Məhkəmə qərarları › İş №3(010)-482/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-482/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-482/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində X3 iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1964-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 28A nömrəli evdə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X3 materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 06:42-də, “Nissan Sunny” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Etibar Bəkirov küçəsində təhlükəsizlik kəmərindən isifadə etmədən idarə etdiyinə görə Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən sərxoşluq vəziyyəti ACE-Z markalı, İN-642082 nömrəli alkotesterlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 0.770 promilli olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin yol patrul xidməti inspektoru X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXMnin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)-1051/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli X3 protokol əsasında başlanmış X3 iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi hissəsində Şəxs əməlinə qiymət verilməsi üçün X3 material Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhər BPİ X5 İdarəsi şikayət verib məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu, məhkəmə tərəfindən işin tam və hərtərəfli araşdırılmadığını, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından Şəxs alkoqol sərxoşluğu vəziyyətinin olduğunun müəyyən edildiyini qeyd edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən şikayətə baxılması üçün 3(010)- 1051/2020 saylı iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-484/2021 saylı xx xxxx 2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı Şəxs barəsində AR İXM-nin 333.1-ci maddəsi ilə başlanmış icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair hissədə ləğv edilmişdir, material həmin hissədə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati material rayon məhkəməsinə xx.xx.2021-ci il tarixində qaytarılmış və məhkəmə tərəfindən işin yenidən baxışı xx.xx.2021-ci il tarixinə saat 10:00-a təyin edilmişdir. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə səhər saatlarında idarə etdiyi “Nissan Sunny” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Etibar Bəkirov küçəsində hərəkətdə olduğu zaman yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt sərxoşluq vəziyyəti alkotesterlə yoxlanılmış və yol patrul xidməti inspektoru alkoqol sərxoşluğu vəziyyətində olduğunu bildirmişdir. O, yol patrul xidməti inspektoruna xx xxxxxxxx 2020-ci il tarixdə axşam spirtli içki pivə içdiyini, hazırda isə sərxoş vəziyyətdə olmasının qeyri mümkün olduğunu demişdir. Həmin vaxt yol patrul xidməti inspektorunun təkidi ilə məcburiyyət qarşısında qalıb müvafiq protokolda alkotesterin göstəricisi ilə razı olduğunu, həkim müayinəsinə getməyə ehtiyyacının olmadığını və s. etirafedici qeydlərini yazıb öz imzası ilə təsdiq etmişdir. Lakin sonradan Respublika Narkoioji mərkəzinə gedib sərxoşluq vəziyyəti ilə bağlı həkim müayinəsindən keçmiş və sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokoluna əsasən ayıq olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs məhkəmədən inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan İXP saylı ******* nömrəli, xx.xx.2020-ci il tarixli X3 protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci ildə saat 06:42-də «NİSSAN SUNNY» minik markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan və ona əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 00685 nömrəli test göstəricisindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 06:40-da, “Nissan Sunny” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs spirtli içki qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN-642082 nömrəli xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 0.770 promilli olduğu müəyyən olunmuşdur. Şəxs həmin protokolda öz imzası ilə axşam spirtli içki pivə qəbul etdiyini, həkim müayinəsinə ehtiyacının olmadığını və alkotesterin nəticəsi ilə razı olduğunu qeyd etmişdir. X3 materiala əlavə edilmiş alkotestr müayinəsi çıxarışından görünür ki, xx.xx.2020ci ildə Şəxs 0,770 promilli alkoqolun konsentrasiyası müəyyən edilmişdir. Barəsində X3 iş üzrə icraata aprılan şəxs Şəxs məhkəmə iclasında təqdim etdiyi və iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 2/7834 saylı “Sərxoşuluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs həmin günü saat 08:55-də tibbi müayinə olunarkən ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 2/7834 saylı “Sərxoşuluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” xx.xx.2020-ci il tarixdə, saat 08:55-də tərtib olunmuş protokolun göstəricələrinə tənqidi yanaşaraq, mövqeyini onunla əsaslandırır ki, xx.xx.2020-ci il tarixdə, saat 06:42-də aparılmış ilkin müayinə zamanı Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmiş, onun özü də izahatında göstərmişdir ki, alkotesterin göstəricisi ilə razıdır, əlavə müayinəyə ehtiyac yoxdur. Qeyd olunan müayinədən uzun müddət, iki saat sonra Şəxs öz təşəbbüsü ilə keçirilmiş sonrakı müayinə ilə isə onun artıq sərxoş olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, Şəxs avtomaşını idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi isə nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Müəyyən müddət keçməsindən sonra şəxsin artıq sərxoş olmaması faktı onu qeyd olunan maddə ilə məsuliyyətdən azad etmir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli qərarının 2.4-cü bəndinə əsasən “Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Məhkəmə araşdırması zamanı barəsində X3 iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi X3 iş üzrə icraata başlanması üçün əsasdır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, ona həmin maddələrin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, onun barəsində 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar