Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4824/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Vəli zadə Nicat Hikmət oğlunun iştirakı ilə, Şəxs, xx xxxxx 1984-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(010)- 284/2017 nömrəli icra sənədinə əsasən Şəxs cəmi 4735 manat və 30 manat məbləğində pul X3 xeyrinə tutulmalıdır. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(010)-695/2021 nömrəli icra sənədinə əsasən Şəxs dəymiş maddi ziyana görə 1700 manat məbləğində pul X2 xeyrinə, 1100 manat məbləğində pul X5 xeyrinə, 1500 manat məbləğində pul X4 xeyrinə, 1400 manat məbləğində pul X6 xeyrinə, 1250 manat məbləğində pul X1 xeyrinə tutulmalıdır.Həmin icra sənədlərinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək göstərdi ki, o, borcunu qəbul edir. Lakin maddi imkanı aşağı olduğundan icra sənədi üzrə öhdəliyini icra edə bilmir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Həmçinin cəzaçəkmə müəssisəsində cəza çəkirdi və 3-4 aydır ki, azadlığa çıxmışdır. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru Vəli zadə Nicat Hikmət oğlu məhkəmədə bildirdi ki, icra sənədləri şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və bu barədə tərəflərə məlumat verilmişdir. Tələb borclu tərəfindən könüllü icra müddətində təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. Xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən tələbkarların xeyrinə heç bir ödəniş edilməmiş, bundan başqa borclu onun çağırışlarından yayınmağa başlamışdır. Nəticədə, icra sənədləri icrasız qalmaqla tələbkarların haqlı şikayətinə səbəb olmuşdur. Borclu barəsində axtarış elan olunmuşdur. Göstərilənlərə əsasən borclu Şəxs onun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Buna görə də icra sənədlərinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(010)-284/2017 nömrəli icra sənədindən görünür ki, Şəxs cəmi 4735 manat və 30 manat məbləğində pul X3 xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(010)-695/2021 nömrəli icra sənədindən görünür ki, Şəxs dəymiş maddi ziyana görə 1700 manat məbləğində pul X2 xeyrinə, 1100 manat məbləğində pul X5 xeyrinə, 1500 manat məbləğində pul X4 xeyrinə, 1400 manat məbləğində pul X6 xeyrinə, 1250 manat məbləğində pul X1 xeyrinə tutulmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-4824/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4824/2023
05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver