Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4809/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1976-cı ildə Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 15 oktyabr 2024-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Z.Əliyev küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq müqavimət göstərmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru X3 tərtib etdiyi MN seriyalı ******* nömrəli 15 oktyabr 2024-cü il tarixli protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 15 oktyabr 2024-cü il tarixdə Ramana qəsəbəsində ünvandan kənar olar yerdə siqaret çəkərkən polis əməkdaşları ona yaxınlaşaraq ünvandan kənarda siqaret çəkdiyinə görə ona iradlarını bildirmişlər. O, da polis əməkdaşlarına bildirmişdir ki, yolda çox adam siqaret çəkir, o, da çəkir, 300 manat pul cəriməsinin çox olduğunu bildirmişdir. Bundan başqa ətrafında siqaret çəkən bir neçə nəfəri polis əməkdaşlarına göstərmişdir. Onu Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə dəvət etmişlər, lakin o, imtina edərək 102 xidmətinə zəng etmişdir. Sonra onu zorla maşına mindirərək Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə gətirmişlər və video çəkdiyinə görə polis əməkdaşları telefonunu əlindən almışlar. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X1 eyni məzmunlu izahat verərək bildirmişlər ki, 15 oktyabr 2024-cü il tarixdə saat təxminən 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində xidmət apararkən bir nəfər şəxsin siqaret çəkib, yerə atdığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən siqaretin yerə atılması ilə bağlı iradlarını bildirmişlər. Bu zaman həmin şəxs mobil telefonunu cibindən çıxarıb videoçəkiliş apararaq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi nizam intizama dəvət etdikdə, həmin şəxs buna məhəl qoymayaraq inzibati hüquq pozma yerindən qaçaraq sərnişin avtobusuna minib videoçəkiliş aparmağa davam etmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də, həmin şəxs bundan qəti şəkildə imtina etmiş, müxtəlif əl-qol hərəkətləri ilə, yəni onların yaxasından tutmaqla və küçə söyüşlərini davam etdirməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxs öz hərəkətləri ilə ictimaiyyətin diqqətini cəlb etməyə çalışmışdır. 5666 saylı avtopatrul köməyə çağırılaraq həmin şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə aparılmışdır. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 15 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol, kompakt disk, şahidlərin məhkəmə iclasında verdiyi ifadələri və digər iş materialları ilə tam sübuta yetirildiyindən, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və polis əməkdaşlarının onun hüquqazidd hərəkətini dayandırmağı tələb etdiyinə baxmayaraq, bu hərəkətin davam etdirməsini ağırlaşdırılan hal kimi nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzrədə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 15 oktyabr 2024-cü il saat 17:30-dan hesablansın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-4809/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4809/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver