Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4782/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1 müdafiəçisi Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Ekologiya və Təbii Sənətlər.Naziri iyi 11 X14 və Təbbi Sənətlər İdarəsinin X8 tərəfindən qəbul edilmiş 27 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibatı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Bakı Şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsində, ev tikmək məqsədi ilə 0.03 olan 2383-cü məhəlləyə xüsusi mülkiyyət hüququnu qeydiyyatdan keçirmişdir. Bundan sonra həmin ərazidə fərdi yaşayış evi tikdirmək üçün layihə çəkdirmişdir və həmin layihəni İcra Hakimiyyətində təsdiqlətmişdir. 2022-ci ildə tikinti işlərinə başlamaq istəmiş və bu məqsədlə tez-tez həmin əraziyə gəlib-getmişdir. Bir gün həmin sahəyə gəlmiş və kiminsə gecə ilə onun giriş hissəsində ağaclar əkərək Torpaq sahəmə girişi kəsdiyini görmüşdür. Dəfələrlə icra hakimiyyətinə müraciət edərək naməlum şəxslər tərəfindən əkilmiş ağacların yerinin dəyişdirilməsini və giriş qapının qarşısının açılmasını xahiş etsəmdə yazdıqlarına məhəl qoyan olmamışdır. X15 Nazirliyinə müraciət etmiş və ağacların yerinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciəti yenidən icra Hakimiyyətinə yönəldildi və İcra Hakimiyyəti yenə ona Təbii Sərvətlər Nazirliyinə müraciət etməyi məsləhət görmüşdür. Bir illik yazışmadan sonra Nizami rayon İcra Hakimiyyəti ona bildirmişdir ki, həmin ərazi Dövlət mülkiyyətində olan torpaq sahəsidir, ağaclar naməlum şəxs tərəfindən əkilib və həmin ərazidə qanunsuz ağac əkilməsi cinayət məsuliyyəti yaradır. Bundan sonra o, məcbur qalıb həmin ağacların girişimə maneə yaradan bir neçəsini çıxardıb biraz kənara köçürmüşdür. X17 və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbi Sərvətlər İdarəsinin əməkdaşları onu çağıraraq ona yaşıllığın qanunsuz köçürülməsinə dair protokol yazmış və xx.xx.2023-cu il tarixdə qərar qəbul edilərək ona İXM-nin 253-1.2.1 və 253-1.2.2-ci maddəsi ilə 1000 manat cərimə yazdılar. Belə ki, ona yazılmış protokol ağacların qanunsuz köçürülməsinə görə yazılıb lakin o, dəfələrlə müraciət etmiş və bundan başqa həmin ağacların naməlum şəxs tərəfindən əkildiyi və qanunsuz əkildiyi bildirildikdən sonra yer dəyişmə etmişdir. Odur ki, Ekologiya və Təbii Sənətlər.Naziri iyi 11 X14 və Təbbi Sənətlər İdarəsinin X8 tərəfindən qəbul edilmiş 27 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibatı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X1 müdafiəçisi Vəkil izahatında X7 lazımınca və yetərincə lazımi orqanlara müraciət etdiyini, belə ki, X7 darvazasının qabağında əkilmiş olan kolların götürlməsi və yaxud yerdəyişməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbii Sərvətlər İdarəsinə müraciət etmiş, ona cavab olaraq yerli icra hakimiyyəti orqanlarına müraciət etməli olduğunu, bundan sonra şəxs yerli icra hakimiyyəti orqanlıarına müraciət etdiyini, onlarda cavabında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbii Sərvətlər İdarəsinə müraciət etməli olduqlarını tövsiyyə etdiklərini, ümumiyyətlə şəxsə həmin problemin aradan qaldırılması üçün şərait yaradılmadığını, konkret olaraq cavab verilmədiyini, yalnız gül kollarının yeri dəyişdikdən sonra protokol tərtib edildiyini, halbuki X3 dəfələrlə bu barədə müraciət etdiyini, lakin heç bir nəticə əldə edə bilmədiyini, əkilən gül kolları sonradan həmin əraziyə əkilmiş olduğunu, iş materiallarında da həmin ərazinin 10 ildən uzun müddətdir ki, X3 xüsusi müllkiyyətində olduğunu və onun xəbəri olmadan həmin əraziyə gül kollarının əkildiyini, buna görə də onun tikinti işlərinin aparılmasında maneçilik törətdiyini, onun hüquqlarını pozduğunu, qanunsuz olaraq əkilmiş olan gül kollarının X4 öz həyətinin girişçıxış hissəsinin qabağını kəsmiş olduğunu, həyətə girmək məqsədi ilə həmin kolların yerinin dəyişildiyini bildirərək, X7 barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X11 izahatında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı və bir qrup şəxs tərəfindən Azərbaycan Respublikası Prezident Aparatına və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbii Sərvətlər İdarəsinə həmin məsələnin araşdırılması ilə bağlı müraciət edilmişdir. Qeyd olunan ərazidə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılmış və bu fakt öz təsdiqini tapmışdır. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.-1.2.1-ci maddəsində nəzərdə tutulduğu kimi müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməmiş, X7 da öz ifadəsində səmimi olaraq həmin kolların köçürdüyünü etiraf etmiş, buna görə də protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu barədə heç bir qərarı olmadığından X3 barəsində tərtib olunmuş protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh tədbiri haqqında qərar tam olaraq qanuni və əsaslıdır. Buna görə də həmin protokol və onun əsasında qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş 12 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 97 saylı binanın qarşısı, xx.xx.2023-cü il tarixində ağac tinglərinin və kollarının müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan götürülməsi, yəni qərar və ya götürülmə vərəqi olmadığına görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.-1.2.1-ci və 253.1.2.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nizami Rayon İcra Hakimiyyətinin 16 dekabr 2022-ci il tarixli Nizami rayonu, Babək prospekti 85A-№li evin 102-ci mənzilinin sakiti X5 və E.Süleymanov küçəsi, ev 235 ünvanında yaşayan X10 ünvanlanan məktubundan görünür ki, ünvan 1rativ binanın qarşısında yerləşən torpaq sahəsi ilə əlaqədar yaranmış mübahisənin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin elektron poçt ünvanına daxil olmuş ərizələrə Rayon təsərrüfatı şöbəsində baxılmış və edilən müraciətə əməkdaşların və ərizə vermiş şəxslərin iştirakı ilə birgə yerində araşdırılmışdır. Araşdırma zamanı qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu məlum olmuşdur. Bildirilir ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icazə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir. Nizami Rayon İcra Hakimiyyətinin 20 dekabr 2022-ci il tarixli Nizami rayonu, Babək prospekti 85A-№li evin 102-ci mənzilinin sakiti X5 ünvanlanan məktubdan görünür ki, ünvan 3 xüsusi mülkiyyətinizdə olan torpaq sahəsinin qarşısında naməlum şəxslər tərəfindən əkilmiş ağacların köçürülməsinə köməklik göstərilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizəyə Rayon təsərrüfatı şöbəsində baxılmışdır. Müraciətdə qeyd olunan məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 Agentliyinə müraciət etməyiniz məqsədəuyğun hesab olunur. Nizami Rayon İcra Hakimiyyətinin 09 mart 2023-cü il tarixli Nizami rayonu, Babək prospekti 85A-№li evin 102-ci mənzilinin sakiti X5 ünvanlanan məktubdan görünür ki, ünvan 3 xüsusi mülkiyyətinizdə olan torpaq sahəsinin qarşısında naməlum şəxslər tərəfindən əkilmiş ağacların köçürülməsinə köməklik göstərilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizəyə Rayon təsərrüfatı şöbəsində baxılmışdır. Müraciətdə qeyd olunan məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 Agentliyinə müraciət etməyiniz məqsədəuyğun hesab olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 Agentliyinin 15 may 2023-cü il tarixli yaşıllıqlara dair müraciət haqqında məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 2383-cü məhəllədə “köçürülməsinə zərurət yaranan ağaclara dair” vətəndaş X9 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) 2023-cü il 2 may tarixində məktub daxil olmuşdur. Müraciətdə sözügedən ünvanda vətəndaşa məxsus evə təhlükə yaradan yaşıllıqların köçürülməsinə göstəriş verilməsi xahiş edilir. Eyni zamanda, məsələ ilə bağlı vətəndaş tərəfindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə ərizə verildiyinə baxmayaraq müraciətə baxılmadığı və birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunması bildirilmişdir (Nizami RİH-dən vətəndaşa ünvanlanan 2022-ci il 20 dekabr tarixli, H-155-144, H-178-087, H-182-087 nömrəli; 2023-cü il 9 mart tarixli, 5-16/1-H-18/2023 nömrəli məktubların surəti əlavə olunur). Bildirilir ki, fiziki şəxslər (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahəsindəki yaşıllıqlar istisna olmaqla) yaşıllıqların götürülməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Həmin ərizə və ona əlavə edilmiş sənədlərə baxılaraq çatışmazlıqlar aşkar edilmədikdə yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün aidiyyəti qurum (yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə) tərəfindən sözügedən qaydanın 2.5-ci bəndinin tələblərinə uyğun qaydada ETSN-ə müraciət ünvanlanmalıdır. Odur ki, eyni məsələrlə bağlı ərizəçilərə birbaşa ETSN-ə müraciət etmələri barədə verilən cavabların hüquqi cəhətdən əsaslandırılması olmadığını nəzərə alaraq, yaşıllıqların götürülməsinə dair ərizələrə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbii Sərvətlər İdarəsinin 26 yanvar 2022-ci il tarixli Nizami rayonu, Babək prospekti 102, ev 85A-da yaşayan sakiti X4 ünvanlanan məktubdan görünür ki, X3 (Elektron ünvan ) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Binanın qarşısında Anar Rəsulov adlı şəxs tərəfindən görülən işlər zamanı torpaq qatının dağıdılması nəticəsində gələcəkdə ağacların qurumasına səbəb olacağı və bu barədə müvafiq tədbirlərin görülməsi” ilə bağlı müraciəti iştirakı ilə idarə əməkdaşları tərəfindən yerində araşdırılmışdır.. Araşdırma zamanı Nizami rayonu, Elşən Süleymanov küçəsi ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsinə keçirilən baxış X19 tərəfindən ərazidə 21 kiparis ağacının əkildiyi, əraziyə hasar çəkilməsi üçün mişar daşlarının töküldüyü və ərazidə tikinti işlərinin aparılmaması müəyyən edilmişdir. Odur ki, ərazidə olan ağaclar qeydiyyata alınmış, ağacların mühafizəsinin və,ərazidə təyinatına uyğun olaraq yaşıllıqların salınmasının təmin olunması, digər məqsədlər üçün istifadəsinin qarşısını almaq məqsədilə ərazinin nəzarətdə saxlanması və nəticəsi barədə 11 saylı RETSİ-nə məlumət verilməsi üçün Nizami bələdiyyəsinə məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2383-cü məhəllə, Bəhruz Nuriyev küçəsində istifadə olan 0,3 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 694 nömrəli reyestr kitabının 65681 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 253-1.2.2-ci maddəsində göstərilmişdir ki, yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 253-1.3-cü maddəsinə əsasən götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə, yaxud zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin bərpa edilməməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasinin Qanunun 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X13sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X13sının obyekti olan və X13sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarına istinad edərək hesab edir ki, hansı subyekt tərəfindən və hansı məqsədlərlə, yəni şəhərsalma və tikinti qaydalarına uyğun olmaqla əkilməsi bəlli olmayan və əkildiyi ərazidə qanuni əsaslarla yerləşən iaşə obyektinə bir neçə formada (yəni giriş-çıxışa mane olma, binada çatlar yaratma və iaşə obyektinin işıqlanma rejimini pozma) zərər vuran ağac tinglərin və kolların ona heç bir ziyan vurulmadan götürülərək elə həmin anda yerinin dəyişdirilərək əvvəlki vəziyyətnə bərpa edilməsi, eləcə də hal-hazırda həmin ağacın tam normal inkişafda olması şəxsin əməlində yuxarıda qeyd olunan inzibati xəta tərkibinin olmasını istisna edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli vəzifəli şəxsi inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törədən şəxsin təqsirli olmasını və işin düzgün həll edilməsinə dair mühüm əhəmiyyəti olan halları müəyyən etmək üçün heç bir faktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, zəruri araşdırma aparmadan, yalnız formal əsaslara istinad etməklə X7 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən X7 barəsində 12 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında X7 Azərbaycan Respublikası İXM-in 253-1.2.1-ci və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarı barəsində şikayət verilmiş şəxs inzibati tənbeh vermə haqqında qərarında X3 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 97 saylı binanın qarşısında ağac tinglərini və kollarını müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan yerinin dəyişdirdiyini göstərmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 253- 1.2.2-ci maddəsi yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə X3 əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikası İXM-in 253-1.2.2-ci maddəsində yaşıllığın müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan yerinin dəyişdirilməsinə görə inzibati məsuliyyət müəyyən edilməmişdir. X3 əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Nəticədə, vəzifəli şəxs tərəfindən X7 barəsində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 253-1.2.1-ci və 253-1.2.2 maddəsinin tələbinin pozulması və onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin bütün əlamətlərinin mövcud olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmir. Bundan başqa, A.Hüseynov yaşıllıqların götürülməsi üçün dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məktubunda daşınmaz əmlakın və yaşıllıqların yerləşdiyi yer üzrə müraciət etməyini tövsiyyə etmişdir. A.Hüseynov İcra Hakimiyyətinə müraciət edərkən, İcra Hakimiyyəti tərəfindən tərəfindən araşdırılma aparılmış, 20 dekabr 2022-ci il tarixli məktubu ilə ünvan 3 xüsusi mülkiyyətinizdə olan torpaq sahəsinin qarşısında naməlum şəxslər tərəfindən əkilmiş ağacların köçürülməsinə köməklik göstərilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizəyə Rayon təsərrüfatı şöbəsində baxılmışdır. Müraciətdə qeyd olunan məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 Agentliyinə müraciət etməyiniz məqsədəuyğun hesab olunması, 09 mart 2023-cü il tarixli məktubu ilə ünvan 3 xüsusi mülkiyyətinizdə olan torpaq sahəsinin qarşısında naməlum şəxslər tərəfindən əkilmiş ağacların köçürülməsinə köməklik göstərilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizəyə Rayon təsərrüfatı şöbəsində baxılmışdır. Müraciətdə qeyd olunan məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 Agentliyinə müraciət etməyiniz məqsədəuyğun hesab olunması bildirilmişdir. Həmin araşdırılmadan görünür ki, qanun tərəfindən A.Hüseynov üzərinə müraciət etmək vəzifəsi qoyulmuş, tikdiyi evin qarşısında digər qonşu tərəfindən qoyulmuş yaşıllıqların götürülüb məhv edilməsi və yaxud başqa yerə daşınması müəyyən edilməmişdir. Bundan əlavə digər qonşuya bununla bağlı torpağın zəbt edilməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X7 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X14 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4782/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4782/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver