Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-484/2021 20.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Bəhlul Qılman oğlu Rəhimovun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi 9 saylı Vəkil Bürosunun vəkili Vəkil, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 31-ci Polis Bölməsinin polis sahə rəisi polis mayoru X2 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə, ev 4 mənzil 103-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş xx xxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2021-ci il tarixdə saat 02:10-da Əmircan qəsəbəsinin Balandin küçəsində xidmətdə olan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Qeyd edilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair müvafiq protokol tərtib edilmiş və material xx xxxx 2021-ci il tarixində məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, özünü narahat hiss etdiyindən xx xxxx 2021-ci il tarixdə gecə saat 02 radələrində küçədə gəzişərkən ona dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobildə oturan mülki geyimdə olan 3 nəfərdən biri onu səslədi. O da avtomobilə yaxınlaşanda həmin şəxs avtomobildən çıxaraq özünün polis əməkdaşı olduğunu bildirmiş və özünü təqdim etmişdir. Sonra isə digər iki nəfər də avtomobildən çıxıb onlara yaxınlaşmış və özlərini təqdim etmişlər. Polis əməkdaşları ondan bu vaxt niyə küçədə olduğunu soruşmuşlar. O, polis əməkdaşlarına özünü narahat hiss etdiyindən küçədə gəzişdiyini bildirmişdir. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmiş, lakin o, üzərində müvafiq sənəd olmadığı üçün təqdim edə bilməmişdir. Danışığında qüsur olduğundan o, öz fikirlərini rahat ifadə etməyə çətinlik çəkmişdir. Polis əməkdaşları ondan onlarla polis bölməsinə getməyi tələb edəndə o polis maşını gələcəyi halda gedəcəyini bildirmişdir. Sonra polis əməkdaşları çevik polis çağıraraq onu polis bölməsinə aparmışlar. O, heç bir qanun pozuntusuna yol verməmiş, polislərin dəvət etdiyi çevik polislə polis bölməsinə aparılmasına etiraz etməmişdir. xx xxxx 2021-ci il tarixində inzibati qaydada tutulmuş, həmin tarixdə də azad edilmişdir. Hazırda özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilmir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin polis sahə rəisi polis mayoru X4 protokolda qeyd edilənləri müdafiə edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 02 radələrində polis əməkdaşları Balandin küçəsində şübhəli şəxs kimi Şəxs saxlamış, Şəxs şəxsiyyətini təsdiq edən sənəd tələb olunmuş, Şəxs isə şəxsiyyətini təsdiq edən sənədi təqdim etməmiş və mübahisə etməyə başlamışdır. Polis əməkdaşları Şəxs şübhələndiyindən onu polis bölməsinə aparmışlar. Şəxs xx xxxx 2021-ci il tarixində saat 02:30-da inzibati qaydada tutulmuş, həmin tarixdə saat 11:00-da azad edilmişdir. Məhkəmə iclasında iştirak edən 9 saylı Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirmişdir ki, Şəxs xx.xx.2021-ci li tarixdə saat 02 radələrində mülki geyimli şəxslər tərəfindən saxlanılmışdır. Həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək ondan özünü təqdim etməsini bildirmişlər. O, özünü təqdim etmiş, lakin danışığında qüsur olduğundan polis əməkdaşları şübhələnərək onu polis bölməsinə aparmışlar. Şəxs polis əməkdaşlarının tələblərinə tabe olmuş və onunla polis əməkdaşları arasında heç bir mübahisə olmamışdır və polis əməkdaşlarının bütün tələblərinə tabeçilik göstərmişdir. Polis əməkdaşları onu polis bölməsinə apararaq barəsində tutma protokolu tərtib etmişlər. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Suraxanı rayon Pİ-nin PPXB-nin polis nəfəri X1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 02:10 radələrində 6-cı sektor Əmircan qəsəbəsində xidmətdə olduğu zaman ərazidə baş vermiş oğurluqla əlaqədar olaraq Balandin küçəsi ilə hərəkət edən bir nəfər vətəndaşı görüb özünü şübhəli apardığına görə ona yaxınlaşmışlar. Həmin vətəndaşdan şəxsiyyətini təsdiq edən sənəd soruşduqda, o heç bir sənəd təqdim edə bilməmişdir. Ona polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməli olduğunu bildirdikdə, o, çevik polis maşını olacağı təqdirdə gedəcəyini bildirmiş, polis əməkdaşları ilə mübahisə edərək müqavimət göstərməyə başlamışdır. Polis əməkdaşları çevik polis maşını ilə həmin şəxsi 31-ci polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Suraxanı rayon Pİ-nin PPXB-nin polis nəfəri X3 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 02:10 radələrində 6-cı sektor Əmircan qəsəbəsində xidmətdə olduğu zaman ərazidə baş vermiş oğurluqla əlaqədar olaraq Balandin küçəsi ilə hərəkət edən bir nəfər vətəndaşı görüb özünü şübhəli apardığına görə ona yaxınlaşmışlar. Həmin vətəndaşdan şəxsiyyətini təsdiq edən sənəd soruşduqda, o heç bir sənəd təqdim edə bilməmişdir. Ona polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməli olduğunu bildirdikdə, o, çevik polis maşını olacağı təqdirdə gedəcəyini bildirmiş, polis əməkdaşları ilə mübahisə edərək müqavimət göstərməyə başlamışdır. Polis əməkdaşları çevik polis maşını ilə həmin şəxsi 31-ci polis bölməsinə gətirmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin izahatını və Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin polis sahə rəisini dinləyib, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Pİ-nin PPXB-nin polis nəfərləri C.Cəlilzadə, E.Vəliyev, E.Bayramov, Ş. Qəribovun xx xxxx 2021-ci il tarixli raportundan görünür ki, onlar xx.xx.2021-ci il tarixdə saat 02:10 radələrində 6-cı sektor Əmircan qəsəbəsində xidmətdə olduqları zaman ərazidə baş vermiş oğurluqla əlaqədar olaraq Balandin küçəsi ilə hərəkət edən bir nəfər vətəndaşı görüb özünü şübhəli apardığına görə ona yaxınlaşmışlar. Həmin vətəndaşdan şəxsiyyətini təsdiq edən sənəd soruşduqda, o heç bir sənəd təqdim edə bilməmişdir. Ona polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməli olduğunu bildirdikdə, o, çevik polis maşını olacağı təqdirdə gedəcəyini bildirmiş, polis əməkdaşları ilə mübahisə edərək müqavimət göstərməyə başlamışdır. Polis əməkdaşları çevik polis maşını ilə həmin şəxsi 31-ci polis bölməsinə gətirmişlər. İş materiallarına əlavə edilmiş Şəxs izahatından müəyyən edilmişdir ki, o, xx.xx.2021-ci il tarixdə gecə saat 02 radələrində özünü narahat hiss etdiyi üçün küçədə gəzişmiş, bu vaxt ona mülki geyimdə bir neçə şəxs yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək, ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmiş, lakin o, üzərində müvafiq sənəd olmadığı üçün təqdim edə bilməmişdir. Danışığında qüsur olduğundan və o, öz fikirlərini rahat ifadə etməyə çətinlik çəkmişdir. Polis əməkdaşları ondan onlarla polis bölməsinə getməyi tələb edəndə o polis maşını gələcəyi halda gedəcəyini bildirmişdir. Çevik polis maşını gəldikdən sonra polis bölməsinə aparılmasına etiraz etməmiş və polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilmişdir. 31-ci PB-yə gələn kimi inzibati qaydada tutulub saxlanılmış, sonra azad edilmişdir. Onun barəsində göstərilənlərə əsasən İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilmir. Beləliklə, inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman Pİ-nin PPXB-nin polis nəfərləri C.Cəlilzadə, E.Vəliyev, E.Bayramov, Ş. Qəribovun xx.xx.2021-ci il tarixdə saat 02:10 radələrində 6-cı sektor Əmircan qəsəbəsində xidmətdə olduğu zaman ərazidə baş vermiş oğurluqla əlaqədar olaraq Balandin küçəsi ilə hərəkət edən Şəxs görüb özünü şübhəli apardığına görə ona yaxınlaşdıqları, ondan şəxsiyyətini təsdiq edən sənəd soruşduqda, onun heç bir sənəd təqdim edə bilmədiyi, ona polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməli olduğunun bildirildiyi, F. İsmayılovdan polis bölməsinə getmək tələb ediləndə onun çevik polis maşını gələcəyi halda gedəcəyini bildirdiyi, polis əməkdaşlarının çevik polis maşını çağırdığı, çevik polis maşını gəldikdən sonra F. İsmayılovun polis əməkdaşları ilə polis bölməsinə getdiyi, xx xxxx 2021-ci il tarixində inzibati qaydada tutulduğu, həmin tarixdə də azad edildiyi, Şəxs izahatı alındıqdan sonra isə onun barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edildiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman Şəxs polislərin hansı qanuni əmrinə tabe olmaması, müqavimətin nədən ibarət olması müəyyən edilmir. AR İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin dizpozisiyasından da göründüyü kimi, həmin maddənin tərkibinin yaranması üçün, hər hansısa polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə kiminsə tərəfindən qəsdən tabe olmama hadisəsi baş verməlidir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin maddənin tərkib əlamətləri olmadığına görə xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №3(010)-484/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-484/2021
20.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver