xx.xx.2023-cü il tarixli Protokol və qərar ilə "xxxx" MMC-nin X4 vəzifəli şəxs olaraq “X5 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirlməsinə cəlb edilməsini” güman edərək İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, eyni əmələ görə həm vəzifəli şəxs olaraq, həm də hüquqi şəxsin təmsilçisi olaraq protokol tərtib edilmişdir. Təqsirkarın həm vəzifəli şəxs olaraq, həm də hüquqi şəxsin təmsilçisi olaraq eyni vaxtda, eyni məkanda və eyni hərəkətlərlə vahid inzibati xəta törətməsi halında hər iki şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ədalətsiz inzibati-hüquqi tədbir kimi qiymətləndirilməlidir. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Bundan əlavə hazırkı iş üzrə birinci olaraq həmin şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır. Bundan sonra araşdırılmalıdır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmişdir ya yox? Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, X3 Əmək müqaviləsi xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. Lakin, Əmək Müqavilələrinin ƏMAS sisteminə daxil olması üzrə məsul şəxs təyin edilən "xxxx" MMC-nin mühasibi X1 yaranmış ciddi problemlə əlaqədər və bununla bağlı X12ma öz hesabına məzuniyyət verildiyindən X8 Əmək müqaviləsinin ƏMAS sisteminə daxil olması mümkün olmamışdır. X2 bir qədər yaxşılaşdıqdan dərhal sonra X8 Əmək müqaviləsi sistemə daxil edərək Asan İmza ilə imzalatdırmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 2023-cü ilin aprel ayı üzrə iş vaxtının uçotu tabeli’’ndən və "xxxx" MMC-nin 2023-cü ilin aprel ayı üçün əmək haqqı hesablanma cədvəli"ndən göründüyü kimi "xxxx" MMC-nin və onun əməkdaşlarının X13 Əmək Müqaviləsi qüvvəyə minmədən işlərə cəlb etmək, X14 əmək haqqının ödənilməməsi, Əmək haqqından tutulan ayrımlardan yayınmaq və qanunvericiliyin tələblərini pozmaq niyyəti olmamışdır. Hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin olmaması həm də aşağıdakılarla təsdiq edilir. Qeyd edilənlərdən göründüyü kimi, Protokolda göstərilən inzibati'xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməmişdir. Belə ki, göstərilənlərlə yanaşı həmçinin qeyd edir ki, X11 sistemə vaxtında daxil etməməsi nəticəsində MMC-nin (hüquqi şəxsin) xeyrinin nədən ibarət olması və ya onun hansı maraqlarının qorunması, ümumiyyətlə MMC-nin (hüquqi şəxsin) hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması üçün həmin inzibati xətanın törədilməsi ümumiyyətlə protokolda əsaslandırılmamışdır. İşçiyə əmək haqqı ödəməklə X11 ƏMAS portalına yerləşdirilməməklə hüquqi şəxs hər hansısa fərqli, əlavə bir xeyir götürmür və ya hüquqi şəxsin hansısa marağı İşçiyə əmək haqqı ödəməklə X11 ƏMAS portalına yerləşdirilməməsi ilə qorunmur. Belə ki, İşçiyə əmək haqqı ödəməklə X11 ƏMAS portalına yerləşdirilməsi və ya Əmək Müqaviləsinin ƏMAS portalına yerləşdirilməməsi arasındakı fərqlə, hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında əlaqə yoxdur, əmək haqqı ödəməklə X11 ƏMAS portalına yerləşdirilməsi və ya Əmək Müqaviləsinin ƏMAS portalına yerləşdirilməməsi hüquqi şəxsin xeyri və ya maraqları baxımından hər hansı bir fərqi yoxdur. Maska taxmaqla işçinin göstərdiyi xidmətin hüquqi şəxsin xeyrinin azalmasına və ya maraqlarına zidd olmasına gətirib çıxarması üçün əsaslandırılma aparıla bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinə vermiş olduğu izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixində Şəxs MMC-də topoqraf vəzifəsində çalımış, xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Onun şirkətdə son haqq-hesabı qalmış və ödənilməmişdir. Problemlərin həll olunmasında və haqqının ona ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə göndərilmiş məktubdan görünür ki, X8 əmək haqqısı ödənilmişıdir. 13 aprel 2023-cü il tarixində işə qəbul olub və xx.xx.2023-cü il tarixində işinə xitam verildiyi üçün son-haqq hesablanmır. X9 tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli ərizəyə əsasən, ona səhhəti ilə əlaqədar xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək 03 gün müddətinə öz hesabına məzuniyyət verilməsinə sərəncam verilməsini xahiş etmişdir. Şəxs MMC tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsinə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin MN1743932 nömrəli, xx.xx.2023-cü il tarixli Protokol və qərar ilə "xxxx" MMC-nin X4 vəzifəli şəxs olaraq “X5 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirlməsinə cəlb edilməsini” güman edərək İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, eyni əmələ görə həm vəzifəli şəxs olaraq, həm də hüquqi şəxsin təmsilçisi olaraq protokol tərtib edilmişdir. Təqsirkarın həm vəzifəli şəxs olaraq, həm də hüquqi şəxsin təmsilçisi olaraq eyni vaxtda, eyni məkanda və eyni hərəkətlərlə vahid inzibati xəta törətməsi halında hər iki şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ədalətsiz inzibati-hüquqi tədbir kimi qiymətləndirilməlidir. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Bundan əlavə hazırkı iş üzrə birinci olaraq həmin şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır. Bundan sonra araşdırılmalıdır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmişdir ya yox? Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, X3 Əmək müqaviləsi xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. Lakin, Əmək Müqavilələrinin ƏMAS sisteminə daxil olması üzrə məsul şəxs təyin edilən "xxxx" MMC-nin mühasibi X1 yaranmış ciddi problemlə əlaqədər və bununla bağlı X12ma öz hesabına məzuniyyət verildiyindən X8 Əmək müqaviləsinin ƏMAS sisteminə daxil olması mümkün olmamışdır. X2 bir qədər yaxşılaşdıqdan dərhal sonra X8 Əmək müqaviləsi sistemə daxil edərək Asan İmza ilə imzalatdırmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 2023-cü ilin aprel ayı üzrə iş vaxtının uçotu tabeli’’ndən və "xxxx" MMC-nin 2023-cü ilin aprel ayı üçün əmək haqqı hesablanma cədvəli"ndən göründüyü kimi "xxxx" MMC-nin və onun əməkdaşlarının X13 Əmək Müqaviləsi qüvvəyə minmədən işlərə cəlb etmək, X14 əmək haqqının ödənilməməsi, Əmək haqqından tutulan ayrımlardan yayınmaq və qanunvericiliyin tələblərini pozmaq niyyəti olmamışdır. Hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin olmaması həm də aşağıdakılarla təsdiq edilir. Qeyd edilənlərdən göründüyü kimi, Protokolda göstərilən inzibati'xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməmişdir. Belə ki, göstərilənlərlə yanaşı həmçinin qeyd edir ki, X11 sistemə vaxtında daxil etməməsi nəticəsində MMC-nin (hüquqi şəxsin) xeyrinin nədən ibarət olması və ya onun hansı maraqlarının qorunması, ümumiyyətlə MMC-nin (hüquqi şəxsin) hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması üçün həmin inzibati xətanın törədilməsi ümumiyyətlə protokolda əsaslandırılmamışdır. İşçiyə əmək haqqı ödəməklə X11 ƏMAS portalına yerləşdirilməməklə hüquqi şəxs hər hansısa fərqli, əlavə bir xeyir götürmür və ya hüquqi şəxsin hansısa marağı İşçiyə əmək haqqı ödəməklə X11 ƏMAS portalına yerləşdirilməməsi ilə qorunmur. Belə ki, İşçiyə əmək haqqı ödəməklə X11 ƏMAS portalına yerləşdirilməsi və ya Əmək Müqaviləsinin ƏMAS portalına yerləşdirilməməsi arasındakı fərqlə, hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında əlaqə yoxdur, əmək haqqı ödəməklə X11 ƏMAS portalına yerləşdirilməsi və ya Əmək Müqaviləsinin ƏMAS portalına yerləşdirilməməsi hüquqi şəxsin xeyri və ya maraqları baxımından hər hansı bir fərqi yoxdur. Maska taxmaqla işçinin göstərdiyi xidmətin hüquqi şəxsin xeyrinin azalmasına və ya maraqlarına zidd olmasına gətirib çıxarması üçün əsaslandırılma aparıla bilmir. Odur ki, iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs tərəfindən X13 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. İşə əlavə edilmiş materiallara əsasən müəyyən olunur ki, X18 13 aprel 2023-cü il tarixində işə qəbul edilmiş, əmək müqaviləsi də onunla 13 aprel 2023-cü il tarixdə bağlanmış, lakin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü elektron sistemə yerləşdirilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə bir daha təsdiq olunur ki, X18 ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlamadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X13 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli (VÖEN: **********) Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar