Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4822/2024 19.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədirliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 18 oktyabr 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Hazırki iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi və vəkili Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Nümayəndə elektron qaydada məhkəməyə mülahizə göndərərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə protokol tərtib edilərkən məlumat verilməmiş, nümayəndəsinin iştirakı təmin edilməmişdir. Bundan başqa, protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə verilməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, protokola hansı səbəbdən imza edilməməsi, onun izahatı barədə qeydlər protokolda yoxdur. İnzibati xəta haqqında icraat zamanı və protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. Ümumilikdə inzibati xəta haqqında materiallar natamamdır. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, guya faktın araşdırılması üçün nümayəndənin iştirakını təmin etmək məqsədilə AGRO FERMER MMC-yə bildiriş göndərilmişdir. Lakin, Cəmiyyətimizə belə bir məktub daxil olmamışdır. Məlumat verilməmişdir. Eyni zamanda inzibati protokolun Cəmiyyətimizə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli SS914645955AZ nömrəli qəbzdən görünür ki, həmin protokol Cəmiyyətimizə xx.xx.2024cü il tarixdə çatdırılmışdır. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, icraat başa çatdırılmışdır. Qeyd olunub ki, sübutlar toplanıb. Lakin həmin sübutlara etiraz və dəlillərimizin gətirilməsinə heç bir şərait yaradılmamışdır. Həmin protokolda yazılır ki, guya Cəmiyyətimizin səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmək məqsədilə məktub göndərilmişdir. Halbuki həmin məktub göndərilməmiş, göndərilməsini təsdiq edən sübut isə materialda yoxdur. Bundan başqa protokolun müəyyən etdi hissəsində qeyd olunur ki, qısa idxal bəyannamələri ilə gömrük bəyannamələrinin müşaiyət sənədləri arasında uyğunsuzluq aşkar edilmişdir. Hörmətli məhkəmə, göründüyü kimi Tovuz Gömrük İdarəsi tərəfindən konkret olaraq inzibati xətanın nədə ifadə olunması dəqiq göstərilməmişdir. Halbuki protokolda konkret hansı inzibati xətanın törədilməsi göstərilməlidir. Uyğunsuzluq nədir? Nədən ibarətdir? Bu uyğunsuz hansı hərəkət və hərəkətsizlikdə ifadə olunur məlum deyil. Əvvəlcə bu sual aydınlaşdırılmalı idiki, sonrasında həmin əməlin İXM-nin 485.1-ci maddəsinin dizpozisiyasına uyğunluğu müəyyən edilsin. X1 İdarəsi iştiraklarını təmin etmiş olsa idi, yəqin ki, uyğunsuzluğun nədə olması barədə məlumatları olardı. Tovuz Gömrük idarəsi sürətli şəkildə materialı məhkəməyə göndərməklə, cəmiyyətimizin qanunla müəyyən edilmiş hüquqlarını pozmaqla birlikdə, İXM-nin tələblərini də kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi və vəkili Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Nümayəndə elektron qaydada məhkəməyə göndərdiyi mülahizədə göstərdikləri iş materiallarına baxış keçirərkən təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəməyə daxil olmuş 03 oktyabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxsə protokol tərtib edilərkən nümayəndəsinin iştirakı təmin edilməmiş, ona hüquq və vəzifələri izah olunmamış, faktın araşdırılması üçün nümayəndənin iştirakını təmin etmək məqsədilə AGRO FERMER MMC-yə bildiriş göndərilməsi barədə iş materiallarında məktub olsa da həmin məktubun çatması ilə bağlı heç bir sənəd iş materiallarına əlavə olunmamış, Tovuz Gömrük İdarəsi tərəfindən raport tərtib olunub iş materiallarına əlavə olunsa da konkret olaraq inzibati xətanın nədə ifadə olunması o cümlədən gömrük bəyannamələrində “Soya Şrotu” yükünün müşayiət sənədləri arasında uyğunsuzluğun konkret olaraq nədən ibarət olması göstərilməmiş, həmin əməlin İXM-nin 485.1-ci maddəsinin dizpozisiyasına uyğunluğu müəyyən olunmamış, inzibati xəta haqqında icraat zamanı və protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuş, ümumilikdə inzibati xəta haqqında material natamam olduğundan inzibati xəta haqqında materialın icraata qəbul edilərək baxılması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən İXM-nin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin material əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından 03 oktyabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 03 oktyabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-4822/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4822/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver