Məhkəmə qərarları › İş №3(010)-4814/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4814/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4814/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X2 iştirakı ilə, X5 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli qərar qəbul olunmuşdur. Həmin inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin qəbul etdiyi 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə olunmuşdur. X3 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi 29 iyul 2024-cü il tarixli şikayətlə məhkəməyə müraciət etmiş, Suraxanı rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərarı ilə şikayət təmin edilməsi, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin X5 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilməsinə dair qəbul edilmiş 27 fevral 2024-cü il tarixli, EQ 19658757 nömrəli qərarı ləğv edilməsi və əlavə araşdırılma aparılması üçün DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilməsi qərara alınmış, Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, inzibati xəta haqqında işə yenidən baxılarkən elektron qərar üzrə foto və video görüntülər əsasında sürücünün sözügedən avtomobillə sürət məhdudiyyəti 60 km/saat olduğu halda 83 km/saat sürətlə hərəkət etdiyi təsdiqini tapmış və bu baxımdan da qayda pozuntusu tam sübuta yetirildiyi nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X6 barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X3 yenidən 16 oktyabr 2024-cü il tarixdə X5 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 izahatında göstərdi ki, vəkillik fəaliyyəti ilə məşğul olur. “X12” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və özü idarə edir. xx.xx.2024-cü il tarixdə onun elektron ünvanına mülkiyyətində olan “X12” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi kimi, Bakı şəhəri, Xətai rayonu, Nobel (8 Noyabr) Pr 65 küçəsində hərəkətdə olduğu zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə (Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə) əlli manat məbləğində cərimə olunmağı haqda məlumat daxil olmuşdur. Asanpay.az saytında olan şəxsi kabinetinə baxdıqdan sonra bəlli olmuşdur ki, ona məxsus “X12” markalı, ** KT *** dövlət nömrəli avtomobillə Nobel (8 Noyabr) Prospektində hərəkətdə olarkən yolun sağ tərəfində olan yol patrul xidməti avtomobilinə quraşdırılan “İ-Patrul” sistemi onu radara salıb. Halbuki, hərəkətdə olduğu zaman həmin yolda müəyyən edilmiş sürət həddini aşmamışdır, hətda həmin yolda hərəkət sürətini ölçən radar işarəsi olmadığını bildirmişdir. Belə ki, “X10” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı quraşdırılmalıdır. Həmin Qanuna əsasən servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. "Qanunvericiliyə əsasən, radar yerləşdirilən ərazidə öncə radar işarəsi quraşdırılmalıdır. “Əgər radar həmin işarə quraşdırılan ərazidən kənar yerdə quraşdırılıbsa, bu qanunsuzdur”. Bildirmişdir ki, artıq bir neçə aydır şəhərin müxtəlif küçə və prospektlərində, eyni zamanda Nobel (8 Noyabr) prospektində yolların yenidən tikiməsi və asfalt örtüyünün yenilənməsi işləri aparılır. Bu səbəbdən yollarda avtomobillərin nəinki yüksək sürətlə idarə olunması, əksinə hərəkət məhdudiyyəti vardır. Hesab edir ki, yol patrul xidməti əməkdaşının onun barəsində tərtib etdiyi inzibati tənbeh vermə haqqında protokol və qərar qərəzlidir. Yol patrul əməkdaşları tərəfindən qanunsuz olaraq cərimələnmiş, onun kimi yüzlərlə yol-nəqliyyat iştirakçısı vaxtını və zamanını bu işlərin araşdırılmasına sərf etmək məcburiyyətindədir. Qanunsuz olaraq qərar qəbul edən yol patrul xidməti əməkdaşları öz vəzifələrindən su-istifadə edirlər. Onların bu hərəkəti nəticəsində həm vətəndaşların hüquqları pozulur, həm də əsassız şikayətlərin verilməsinə səbəb olmaqla məhkəmənin iş yükünü artırmış olur. Hesab edir ki, barəsində qəbul edilmiş İXM-nin 328.2-ci maddəsi tətbiq edilə bilməzdi. Çünki o, həmin yolda müəyyən edilmiş sürət həddini aşmamış və hərəkət sürətini ölçən radar işarəsi yoxdur. xx.xx.2024-cü il tarixli, EQ 22528930 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmə, Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət təmin olunması üçün əsaslıdır. İş materiallarında olan DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 23 iyul 2024-cü il tarixli, EQ 22528930 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, X5 istifadəsində olan “X12” minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Nobel Prospekti, 65 GPS: 40.3777349.8992 istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini həddində aşması müəyyən edilmişdir. Göründüyü kimi, X5 barəsində yolda müəyyən edilmiş hərəkət sürətini aşmasına görə Azərbaycan Respublikası İXM-nin 328.2-cü maddəsi ilə 50 manat məbləğində cərimə edilməsi haqqında DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin inzibati tənbeh vermə haqqında 23 iyul 2024-cü il tarixli, EQ 22528930 nömrəli qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs qərarla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin qərar əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş səlahiyyətli orqan qərarda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol və yaxud qərar tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol və yaxud qərar tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. X10 Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Qanunun 61-ci maddəsinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanunun 50-ci maddəsinin Vİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Həmin Qanunun 64-cü maddəsinin Vİ bəndinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Hazırkı iş üzrə məhkəməyə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdən və məhkəmə tərəfindən keçirilmiş hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel (8 Noyabr) Pr 65 ünvanında hərəkət sürətini ölçən radar işarəsi və maksimum sürətin məhdudlaşdırılması yol nişanı həmin ərazidə olmayıb ondan xeyli əvvəldə olmuş, növbəti yol ayrıcına kimi qüvvədə olmuşdur. X10 Qanunun 64-cü maddəsinin Vİ bəndinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi və iş materiallarında şəxsin inzibati xəta törətməsinə dair mübahisəli protokol və onun əsasında qəbul edilmiş qərar ləğv edilməli, həmin əməlin törədilməsində şəxs təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya X1 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilməsinə dair 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar