Məhkəmə qərarları › İş №3(010)-4822/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4822/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4822/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X5 və zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1999-cu ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 05 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs, 11 sentyabr 2023-cü il tarixdə X3 qarşı dələduzluq etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X6 21 sentyabr 2023-cü il tarixli qərarı ilə X2 DİN-nin 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirləri görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək bildirdi ki, o, “Trendyol” adlı Türkiyə alış-veriş saytından saat alıb satır. M10 hesabına əvvəlcə 100 manat, daha sonra isə 200 manat məbləğində pul göndərildi. O, həmin pulun müştəri tərəfindən ona göndərildiyini düşünmüşdür. Belə ki, müştəri ondan saat istəmişdi və ona görə də ele düşünmüşdür ki, həmin 300 manat müştəri tərəfindən ona göndərilib. Sonradan polis əməkdaşları ona Polis Şöbəsinə dəvət edəndə bu məsələdən xəbər tutmuşdur. Zərərçəkmiş şəxsi tanımır. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X9 məhkəmədə göstərdi ki, X4 11 sentyabr 2023-cü il tarixdə DİN-nin 102 “Xidməti-Zəng” mərkəzi sistemi vasitəsi ilə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edərək həyat yoldaşına məxsus mobil telefonun “Dərnəgül” istiqamətində naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını, lakin özünün bu barədə xəbərinin olmamasm, yoldaşının mobil telefonundan ismarıc yazan naməlum şəxs və ya şəxslərin, həyat yoldaşının adından istifadə edərək, göndərdikləri “Kapitalbank”-a aid “4169-7388-7593- 0798 nömrəli kart hesabına ümumilikdə 300 (üç yüz) manat pul göndərməsi, lakin axşam saatlarında anasının ona zəng edərək həyat yoldaşının mobil telefonunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirdikdən sonra, göndərdiyi 300 (üç yüz) manat pulunun həyat yoldaşına yox, həyat yoldaşının mobil telefonunu oğurladıqları şəxs və ya şəxslərə göndərdiyini, həmin şəxs və ya şəxslər tərəfindən aladadılmasını və baş vermiş hadisəyə görə özünə 300 (üç yüz) manat dəyərində maddi ziyanın dəyməsini qeyd etmişdir. X2 DİN-nin 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirləri görülməsi üçün qəbul edilmiş qərarın surəti ona həvalə edilmişdir. Aparılmış araşdırma zamanı Şəxs, 11 sentyabr 2023-cü il tarixdə X3 qarşı dələduzluq etdiyi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərədilməsi haqqında protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs X4 göstərdi ki, həyat yoldaşının mobil nömrəsindən ona sms gəldi və pndan verdiyi kart hesabına pul göndərməyini istədi. O, əvvəlcə 100 manat daha sonra isə 200 manat pul göndərdi. Sonradan həyat yoldaşının mobil telefonun oğurlandığını öyrənmiş və smsin həyat yoldaşı tərəfindən deyil, telefonu oğurlayan şəxs tərəfindən göndərildiyi məlum olmuşdur. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir, borcluya qarşı heç bir şikayət və tələbim yoxdur. X1 qeyd etdiklərini nəzərə alaraq, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1 və 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 04 oktyabr 2023-cü il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar