Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4826/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1970-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi tərəfindən təqdim olunmuş 18 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 02 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, 08 avqust 2024-cü il tarixdə vətəndaş X7 DİN-nin 102 “Xidməti-Zəng” Mərkəzi Sistemindən anası Pərvanənin atası tərəfindən döyülməsi barədə daxil olan müraciəti Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində HK-1/2484 sayda raportla qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, X3 onun həyat yoldaşıdır. 08 avqust 2024-cü il tarixdə yaşadığı evdə olan zaman X3 ilə aralarında qısqanclılıq zəminində mübahisə yaranmışdır. X3 onun telefonuna gəlib-gedən zənglərə və mesajlara əsassız olaraq qısqanmağa başlamışdır. Mübahisə zamanı o, əsəbi olduğu üçün masanın üzərində olan şüşə stəkanı bir dəfə X2 baş nahiyəsindən vurmuşdur. Əməlindən peşman deyil. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Şəxs onun həyat yoldaşıdır. 08 avqust 2024-cü ildə yaşadığı evdə olan zaman Şəxs ilə aralarında qısqanclılıq zəminində mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs masanın üzərindəki stəkanla onun başından vuraraq xəsarət yetirmişdir. Şəxs ona demişdir ki, balta ilə başını kəsəcəkdir. O, da evdən çıxaraq qızının yanına getmişdir. Sonra oğlu gələrək DİN-nin 102 “Xidməti-Zəng” Mərkəzi Sisteminə şikayət etmişdir. Hələdə Şəxs onu ölümlə hədələyir. Dəfələrlə onu döyərək təhqir etmişdir. Göstərilənlərə əsasən Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, 09 avqust 2024-cü il tarixli 615 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1972-ci il təvəllüdlü X2 məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: X2 bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: sol təpə nahiyyəsinin əzilmiş səthi yarası. Qeyd edilən xəsarət bərk küt əşyanın (ola bilsin bütöv stəkan) təsirindən törənmişdir, qərarda qeyd edilən şəraitdə və müddətdə, yəni 08 avqust 2024-cü il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin digər şəxs tərəfindən vurulma nəticəsində alınması inkar olunmur. Lakin xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınması inkar olunur”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən « Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, münaqişənin ailə-məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun və o, dərhal məhkəmə iclas zalından həbs olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 18 oktyabr 2024-cü il saat 12:50-dən hesablansın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-4826/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4826/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver